
Super User
“Prodüserlik işinin təməlləri” kursuna qeydiyyat başlayıb
Yaradıcı sahələrdə təcrübə və biliklər qazanmaq, kino sənayesində peşəkarlığı öyrənmək və kinoprodüser arzusunda olmaq istəyən istedadlı gənclər üçün ödənişsiz “Prodüserlik işinin təməlləri” kursuna qeydiyyat başlayıb.
AzərTAC xəbər verir ki, təlim proqramında prodüserlik işinin əsas prinsipləri, maliyyə planlaması, beynəlxalq təcrübələr və s. öyrədiləcək.
Qeyd edək ki, kurs, beynəlxalq kino təcrübəsi olan tanınmış professorlar Martin Hageman və Titus Kreyenberg, rejissor Oleq Səfərəliyev və prodüser Rasim Həsənov tərəfindən tədris ediləcək.
Təlim proqramında iştirak etmək istəyənlər bu linkə - https://forms.gle/zcuu2RyhFSrQUFhW7 daxil olaraq qeydiyyatdan keçə bilərlər.
“Ədəbiyyat və incəsənət”
(29.10.2024)
Gülüş klubunda rəsm qalereyasında uşaq
Sərtyel, “Ədəbiyyat və incəsənət”
1.
Təqaüdə ümid bəsləmək Avropa Şurasına ümid bəsləməkdən daha betərdir.
2.
Santexniklər ailəsinə faciə üz verib. Ata su çəkiləndə qeyb olub.
3.
Rəsm qalereyasında baş-ayaq ağac şəklinə hamı ağıllı-ağıllı baxıb keçdi, təkcə bir uşaq əyilib altdan-yuxarı baxdı ki, əsəri tam duysun (qapaq şəklinə baxın).
Əksər hallarda uşaqlar böyüklərdən daha ağıllı tərpənirlər.
4.
Politologiya elmində “vicdan” sözünə rast gəlinməz.
5.
Dərdayıl soruşdu:
-Bu istehlak səbəti var a, iqtisadçılar deyirlər ki, ilbəil onun doldurulması daha bahaya başa gəlir. Ay qardaş, burda çətin nə var ki, yekə səbəti tulla, yerinə balacasını qoy.
6.
Təpəgöz azərbaycanlını, gürcünü və ermənini tutub deyir:
-Bu gördüyünüz dağı yüz dəfə dövrə vuracaqsınız, kim birinci qurtarsa, onu yeməyib evə buraxacam.
Qaçış başlayır.
Təpəgöz də yellənən kresloda qəhvə içə-içə özü üçün krossvord tapır.
Nəhayət qum saatı çevrilir və qaçış bitir. Gürcüylə erməni eyni vaxtda finişə çatırlar.
Təpəgöz soruşur:
-Bəs azərbaycanlı hanı?
Erməni deyir:
-Ara, o busurman tənbəl şeydir, qaçmadı, çıxdı getdi evinə.
“Ədəbiyyat və incəsənət”
(29.10.2024)
Günün fotosu: Möcüzə şəhər
Günün fotosu: Möcüzə şəhər
Nihad Alimoğlu, “Ədəbiyyat və incəsənət”
Gördüyünüz foto quş uçuşu məsafəsindən çəkilib, İspaniyanın məşhur Barselona şəhəridir. Möcüzədir, deyilmi?
Bu qədər səliqəli, əsrarəngiz şəhərsalmaya daha harda rast gəlinər ki?
Yəqin, öndəki Nou-Kamp stadionunu da tanıdınız.
Foto:AP
“Ədəbiyyat və incəsənət”
(29.10.2024)
Rəsm qalereyası: Peder Myonk Myenster, “Sevimli danimarkalı”
Gürcüstanda yaşayan soydaşımız medalla təltif edilib
Gürcüstanda yaşayan və fəaliyyət göstərən sazbənd, aşıq Bafəli Adıgözəlov Azərbaycan mədəniyyətinin xarici ölkələrdə təbliğinə verdiyi töhfəyə görə “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif olunub.
“Ədəbiyyat və incəsənət” portalı Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, komitənin sədr müavini Vaqif Seyidbəyov Komitədə soydaşımızla görüşərək medalı ona təqdim edib.
Fəaliyyətinə verilən yüksək qiymətə görə Azərbaycan dövlətinə dərin minnətdarlığını ifadə edən Bafəli Adıgözəlov bundan sonra da xaricdə Azərbaycan mədəniyyətinin, o cümlədən aşıq sənətinin Gürcüstanda təbliği üçün əlindən gələni əsirgəməyəcəyini söyləyib.
“Ədəbiyyat və incəsənət”
(29.10.2024)
Londonda "Immortal Champions" döyüş turniri keçirilib
Londonda oktyabrın 27-də kikboksinq üzrə ənənəvi "Immortal Champions" (Ölməz çempionlar) döyüş turniri keçirilib. Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi, Britaniya Azərbaycanlıları Assosiasiyasının və "Immortal Champions" idman təşkilatının rəhbəri Hafiz Baxşəliyevin təşkilatçılığı ilə baş tutan turnir 8 Noyabr – Zəfər Gününə həsr edilib.
“Ədəbiyyat və incəsənət” portalına Diasporla iş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, idman yarışında Konqodan olan Tresor Pupanqa polşalı rəqibi Patrik Czarta qalib gələrək “Immortal Champions”un Britaniya çempionu titulunu qazanıb.
Turnirin əsas diqqət mərkəzində olan döyüşlərdən biri azərbaycanlı idmançı Hüseyn Mustafazadə ilə niderlandlı Coi Klijenburq arasında baş tutub. Hüseyn Mustafazadə yüksək əzmkarlıq göstərərək rəqibinə qalib gəlib və "Immortal Champions"un Avropa çempionu titulunu qazanıb. İdmançımız bu qələbəsini Vətən müharibəsində əldə olunan tarixi zəfərə həsr etdiyini bildirib.
“Ədəbiyyat və incəsənət”
(29.10.2024)
İmirlidən Topqapıya, Xəzərdən Bosfora!
Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım İctimai Birliyinin sədri, tanınmış dekorativ tətbiqi sənət ustası, Azərbaycan Rəssamlar İttifaqının üzvü Lalə Sərdarlı Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə dəstəyilə həyata keçirdikləri «Zəngəzur sənətkarlığı» adlı layinənin yekunları ilə bağlı “Ədəbiyyat və incəsənət” portalının suallarını cavablandırıb.
- Lalə xanim, bu günlərdə layihənizin başa çatması ilə əlaqədarhesabatınız müvafiq qurumlar tərəfindən qəbul edildi. Bu arada həm qardaş Türkiyədə, həm də yerli mətbuatimizda "Zəngəzur sənətkarliği" adli layihənizlə bağli xeyli məlumat dərc edildi. YalnizQHT rəhbəri deyil, həm də sənətkar olaraq məram və məqsədinizdən daha ətrafli danişa bilərdinizmi?
-Məmnuniyyətlə. Amma mən insanlarımızda işimiz haqqında dolğun fikir formalaşdırmaq üçün əvvəlcə bizi bu layihəyə gətirən yollardan danışmalı olacağam...
- Buyurun.
-Yaradıcılığımızı yaxından izləyənlər bilirlər ki, həyat yoldaşımla mən, jurnalistikadan, övladımız isə riyaziyyatçı ixtisasından bu gözəl sənətə gəlmişik. Bu olayın da çox ibrətamiz bir tarixçəsi var...Ayrıca mövzudu... İndi sualınızdan yayınmaq istəmirəm. Hər iki sahəyə böyük sevgimiz bizi yaşatmaqdadır. Əsil jurnalistika həm də müxtəlif düşüncə sistemlərinin sərgilədiyi təsəvvürlərin, mədəniyyət nümunələrinin, xalq sənəti ənənələrinin kəsişdiyi nöqtələri incələməlidi... O üzdən bizi yetişdirən jurnalistika məktəbinin bizə bəxş elədiyi analitik təfəkkür, tətqiqatçılıq, araşdırmaçılıq qabiliyyəti bu günkü uğurlarımızın təməlini qoymuş oldu.
Bir vaxtlar evimizin, məişətimizin bəzəyinə, əsas atributlarına çevrilmiş bir sıra xalq sənəti nümunələrimiz vardı. Xalçasız, sandıqsız, mücrüsüz ev, gəlin cehizsiz olmazdı. Şükürlər olsun ki, xalçamız, xalçaçılığımız dövlət himayəsində yaradılmış ayrı ayrı institutlar tərəfindən uğurla qorunaraq inkişaf etdirilməkdə, Azərbaycanımızın həsəd aparılacaq simvollarından biri kimi dünyaca təbliğ edilməkdədir. Təəssüf ki, sandıq, mücrü haqda bunu söyləmək olmur. Sərdarlı ailəsi olaraq ömrümüzün son səkkiz ilini Azərbaycanda sandıq ömrünü uzatmağa çalışırıq.
Əldə etdiyimiz məlumatlara görə ölkəmizin cənub bölgəsində bir ailə, şimal bölgəsində isə bir usta ənənəvi üsullarla bu xalq sənətini qismən də olsa yaşatmışlar.
Nəzərə alsaq ki, on milyonluq əhalisi olan ölkədə yaşayırıq, bu sandıqçılığın Azərbaycanda unudulmuş, silinib getmiş bir peşə olduğunu görərik. Bununla belə qürurla deyə bilərəm ki, yaratdığımız sandıqçılıq, mücrü nümunələri Azərbaycan mədəniyyət tarixində dövlətimizin müvafiq qurumları tərəfindənilk dəfə olaraq sənət əsərləri kimi dəyərləndirilərək qeydiyyata alındı. Bəzi seçilmiş əsərlərimiz isə digər ölkələrin tanınmış muzeylərinin, eləcə də şəxsi kolleksiyaların daimi sakinlərinə çevrildilər.
-Nədən yaradiciliğinizda Qərbi Azərbaycan mövzusuna daha geniş yer ayirmağa başladiniz?
-Əslində, biz bütün xalqların xalq sənəti ənənələrinə insanlığa tövhə verə bilən bütün mədəniyyət nümunələrinə sevgi və ehtiramla yanaşır, əsərlərimizdə bir qayda olaraq bunu tərənnüm edirik. Azərbaycanın mədəniyyətini,ədəbiyyatını, incəsənətini, xalq yaradıcılığını, el sənəti ənənələrini formalaşdıran çox zəngin mədəni irs coğrafiyamızın dünya xəritəsində böyük ölçüləri var. Bax o mədəni miras xəzinəmizin ən önəmli sərvətlərindən olan bir sıra tarixi memarlıq abidələrimiz vaxtilə Qərbi Azərbaycanımızın azərbaycanlılara məxsus ərazilərində inşa olunub. Zamanında bu abidələr dünyaca tanınmış səyyahlar tərəfindən də Şərq memarlıq məktəbinin ən ecazkar incilərindən hesab olunub. Lakin yağı düşmən zaman zaman xüsusi amansızlıqla bu misilsiz sərvətimizi yerlə yeksan etməklə, ümumililikdə insanlığa töhvə olan sənət əsərlərimizə qarşı qətliam törətmişlər.
Hesabetdikki, acı talelərə tuş gəlmiş QərbiAzərbaycanaməxsussənətincilərinindekorativtətbiqisənətnümunələrində də birobrazkimiyaşamaq, yenidənsevilmək,dünyacatanınmaq haqqı var.
Bu minvalla biz əvvəlcə, elə yaşayıb yaratdığımız məkandaca qədim, doğma İrəvanımızın, Şərqin nadir memarlıq incisi sayılan «Sərdar sarayı»nın uca ruhuna ithaf etdiyimiz, dünyada yeganə olan «Sərdar sandıq ocağı» adlı sandıq evi qurduq.Yeri gəlmişkən bu il üç yaşımız tamam oldu.
Üç il ərzində burada yaratdığımız Qərbi Azərbaycanın yer üzündən silinmiş tarixi memarlıq abidələrinin, digər xalq yaradıcılığı elementlərini də özündə ehtiva edən dekorativ tətbiqi sənət nümunələrini ziyarətçilərə tanıtdıq. «Turan Yolu -Zəngəzurum» adlı kolleksiyamıza aid olan «Zəngəzurum», «Dərələyəzim», «Dərələyəzim vəhdətdə», «İrəvanım», «Sərdarım», «Mənim ailəm» adlı və digər əsərlərimizlə istər ölkəmizin tanınmış sənət korifeyləri, sənətşünaslar, ekspertlər, istərsə də digər ökələrin kifayət qədər nüfuzlu təmsilçiləri ilk dəfə məhz bu ocaqda tanış olurdular. Azərbaycan Milli İncəsənət Muzeyi də sağ olsun ki, ötən il öz möhtəşəm məkanlarında əsərlərimizi daha geniş kütlələr qarşısında sərgiləməyə şərait yaratdı. Bu ilin birinci yarısında isə Bakı Yunus Əmrə İnstitutu öz gözəl iqamətgahında «Turan Yolu- Zəngəzurum» adlı kolleksiyamızın xüsusi tanıtım tədbirini gerçəkləşdirdi. Bu təşəbbüslərinə və təşkilatçılıqlarına görə,uzun müddətdir yaradıcılığımızı yaxından izlədiklərinə, sandıq ocağımızı dəfələrlə ziyarət etdiklərinə görə şəxsən institutun rəhbəri hörmətli Səlcuk Karakılıca da çox minnətdarıq. Tədbirin açılışında iştirak edən qardaş Türkiyənin millət vəkillərindən biri, bu əsərlərin Türkiyənin ayrı ayrı şəhərlərində də tanıdılmasının, təbliğ edilməsinin zəruriliyindən danışmışdı.
Burada "Yaşatmaq"," Tanıtmaq" adlı anlayışlardan danışarkən Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin Vətən Müharibəmiz dövründə işlətdiyi, hamımızı duyğulandıran "Şuşasız olmaz" ifadəsi yadıma düşür. Bizim həyat hekayəmizdə isə fəaliyyətimizlə bağlı mühüm dönüş nöqtələrindən danışarkən "İmirlisiz olmaz" deyirik. Bəli, qədim Bərdəmizin İmirli kəndində ötən il ərsəyə gətirilən və indiyədək bizim heç yerdə rast gəlmədiyimiz unikal bir folklor nümunələri sərgisi bizi yaman sehrə salmışdı. O zaman hələ ötən əsrin 40-cı, 50-ci illərində Qərbi Azərbaycan elimizdən bura pənah gətirən əziz soydaşlarımızın özləri ilə gətirə bildikləri məişət əşyaları, xalq sənəti nümunələri ilə təssuf ki, yalnız mətbuat, ekran vasitəsilə tanış ola bilmişdik. Burda gördüklərimiz, duyduqlarımız, eşitdiklərimiz sonrakı fəaliyyətimizdə bir İmirli xətti, İmirli cığırı, İmirli işığı yaratdı bizim üçün. Əlbəttə biz yaradıcı insanlara bəxş etdiyi bu işığa, enerjiyə görə hörmətli professorumuz Mahirə xanıma çox minnətdarıq.
ADPU-nin prorektoru, görkəmli alim, professor Mahirə xanımın şəxsi səyləri, təşkilatçılığı ilə ərsəyə gələn bu tarix yaddaşı bayramında söylədikləri də bizi fəaliyyətimizdə yeni mərhələyə təşviq etdi... O, dedi ki, -"Əgər bir xalq, yaddaşını qoruyub saxlaya bilibsə, sahib olduğu bir xalçanı, məişət əşyalarını, mətbəxini, onların hazırlanma qaydalarını hafizəsində möhkəmləndiribsə, öz yerinə, yurduna məxsus olan tayfaların, obaların, çay, dəniz, bulaq, cığır, düz, qaya adlarını sevə sevə qoruyub saxlayaraq folkloruna hopdurubsa, onda o mütləq qalib xalq olacaqdır".... Bəli, biz də yaratdıqlarımızda bu zəngin mədəni irsimizi yaşatmaq, dünyaca təbliğ etmək, tanıtmaq amacıyla bu yola çıxdıq.
Beləcə İmirli bizə motivasiya, stimul verməklə yanaşı həm də Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi ilə aramızda bir körpüyə çevrildi. Mərkəz hər zaman yaradıcılığımıza, fəaliyyətimizə yüksək dəyər verərək diqqət və sayğısını əsirgəmədi. Bütün bunlara görə mərkəzin rəhbərliyinə, Leyla xanım Cəlalovaya, Filologiya fakultəsinin dekanı Könül xanım Həsənovaya minnətdarlığımızı bildiririk.
Layihəmizə görə «Turan Yolu -Zəngəzurum» adlı kolleksiyamızı İstambul ictimaiyyətinin uyğun kəsiminə tanıtmalıydıq. Qərbi Acərbaycanın zəngin mədəni irsini təbliğ etmək yolunda yeni əlaqələrin yaranmasını təmin etməliydik.
Tarix yaddaşımızdan sızan haraylara səs verərək Türk Oğuz el sənətləri ənənələrinin nümunələrini əvvəlcə qardaş Türkiyədə tanıtmağa qərar verdik.
-Uğurlarınıza görə hesab etmək olar ki, əsas hədəflərinizə çatdınız. Nəticələr sizi tam qane etdimi?
-Əgər mən qardaş ölkədə işimizlə bağlı baş verənləri olduğu kimi danışsam təvazökarlıqdan çox uzaq olardı. Bircə onu deyim ki, gözlədiklərimizdən daha artığına nail olduq. Bayaq qeyd etdiyiniz kimi bu layihə ümumi işimizin bir epizodu olsa da İstanbul səfərində əldə etdiyimiz nailiyyətlər bizim həyatımızda çox mühüm, elə mədəniyyət tariximizdə də iz qoya biləcək məqamlarla yadda qalacaq.
-Sizə görə istanbul səfərinizin məhz hansı məqamları daha önəmli, yaddaqalan oldu?
-Vallah, orda keçən hər anımız bizim üçün çox önəmliydi. Ən çox da sərgimiz zamanı insanların sənətimizə, şəxsimizə yönəlik davranışları bizi çox duyğulandırırdı. Bu cür münasibəti ilk dəfə görürdük. Qərbi Acərbaycan mədəni irsinə bu dərəcədə sevgi və sayğını seyr etmək bizim üçün ən böyük mükafat idi.
Bundan başqa beynəlxalq aləmdə nüfuzuna görə kifayət qədər tanınan Mərmərə Qrupu Vəqfinin qurucusu və rəhbəri hörmətli doktor Akkan Suverin fəaliyyətimizə xeyir dua verməsi, ordakı tədbirlərimizdə ən yüksək səviyyədə iştirakı, tarixi «Validə Sultan» gəmisində anşlaqla keçən «Zəngəzur sənətkarlığı» adlı sərgimiz, Türkiyənin bir nömrəli xəbər agentliyi DHA-nin və digər media qurumlarının bu hadisəni ən yüksək səviyyədə işıqlandırması, dünyaca məhşur Topqapı sarayı rəhbərliyinin, şəxsən sarayın başkanı İlhan Kocamanın Acərbaycan sənətkarları olaraq, şəxsimizə göstərdiyi yüksək qonaqpərvərlik, Sərdarlı sənətkar ailəsi olaraq yaratdığımız əsərlərə yönəlik verdiyi yüksək dəyər, «Zəngəzurum» və «Dərələyəzim vəhdətdə» adlı əsərlərimizin ziyarətçilər qarşısında sərgilənməsi üçün xüsusi guşə ayrılması haqqında verdiyi qərar, bizim üçün sıradan bir hadisə, sıradan bir uğur ola bilməzdi.
- Sadaladığınız bu hadisələr burda, Azərbaycanda necə qarşılandı?
-Əvvəlcə mən qardaş Türkiyədəki münasibəti diqqətinizə çatdırmaq istərdim. Orda haqqımızda məlumatlar yayıldıqdan sonra bir çox görüşlərə, tədbirlərə dəvət alırdıq. Hər yerdə bizi ən yüksək səviyyədə qarşılayır, təbrik edir, ehtiram göstərirdilər. İstanbuldakı Atatürk Kültür Mərkəzində keçirilən mötəbər bir sənət tədbirindəki görüş zamanı isə Türkiyə dərnəklərindən birinin rəhbəri Cem Yıldırımer bildirdi ki, burdakı uğurlarınız Türkiyə Azərbaycan qardaşlığının uğuru, Azərbaycan mədəniyyətinin uğuru, ortaq köklərimizə söykənən türk xalq sənəti ənənələrinin təntənəsidir. Daha sonra qeyd etdi ki, Türkiyənin, eləcə də böyük Türk dünyasının hər bir sənətkarı üçün onun yaratdığı əsərin dünyaca məhşur Topqapı sarayında sərgilənməsi böyük şərəfdir. Bizi də bu şərəfə nail olduğumuza görə tədbirə qatılan Türkiyənin millət vəkilləri, sənət adamları, İstanbulun sənətsevər elitasının nümayəndələri, Azərbaycanın Türkiyədəki Səfirliyi nəzdində uğurla fəaliyyət göstərən Mədəniyyət Mərkəzinin direktoru hörmətli Samir Abbasov, Baş Konsulumuz hörmətli Nərminə Mustafayeva ürəkdən təbrik etdilər. «Tək hədəfimiz eğitim» adlı dərnəyin rəhbəri Cem Yıldırımerin təşəbbüsü ilə bu uğurumuza həsr olunmuş ayrıca görüş təşkil olundu. Bu görüşdə təkcə bu təşkilatın deyil, onlarla əməkdaşlıq edən digər qurumların təmsilçiləri də iştirak edirdilər. Əlbəttə bütün bu diqqətə, sayğıya, sənətimizə, fəaliyyətimizə verilən yüksək dəyərə görə bir Azərbaycan vətəndaşı olaraq, sənətkar olaraq ürəyimiz dağa dönmüşdü. Ölkəmizi bu cür təmsil etməkdən qürur duyurduq... Bu ərəfədə Azərbaycandan da yalnız sosial şəbəkələr üzrə beş yüzə yaxın təbrik mesajı almışdıq. Onların hər birinə fürsətdən istifadə edib bir daha minnətdarlığımızı çatdırırıq.
Bakıda da bizi efirlərinə dəvət edən Real Tv, GünAz Tv, Qərbi Azərbaycan Tv, Səs Tv nəaliyyətimizi Azərbaycan mədəniyyətinə verdiyimiz bir töhvə kimi təqdim edib bunu bütövlükdə Azərbaycan mədəniyyətinin uğuru olaraq qələmə verdilər. Buna görə bütün Tv lərə minnətdarlığımı bildirirəm. Hörmətli millət vəkilimiz Hikmət Babaoğlunun, tanınmış jurnalistimiz Şöhrət Eldənizin, tanınmış tədqiqatçı hüquqşünasımız Səməd Vəkilovun bu hadisəyə Qərbi Azərbaycana qayıdış fəlsəfəsi prizmasından özünəməxsus yanaşmaları da bizi çox duyğulandırdı. Təəssüf ki, Qərbi Azərbaycan Tv də hörmətli Hikmət müəllimlə layihəmizin kordinatoru İsgəndər Sərdarlı ilə olan efiri hələ də yayımlanmayıb.
Təbriklərə qoşulan hörmətli millət vəkilimiz, Qərbi Azərbaycan İcmasının rəhbəri Əziz Ələkbərli bildirdi ki, yaxın zamanlarda çəkilmiş efiri yayımlayacaqlar. Biz də səbirsizliklə bu efiri gözləyirik. Bundan başqa ADPU-də fəaliyyət göstərən Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin də işimizə göstərdiyi xüsusi diqqət və saygını da unutmaq olmaz. Həm səfər öncəsi, həm də sonra bizimlə görüş keçirdilər. Uğurumuzun sevincinə şərik olub bizi ürəkdən təbrik etdilər. Mərkəzin təşəbbüsü ilə SəsTv də tədqiqatçı hüquqşünas, hörmətli Səməd müəllimin müəllifi olduğu layihə çərçivəsində Qərbi Azərbaycan mədəni irsinin yaşadılması, təbliğ olunması yolundakı fəaliyyətimizə yönəlik ayrıca veriliş yayımladılar.
- Bu uğurlu nəticələrdən sonra gözləntiləriniz nədir?
-Bilirsinizmi, mən indi burda söylədiklərimi hesabat olaraq rəşadətli ordumuzu, xalqımızı, gözəl ölkəmizi böyük zəfərə daşıyan Müzəffər Ali Baş Komandanımız, cənab Prezidentimiz möhtərəm İlham Əliyevə, Azərbaycan mədəniyyətinin, incəsənətinin inkişafına, zəngin mədəni irsimizin dünyada tanıdılmasına və təbliğinə böyük töhvələr vermiş Birinci Vitse Prezidentimiz, Heydər Əliev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya, eləcə də ölkəmizdə mədəniyyətimizin inkişafına cavabdeh olan bütün dövlət və qeyri dövlət qurumlarına, Qərbi Azərbaycan həqiqətlərini təbliğ etməyə görəvli olan bütün təşkilatlara, QHT-lərə Dövlət Dəstəyi Agentliyinə və xalqımıza təqdim edirəm.
Çünki bu yola çıxarkən hörmətli Prezidentimizin inaqurasiya çıxışı zamanı toxunduğu müqəddəs ailə institutumuzun sütunu olan milli mənəvi dəyərlərimizin yaşadılması, şanlı tariximizə söykənən zəngin mədəni irsimizin təbliği və haqq işimizə, tərəqqimizə töhvə verə bilən vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı tezisləri əldə rəhbər tutaraq çıxdıq. Bu baxımdan xöşbəxtik ki, bir əsgər kimi Ali Baş Komandanımızın verdiyi tapşırıqları şərəflə yerinə yetirə bildik. Gözləntimizə gəldikdə isə ümidvarıq ki, müvafiq qurumların yerlərdəki aidiyyatlı görəvliləri əldə etdiyimiz nəticələrə uyğun adekvat davranışlarıyla bundan sonra Azərbaycan mədəniyyətinin, zəngin mədəni irsimizin təbliğində bizim yaradıcılıq potensialımızdan da geniş şəkildə yararlanacaqlar.
-QHT rəhbəri, həm də sənətkar olaraq gələcək planlarınız haqqında nə söyləyə bilərsiniz?
-Əvvəlcə mən, fürsətdən istifadə edib, bizi Azərbaycan, eləcə də böyük Türk dünyası mədəniyyətinin uğuruna daşıyan planın baş tutmasında başda QHT Agentliyi olmaqla hər kəsə, Türkiyədə uğurla fəaliyyət göstərən Mədəniyyət Mərkəzinə, ordakı tərəfdaşlarımız «Tək hədəfimiz eğitim» dərnəyinə, «Xarıbülbül Azərbaycan Vizion Tiatrosu» birliyinə, Azərbaycan Diasporla İş Komitəsinə, Azərbaycanın xalq artisti ShouwplusTv-nin rəhbəri Samir Cəfərova, bizi bu cür işlər görmək iqtidarına çatdıran dövlətimizə, xalqımıza və valideynlərimizin bizi heç zaman yalnız qoymayan ruhlarına minnətdarlığımı çatdırmaq istəyirəm. Əzəldən planımızı qurub yaratmaq, bir unudulmuş sənəti, ənənələrimizi yaşatmaqla dekorativ tətbiqi sənət sahəmizə kiçicik də olsa töhvə vermək amacıyla düzüb qoşmuşduq. Araşdırmalarımızın sehri bizi bir xalçanın iziylə Dərələyəz mahalının Keşişkənd adlı gözəl bir diyarına daşımışdı. Amma bura qədər yüzlərlə Azərbaycan xalçasını kitabələr təki oxumuş, öyrənmişdik. Yalnız Keşişkənddə 1873-cü ildə toxunmuş at yəhəri xalçası xüsusi diqqətimizi çəkmişdi. Burdakı heç yerdə rast gəlmədiyimiz naxışların hikməti bizi sehirli cazibəsinə almışdı. O üzdən biz bu naxışlara yenidən həyat verib öz əsərlərimizdə yaşatmağa qərar vermişdik. Əlbəttə ən əvvəl Uca Yaradanımızın nəzəri və lütvüylə Xəzər sahillərində hazırladığımız «Dərələyəzim vəhdətdə» və «Zəngəzurum» adlı əsərlərimizi Bosfor boğazına, «Validə Sultan»gəmisinə, oradan da dünyaca məhşur Topqapı sarayına daşıya bildik. Bu o deməkdir ki, Dərələyəzim, Zəngəzurum adını daşıyan bu əsərlər biz həyatda olmayanda da yaşayacaq. Və kimlərsə bizi kimi bu əsərlərə baxıb yeni, daha gözəl əsərlər yaratmaqla müqəddəs vətən yaddaşı ömrünə ömür qatacaqlar... Bilirsinizmi planlar barədə verdiyiniz suala cavab vermək üçün mən indi konkret gələcək bir layihədən danışa bilmirəm. Biz bu gün haqqında danışdığımız, mədəmiyyət tariximizə iz qoyacaq o layihəni QHT Agentliyinin ən kiçik qrantlar üzrə müsabiqəsi əsasında reallaşdırdıq. Amma bu gördüyümüz ümumi işin yalnız bir hissəsi üçün yetərlidir. Bura qədər böyük bir kolleksiyanı, əsərlərimizi, apardığımız tədqiqat işlərini, təbliğat materiallarımızı öz daxili, şəxsi resurslar hesabına ərsəyə gətirmişik. Buna görə həm də bir ailə olaraq özümüzü bu şərəfli yol üçün müəyyən şeylərdən məhrum etmişik. Peşman da deyilik. Lakin bundan sonra daha böyük planları qurmaq üçün, yaradıcılıq potensialımızın Azərbaycan mədəniyyətinin təbliğinə, mədəni irsimizin qorunmasına, yaşadılmasına töhvə verməsi üçün müvafiq qurumların dəstəyinə ehtiyacımız vardır. Əgər bu dəstək olarsa ölkəmiz üçün, sənətimiz üçün daha böyük işlər görə bilərik.
İnanırıq ki, özünün ən böyük tarixi zəfəri dövrünü yaşayan bir ölkənin sənətkarları olaraq şanlı tariximizə söykənən, zəngin mədəni irsimizi tərənnüm edən bir çox yüksək sənət əsərləri yarada bilərik....
“Ədəbiyyat və incəsənət”
(29.10.2024)
“Kirazlı köyün berberi” - Hamza Öztürkçü
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə təqdim etdiyi layihədə Türkiyənin “Genç Yürekler” jurnalının seçimində 51 türk müəllifinin yazıları yer alır. Türkiyə türkcəsində yayılan əsərlərin əsas qayəsi budur: “Dildə, fikirdə, işdə birlik!”.
“Kirazlı köyün berberi”
Hamza Öztürkçü
Memleketin tüm meseleleri berberde konuşulurdu. Bu hep böyle gelmişti, böyle gidecekti. İnsan evinde konuşmaz da gelir berberde konuşurdu ülkenin meselelerini. Sadece memleket meselesi mi? Hayır efendim, hangi mesele olursa-olsun berberdekiler mevzuya bahis açmasınlar, olacak şey mi? “Berberler mahallenin merkezidir” deseler, yeridir. Mahalleye yolu düşenleri hemen berber merkezine alır da, adresi berbere göre verirdi Kirazlı’nın sakinleri. Sonra sadece memleket meseleleri değil, mahallenin meseleleri de burada konuşulur, karara bağlanırdı.
Geçmiş zamanda konuştuğuma bakmayın, efendiler, hâlen de öyle. Maksat öykü olsun. Kim kiminle gezer, kim nerede görülmüş, kimin kime yan baktığı hep burada konuşulur. Kimin evde ne derdi var, burada ayan-beyan açılır. Anlayacağınız hanımından korkan berbere koşar. Mahalleye muhtar olacak adamın önce berberdeki hazırunu ikna etmesi elzemdir. Nasıl mı? Anlatayım. Berbere kimin işi düşer dersiniz? Elbette ki, saçı olan herkes düşer. Her evden birilerinin muhakkak uğradığı yegâne mekândır berber. Muhtar olacak adam önce berberi ikna edecek ki, işi görülsündü.
İzmir’in Torbalı ilçesinde yıllanmış bir öyküdür Kirazlı mahallesi. Memleketin yazılmayı bekleyen her köşesinden sadece biri-satır başı. Eskiden her evin bahçesinde kiraz ağacı bulunurmuş. O sebeple Kirazlı mahallesi kalıvermiş adı. Vakti zamanında mahallenin berberi Orhan, kayıtlarda mahalle olarak geçen Kirazlı’ya hizmet gelmesi için söylenmiş ahaliye. Kimseye kendilerini kabul ettirememişlerdi. Nüfus çoğaldıkça daha çok hizmet gerekir olmuş.
Mahallenin ahalisi fabrika işçisi hep. Haliyle içlerinden biri muhtar olursa, gel de çık işin içinden. Berber Orhan, ahaliye desturu çekmiş, “iş başa düştü” deyip muhtarlığa aday oluvermiş. Orhan’a haliyle rakip çıkmamış. Seçilmiş, dayanmış devletin kapısına. Uğraşmış, didinmiş, köy oluvermişler. Ne olacak dediklerinde köyün ismi, düşünmüş-taşınmış, en makul cevabı vermiş.
“Ecevit köyü olsun,” demiş. Maksat hizmet görsündü mahalleli. Memur olmazda ısrar edince “Her evin bahçesinde kiraz var, beyim, Kirazlı olsun o hâlde,” diyerek tayin etmiş köyün ismini. “Eee efendim, ne yapayım? İş hızlı olsun dedim, ama kimsenin gönlü kırılmasın da istedim. Kirazlı deyiverdim. Ne de olsa herkesin bahçasında kiraz var. Kimsenin itirazı olmaz buna, elbet.”
Orhan bir sonraki seçimde aday olmadı; ama dedik ya, kim muhtar olacaksa Orhan’ı ikna etmeliydi. Herkes geldi konuştu, elbet birileri muhtar olacaktı. Ahaliden biri çıkıştı:
“Biz köy olduk; fakat bize birden fazla mahalle de lazım, Orhan”.
Orhan, “merak etme” bakışı attıktan sonra patlatıverdi acı gerçeği:
“Ha bu dere var ya, onu sınır belledik. Yukarısına ‘Aşağı Kirazlı’ mahallesi dedik, aşağısına ‘Yukarı Kirazlı’ mahallesi dedik”.
“Orhan, sanki bu işte bir gariplik var. Aşağısı ‘Aşağı Kirazlı’ olacaktı,” dedi hazırundan biri.
Berber Orhan hiddetle bağırdı; memura da böyle bağırmıştı esasında:
“Onu, elbet, ben de biliyorum. Memur yanlış yaptı ha, ben ne yapayım? Hem memur dedi ki, fark etmezmiş. İstanbul’da da varmış böyle bir yer. Küçükçekmece aslında Büyükçekmece’den daha büyükmüş. Ben de yeni öğrendim”.
Alışıverdiler desem olmaz, elbet. Bu duruma hiç alışmadılar, unutmayı tercih ettiler. Mahalleleri kimse anmadı. Köy olmuşlardı artık. Bu, bundan böyle postacının bileceği işti.
Kirazlı köyü, dere kenarında büyüyen bir yerleşim oldu. Köyün diğer yerleşimlere nazaran farklı bir yapısı vardı. Köylülerin bir kısmı doğudan göçmeydi. Doğuda iş sorunu hep vardı; kendine yetemeyen, bir avuç tarlası olan toprağını sattı, geldi şehre. Şehir dediysek de öyle anlamayın, Kirazlı’ya geldiler işte. Bir fabrikada işe girdiler ilk gelenler. Gelenler diğerlerini de getirdiler. Kirazlı’nın bir kısmı da yerliydi. Karadeniz’den gelen furya vardı bir de. Karadeniz’den ilk gelen aile, kaçarak gelmiş. Yani damat kızı kaçırmış, askerlik arkadaşı buranın yerlilerinden Kenan, damada önce bir iş bulmuş çalıştığı fabrikada. Damat kendini toparlamış geçen zamanla birlikte. Aileler ilk başta razı olmamış, fakat ilk çocuk dünyaya gelince mecbur razı oluvermişler. Damat dönmemiş memleketine. Tam tersi Karadeniz’den gelenler olmuş Kirazlı’ya. İlk başta bir-birlerinden çok çekinseler de alışmış Kirazlı’nın sakinleri bir-birine. Hani sizin korktuğunuz gibi hiç olmamış. Huzurla yaşamışlar. Gelen bir süre çalışmış, didinmiş. Borç-harç, her kes bir köşe kapmış, ev yapmış. Ağaçlar şahittir, efendim, gül gibi bakmışlar köye. Her bir şeye sahip olmuşlar. Yeter ki, huzur olsundu. Yıllar içinde kız alıp-vermişler.
En eskisi Orhan’dı Kirazlı’nın. Yaşı da epey var. Her kes hürmet eder, sever, sayardı. Onun berberi bir mekteptir aynı zamanda. Okul okumayan varsa, ilk Orhan’ın elinden geçerdi. Eğitir, büyütür, meslek sahibi yapardı. Almanya’da onun yetiştirdiği berberler varmış. Hürmetten olsa gerek, ikinci berber hiç açılmamış Kirazlı’da. Orhan’ın da baba mesleğiydi berberlik. Babası merhum Şevket, muhterem adamdı. Bazı zamanlar berber Şevket’i anarlar köyün ihtiyarları. Bir gün yine berberde otururken ihtiyarlar yüklendi Nazmi amcaya:
“Ya Nazmi emice, Berber Şevket’i anlatsana şu bir garip müslümana”.
“Hadi oradan, eğlenecek başka nem bulamadınız mı!”
“Anlat be, Nazmi emice, bak İstanbul’dan geldi şu sabiler. Bakarsın biri yazar oluverir, yazarlar seni”.
“Eyi tamam, amma yazıvermesinler, gereh yoh. Lakin Orhan destur verirse ancak anlatırım”.
Orhan:
“Destur senin, Nazmi emice, babamı, yıllar geçsin, yine dinlerim senden. Allah sana uzun ömürler versin, emmi”.
Orhan’ın gözleri yaşardı. O sessizliğe gark olsun kederiyle, biz öykümüze dönelim.
Nazmi amca:
“Bir gün, evladım, sana deyim 1960, belki 61, emme ihtilalden sonra edi. Dişim ağrıyor, fakat dersin dağ dile gelmiş. Rahmetli babam sızlanmama dayanmadı da tuttu elimden apardı meni, kime dersin, berber Şevket’e. Mevsimlerden gış… Rüzgâr vurdukça dişim beynimden çıhacak gibi bir ağrı verir. Kar var mı, yoh mu hatırlemirem. Hatırlamah da ne! A bu dişimin ağrısından aklım başımda mı?! Aklım başımda değildi, ta ki, berber Şevket’in pensesini görene kadar. Tıraş ediyordu rahmetli Hasan emmiyi. Onun da içli sesini hatırlarım yegâne. O kadar. Onun tıraşını bitirdi de aldı eline penseyi. Ben dişimin ağrısını unutdum, koşarkene rahmetli babam tutuverdi. Berberde olanlar beni yatırdılar yere. Şevket penseyi soktu ağzıma, güç-bela çıkardı dişi. Çıkardı, emme yüzünü heç unutmam, yanlış dişi çekmiş idi. Asıl çürük olanı da çekti ki, ben kendimden geçmişim. Aha, bu iki dişimin yeri rahmetli Şevket’in hatırası. Nur içinde yatsın. Kirazlı’nın tüm çürük dişlerini o çekerdi”.
Nazmi amca, yıllar geçtikçe daha da duygusallaştı. Ağladı bir kenarda sessizce. Sonra kalktı gitti. Berber Orhan, yıllardan beri baba yadigârı bu dükkânda yıllarını geçirir. Kirazlı’ya emeği çoktur. Köyün gençlerine sahip çıkardı. Üniversitede okuyan köyün delikanlılarından yazın izne geldiklerinde berber parası almazdı. Okumayan varsa da, eline mesleğini verir, gurbete gönderirdi. Berber dükkânı çıraksız kalmazdı. Çırağı da kalfa yapmadan göndermezdi. Her işin kendine göre bir raconu vardı, elbet. Berber dükkânı şimdi Erdal’ın elindeydi. Erdal, Muşlu Hakkı’nın küçük oğluydu.
“Okula gönderdim, efendim, okumadı. Çok dedim bak, “git oku, bir amir çıkarsın, hayatın kurtulur”, ama dinletemedim”.
Kirazlı’nın ahalisi Hakkı’nın bu sözlerini çok duyardı; ama her kes bilirdi ki, çocukları okutmayan Hakkı’ydı. Erdal’dan öncekini de okutmadı, Köy ile kasaba arasındaki minibüs hattına şoför yaptı. Çocukların on elinde on marifet. Küçüğüne de Orhan sahip çıktı. Aldı yanına, ilk başlarda getir-götür işleri. Erdal her sabah dükkânı açar, temizliğini yapar. Radyoyu açar, çayı demler, edevatı hazır eder, ta ki, Orhan gelene kadar. Erdal yaşıtlarına göre erken olgunlaştı. Bunda ustasının da payı büyüktü. Kolay mı Orhan’ın çırağı olmak?!
Bir sabah, yazın son demlerinde Orhan dükkâna geldi. Hiç bir şey söylemeden oturdu müşteri koltuğuna. Erdal yutkundu. Ellerini titreme aldı. Bu Erdal’ın kalfalık sınavıydı. Orhan çok duymuştu. İstanbul’da kalfalık okulları açılmıştı da, oradan belgesini alan kalfa oluveriyordu. Ee ne de olsa, her işin bir raconu var dedik, efendim.
“Ben de rahmetli babam beni tıraş ettiydi de öyle oluverdik kalfa. Haydi göster maharetini de, al eline makası”.
Erdal’ın ayakları boşaldı heyecandan. Eline makası aldı. Aynaya baktı ve ustasının rahatına şaştı kaldı. Orhan, Erdal’ın nefes alış-verişini hissediyordu. Gözlerini kapatıverdi Orhan, tıraş bitene kadar açmadı. Dükkânın önünden geçen mahallenin okumuş delikanlısı gördü o fotoğrafı:
“Hayırlı olsun, Erdal kardeşim. Biz okuduk da ne olduk. Allah yolunu açık etsin”.
Hızla yayıldı bu sahne köyde. Yakın olan girdi kapıdan içeri. Kimi şakalaşıyor, kimi Erdal’ın heyecanını yatıştırmaya çalışıyordu. Erdal tüm bu söylenenleri duymuyordu bile. Dükkân ağzına kadar dolduğunda, sakal tıraşına geçmişti bile. Ahalinin dikkatini başka yere çekmek için açtı televizyonu ihtiyarlara. Haberleri dinleyen ahali bir süre sonra televizyonda erken seçim tarihini veren hükümet yetkilisine dikkat kesilmişti.
“Desene önümüzdeki Ramazan ağzımızın tadı kaçacak”.
“Bu adam yaş tahtaya ayak basmaz, efendi. Bu işin altında başka iş var”.
Erdal, havluyla ustasının başını kuruladı. Berber dükkânından insanlar Erdal’ı tebrik ederek çıktılar. Erdal rahatlamıştı.
“Huzurumuz kaçacak bu seçimlerle, Orhan, huzurumuz kaçacak”.
Yavaş-yavaş çıkarken ahali, müşteriler de tek-tük gelmeye devam ediyordu. Gelen müşterilerin birini Erdal aldı, birini Orhan.
“Ədəbiyyat və incəsənət”
(29.10.2024)
|
Güney Azərbaycan Poeziyası Antologiyasında Əmir Hacılının adsız şeirləri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi yazar Xoydan Əmin Hacılıdır.
Əmin Hacılı
Xoy
Çəhrayı başlığı ilə
Ətək yazısındakı adları böyük
Hərflərlə başlatdığı ilə
Yaşamaq sevincini piyalaya yerləşər dediyim
Məmələrinə doldurunca
Uclarının şişməsi ilə hər sabah
Və axşamlar əmizdirdikdən sonra
Hüznü, sərxoşluq sənə düşünərəm.
Sən çəhrayı başlığınla
Ətək yazılarının altındakı böyük hərflərinlə
Və məmələrinlə qısacası
Sənə düşündüyümdə, bunlara düşünürəm
Məni anlamaq üçün məni durdur
Unutmadan sloqan budur
Dostluq
Bir ucu tutuq
Sən doldur mən daşıdım
Mən daşıtdıqca sən doldur
Hekayə budur.
Rockun ortasındakı qaraçı
Köçünü hansı yaylaqda endirəcəyimi bilmirəm
Öncə itmək istəyirəm
Əfyundan sonrakı aydınlığın adı xumarlıq
Sonra gerçəkdən itirəm
Xumarlıqdan sonrakı həqiqətin adı həyat
Sonra sevinirəm itdiyim üçün.
Həyatdan sonrakı şairin adı şeir isə, şeirdə itirəm
Sən qəhqəhəni gözlərindən qaytarırsan.
Sonra sevinirəm itdiyim üçün
Sən qəhqəhəni gözlərindən qaytarırsan
Sevincinə sevincim toxunsa
Sən sevincimi gözlərimdən oxuyursan
Ətək yazılarım dahi
Bir şair Magnum 09 ilə ürəyinin süfrəsini açır
Mən ağlımdan keçənləri masanın üzərinə tökürəm
Sonra oturub içindən səni seçirəm
Yox, sərxoş deyiləm.
Ağzı möhürlü bir mağaranı açıb
İçindən məfrəx çıxardan insan oğlu
Həyatın sirlərini aça bilmədikdən sonra hekayələrini yazar
O sırada vergül qoyular
(Şair sabahları fəhlədir,
Gecələri hobbi olaraq vergül qoyar).
Sən qəhqəhəni sinkə qaytarıb masaya dönərsən
Həyatın sağırlığına içilər son stəkan
Sağlıq da bitər
Vergül
Portağal qabıqlarının içindəki
Siqaret kötüklərinin içindəki
Siqaret kötüklərinin ucunda sözcüklər
Zibil qabına tökürlər...
“Ədəbiyyat və incəsənət”
(29.10.2024)
TRİBUNA - Azərbaycan yazıçıları niyə xaricdə çap edilmirlər?
“Ədəbiyyat və incəsənət” portalı filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiqin olduqca ciddi olan bir problemə baxışını təqdim edir. Azərbaycan yazıçıları niyə xaricdə çap edilmirlər?
Azərbaycan yazıçıları niyə xaricdə çap edilmirlər? Yaxşı sualdır, yaxşı da cavabları var. Çünki yazıçı, naşir, kitabçı olaraq bu sual hamımızı düşündürür. Bir nəfər çıxıb deyəcək ki, heç yazıçılarımız Azərbaycanda normal çap edilib satılırlar ki, xaricdən danışırsınız? Etiraf edim, bu da əla sualdır. Bəlkə də, hər şey buradan başlayır elə...
Zənn edək ki, bu məsələni həll etmişik, bizi xaric düşündürür. Ona görə də ikinci problemdən başlayım, bəlkə, yazının sonunda buna da gəlib çıxdıq.
Suala sualla cavab verək: “Kim Azərbaycan yazıçısını dünyaya təqdim etdi, təbliğ elədi ki, xarici naşirlər də tanıyıb çap etsinlər?” Bəli, hər şey buradan başlayır. İndi bir-iki yekəqalstuk yazıçımız, ya da yan-yörələrindəki, gələcəyini yanlış olaraq onların quru təşəkkürnamələrinə bağlayan 45+ yaşlı “gənc yazarlar” çıxıb deyəcəklər ki, niyə çap edilmir? Bəs filankəs, filankəs, filankəs... Elə bu başdan bildirim ki, çap olunmur deyəndə kiminsə kitabının hansısa xarici dilə tərcümə edilib şəxsi əlaqələri, haram, halal yolla qazandığı pulu hesabına xahiş-minnətlə çap olunub anbarlarda yatan, ona-buna hədiyyə edilən kitabları nəzərdə tutmuram. Sualım budur ki, niyə hansısa xarici nəşriyyat azərbaycanlı müəllifin əsərinin müəllif hüquqlarını alıb, qonarar ödəyib, kitabını çap edib açıq satışa çıxarmır? Sualımın əsas məğzi budur. Bəli, hazırda belə yazıçılarımızı barmaqla saymaq olar: bir, iki, üç...
Bunun ilk səbəbi Azərbaycan nəşriyyatlarının düz-əməlli inkişaf etməməsi, strategiya və marketinq planının olmamasıdır. Dünya kitab bazarı çox ciddi inkişaf yolu keçib. Biz isə bu yola çox qısa müddətdir, boylanmışıq. Fəaliyyət dövrü iyirmi ili aşan bir-iki yerli nəşriyyatın adını çəkə bilərik, vəssalam. Onların da heç bir ənənəsinin olmadığını, bu sistemin qurulmasında özlərindən sonrakılara heç bir yol göstərməməsini, nümunə olmamasını görürük.İlk dəfə – 2015-ci ildə Frankfurt Kitab Sərgisinə gedəndə gördüm ki, bizim boy göstərən nəşriyyatlarımızın nümayəndələri orada sadəcə kimdənsə, yaxud xarici ölkələrin qrantı hesabına müəlliflik hüququ alıb, azərbaycancaya tərcümə edib satmaqla məşğuldurlar. Düzdür, çox vacib məsələdir, amma bunda da geridəyik. Son beş ilə qədər (o zaman Azərbaycan Nəşriyyatları Assosiasiyası (ANAİB) hələ yaranmamışdı) bir nəşriyyat görmədim ki, hansısa yerli müəllifin əsərlərini ingilis dilində kataloqlaşdırıb başqa ölkələrə təklif etsin. Demək olar, yox dərəcəsində idi. Xarici sərgilərdə dövlət hesabına qurulan stendlərdə hələ də bu ənənə yoxdur.
Gənc müəlliflərimizin, lap elə klasssiklərimizin, xarici nəşriyyatları maraqlandıracaq yazıçılarımızın yer aldığı hansısa vahid kataloq yoxdur. Bunu kim etməli idi?
Birinci növbədə, aidiyyəti qurumlarımız, sonra nəşriyyatlarımız və nəhayət, müəllif hüquqları agentliklərimiz.
Yenə sonuncudan başlayıram, sizcə, Azərbaycanda özəl müəllif hüquqları agentlikləri varmı, Azərbaycan yazıçılarının, rəssamlarının, bəstəkarlarının beyin məhsullarını xarici təşkilatlara təqdim edib, satıb həm özünə, həm də müəllifinə gəlir cəlb edə bilsin? Qısaca cavab: “Yoxdur!” Bu işi ya agentliklər edə bilər, ya da nəşriyyatlar. Nəşriyyatlarımızda ona görə yoxdur ki, bu sektor inkişaf etməyib, etdirilməyib, o əməkdaşı saxlayacaq güc və motivasiya yetərli deyil.
Nəşriyyatlarımız ya o gücdə olmayıb ki, müəlliflərlə müqavilə bağlasın, onların əsərini alsın, qonarar versin, çap etsin, hətta onu dünya bazarına çıxarsın, ya da buna heç marağı da olmayıb. Çünki burada ciddi gəlir yoxdur, milli təəssübkeşlik də cib doldurmur axı. Azdan-çoxdan gözə görünən müəlliflərimiz isə çırpınır, çabalayır. Aralarında bir-iki nəfərin bəxti gətirib, tale üzünə gülüb, ölkədə az-maz tanınır, oxunur ki, bu da heç bir halda kifayət deyil. On milyonluq ölkədə əsəri beş min tiraj satılan maksimum üç müəllif adı çəkə bilərik. Vəssalam. O da özlərinin hesabına. Özlərini təbliğ edərək, təqdim edərək, döyüşərək. Yenə deyirəm, tiraj sayı deyəndə öz məmur dostlarının, şəxsi imicinin hesabına hansısa dövlət qurumuna satmağı, təqdim etməyi nəzərdə tutmuram. Ondan danışıram ki, kitabı nəşriyyat çap edir, bazara çıxarır və təbii yolla formalaşmış oxucular alıb oxuyur.
Görəsən, nəşriyyatlarımız bu işi niyə təşkil edə bilmir? Çünki ölkəmizdə mütaliə səviyyəsi çox aşağıdır, kitaba maraq məktəblilərdən başlayaraq yuxarı yaş qruplarına qədər ürəkaçan səviyyədə deyil. Ona görə də naşir hələ Biləcəridən o tərəfə keçə bilmir, sözügedən problemlərlə əlləşir. Buradakı məsələni həll etməmiş boylanıb sərhədin o tərəfinə baxa bilmir. Niyə mütaliə səviyyəsi aşağıdır? Çünki dövlət kitabxanalarında klassiklərdən başqa – 80-ci illərdən bu tərəfə formalaşan müəlliflərin əsərləri yoxdur. Niyə yoxdur? Çünki dövlətin kitab sahəsinə ayırdığı pullar göyə sovrulub, bu sahəyə ciddi yanaşılmayıb, kitabxanalar, kitab mağazaları bağlanıb. Bunun da müqabilində müəlliflər ya formalaşmayıb, ya da yazdıqlarını oradan-buradan tapdıqları kiçik məbləğlə çap edib öz əhatələrinə, dost-tanışlarına hədiyyə ediblər. Bu da ona gətirib çıxarıb ki, yazıçılıq, naşirlik, kitabçılıq sənayesi fomalaşmayıb. Ona görə də başqa nəticə gözləməyə dəyməz.
İkincisi, Azərbaycan ədəbiyyatının xaricdə tanıdılması üçün hələ də hansısa dövlət fondu yoxdur ki, bu işi üzərinə götürsün, sözügedən sahədə fəaliyyət göstərsin, strategiya qursun, təbliğat-təşviqat işi ilə məşğul olsun. Uzun illər əvvəl çoxbilmiş məmurlarımız bu adla Türkiyədə nəşriyyat təsis etdirdi. Özü də, tanış-tunuş, qohum-əqraba əli ilə. Sonra başladılar, bir neçə gənc yazıçının əsərlərini türk dilində çap etdirməyə. Axırı da heç nə... Buradan pul silindi, bir-iki rəsmi tədbirdə ortaya qoyub başına fırlandıq, alqış dedik, boy boyladıq, soy soyladıq, bir neçə universitetin, tədqiqat mərkəzinin kitabxanasına hədiyyə etdik, vəssalam.
On beş ildən çoxdur, bu işlə məşğulam, Türkiyədəki bircə kitab mağazasında azərbaycanlı müəllifin əsərinin satıldığını görməmişəm. Olmazdı ki, ədəbiyyata dəstək fondu yaradılsın, nəşrlər xarici naşirlərə təqdim edilsin? Bunun üçün yeni nəsə icad etməyə ehtiyac yoxdur. Əksər ölkələrdə belə fondlar var. “Vikipediya”dan götürdüyüm Türkiyə nümunəsini azərbaycancaya tərcümə etmədən – olduğu kimi bura yerləşdirirəm:
“TEDA nedir?
Türkiye Cumhuriyeti Kültür ve Turizm Bakanlığınca yürütülen ve kısa adı TEDA olan “Kültür ve Turizm Bakanlığı Türk Kültür, Sanat ve Edebiyat Eserlerinin Dışa Açılımını Destekleme Projesi”; Türk kültür, sanat ve edebiyatıyla ilgili Türkçede veya başka bir dilde yayımlanmış eserlerin, çeviri ve yayım marifetiyle yurt dışında tanıtılmasını sağlamak için yurt dışında veya yurt içinde faaliyet gösteren yayıncılara teşvik veren bir çeviri, yayım ve tanıtım destek programıdır.
2005 yılında başlatılan TEDA Projesi, Türkiye’nin kültürel ve edebi birikimini yabancı okurlara kendi dillerinde okuma olanağı sunar. Böylelikle Türk yazarların eserlerinin uluslararası kitap pazarlarında görünürlüğü desteklenmiş olmaktadır.
Bakanlıkça yürütülen TEDA Projesi ile Türk edebiyatının dünya çapında dolaşımını desteklemek amacıyla TEDA Danışma ve Değerlendirme Kurulunca uygun görülen başvurular desteklenmektedir”.
Yaxşı, bəs bizdə bu işi kim görməli idi? Ya Mədəniyyət Nazirliyi, ya da Azərbaycan Dövlət Tərcümə Mərkəzi. Halbuki Tərcümə Mərkəzinin fəaliyyət istiqamətlərindən biri də “Azərbaycan ədəbiyyatının beynəlxalq aləmdə, xarici ədəbiyyatların Azərbaycanda tanıdılması və təbliği işinin həyata keçirilməsi”dir. Amma biz bu qurumlardan hansınınsa bu sahə ilə məşğul olduğunu görmürük.
Tarixində ilk dəfə olaraq Türkiyədə keçirilən TÜYAP Kitab Sərgisində bu il qonaq ölkə Azərbaycan olacaq. İndiyə qədər heç bir kitab sərgisində qonaq ölkə olmamışıq. Bu ilkdir. Bu sərgidə Mədəniyyət Nazirliyinin dəstəyi ilə 15, öz imkanları hesabına 10 nəşriyyat – 30 nəfərdən çox yazıçı, şair, ziyalı 2 – 4 noyabr tarixlərində Türkiyədə səfərdə olacaqlar. Kitab sahəsi ilə məşğul olan belə geniş heyətlə ilk dəfə xarici sərgidə iştirak edəcəyik. Daha bir ilk o olacaq ki, sözügedən sərgidə əksəriyyəti dövlət sifarişləri ilə işləyən mətbəələr, dövlət mükafatlarının kölgəsində gəzişən müəlliflər yox, öz ayaqları üstə durmağa çalışan nəşriyyatlar, yazıçılar iştirak edəcəklər. Çox sevindirici haldır. Bir neçə gün əvvəl mədəniyyət nazirinin müavini Fərid Cəfərov səfər proqramı ilə tanışlıq və təqdimat üçün nümayəndə heyətini qəbul etdi, xeyli müzakirə apardıq. Nəyi necə edəcəyimizlə bağlı xeyli danışdıq. Naşirlərin haqlı-haqsız irad və şikayətləri dinlənildi. Amma o qədər işi keçən illərdə görməli idik, görməmişik, indi tökülüb üst-üstə, altından çıxmaq uzun müddət tələb edir. Buna görə adamın nə nazirliyin indiki komandasını qınamağa dili gəlir, nə də naşirləri. Amma yenə ümidvericidir ki, hər görülən iş yandırılan çıraqdır. Ümid edirəm, nazirliyin yandırdığı bu çıraq sönməyəcək, alovlanacaq, alovlanacaq və dünyaya işıq salacaq.
Bir məsələni də qeyd edim ki, 2021-ci ildə yaradılan ANAİB-in 27 üzvü var, onlardan da 20 nəşriyyat bu sərgidə iştirak edəcək. 10 naşir dövlət, 10 nəfər naşir öz hesabına. Bundan əlavə, birliyə üzv olmayan 5 naşir də dövlət hesabına iştirak edəcək. Böyük hadisədir; 25 naşir dünyaca məşhur sərgiyə qatılır. Ən azından bəhsə-bəhs yaxşı bir işin qulpundan yapışmaq imkanı olacağına ümid edirəm. Güman edirəm ki, naşirlərimiz menecerlik bacarıqlarını ortaya qoyacaq, hərəsi, heç olmasa, beş azərbaycanlı müəllifi qardaş türk naşirlərinə təqdim edəcək, satışına nail ola biləcək. ANAİB heyəti olaraq artıq bir neçə ildir, bu sahədə çalışır, sərgilərdə qarşımıza bu məqsədi qoyuruq. Bunun üçün nəşriyyatlar müəlliflərə, müəlliflər naşirlərə inanmalı, aralarında razılıq olmalı, xaricdə tanınmaq üçün bir-birilərinə etibar etməlidirlər. Son bir neçə ildə çox az naşir xarici həmkarına müəlliflik hüququ satmağa nail olub. Bu kiçik də olsa, uğurdur. Hansısa xarici ədəbiyyatı çap edən naşir ilk olaraq o kitabın satılmasında maraqlıdır; bu da həmin kitabın təbliğinə yol açır.
Görüşdə bu məsələ ilə bağlı nazirliyə təklif etdim ki, heç olmasa, otuz kitabın xaricdə çapı üçün müəyyən büdcə ayrılsın, türk naşirlər bu kitabları alıb çap edə, təbliğatı ilə məşğul ola bilsinlər. Heç olmasa, ədəbiyyatımızı Türkiyədə tanıda bilək. Ümid edirəm, qonaq ölkə kimi fondumuzun yaradılacağı günə qədər son zamanlar bu sahəyə xüsusi diqqət ayıran Mədəniyyət Nazirliyi dəstək verə biləcək.
Sonda onu da qeyd edim ki, kitab ümummilli məsələdir, bu, təkcə özəl sektorun ümidinə buraxılmamalı, həm maddi, həm də mənəvi cəhətdən dövlətimizin resursları ilə dəstək görməlidir. Tez-tez deyilir ki, bu biznesdir, dövlət buna niyə dəstək olmalıdır, gedin, özünüz çalışın-vuruşun. Haqlı söz olsa da, düzgün yanaşma hesab etmirəm. Kitab, mədəniyyət birbaşa dövlət dəstəyinə həmişə ehtiyac duyub və duyacaq da. Onun üçün də güclü və böyük mədəniyyətə sahib ölkəmizi sadəcə mədəniyyətimizlə təbliğ edə bilərik. Burada isə sən, mən yox, biz olmalıdır.
P.S. Bu qədər etiraz, şikayət, giley-güzar yazdığım üçün qınana bilərəm: “Sən kimə nə məsləhət verirsən?” – deyənlərə öncədən şəxsimin və sahibi olduğum şirkətin gördüyü bir neçə işi xatırladım. XAN Nəşriyyatı İsa Muğannanın, Əzizə Cəfərzadənin, Rüstəm Behrudinin, Salam Qədirzadənin, müasir yazıçılardan Əziz Yaqubzadənin, Tamerlan İsmayılzadənin, Elayın, Xəyalə Muradın və özümün bir neçə əsəri yer alan ingiliscə kataloq hazırlayıb, İstanbul, Şarja, Frankfurt kitab sərgilərində xarici nəşriyyatlara təqdim edib. Bu il keçirilən Frankfurt Sərgisi üçün Məhəmməd Füzulinin 530 illyinə həsr edilmiş kiçik kitabçanı 300 tirajla çap edib sərgi iştirakçılarına hədiyyə etmişik. Hər dəfə xarici sərgilərə bu məqsədlə gedir, dostlarımızı şəxsən maarifləndirməyə çalışıram. Sərçənin daşıdığı su kimi olsa da, hələlik bacardığımız və gücümüz çatan budur.
“Ədəbiyyat və incəsənət”
(29.10.2024)