Super User
Luvrun Apollon qalereyası - SƏYAHƏT
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Kim ki ömründə Parisdə olmayıb, demək çox şey itirib. Bir məsəl var, deyirlər, “Parisi gör, sonra öl”.
Bir müəllimimiz vardı, 2001-ci ildə bəxt üzünə güldü, Parisə gedəsi oldu. Qayldanda hamımız üstünə tökülüşdük, bizə Paris barədə danışmasını xahiş etdik.
Bir onu dedi ki, işdi, yolunuz ora düşsə, nəbadə mərkəzdəki böyük alış-veriş mərkəzlərinə gedəsiniz, heçcə şey tapa bilməyəcəksiz, olanlar da od qiymətinə. Ucqarlarda kiçik mağazalara girin, bolluq və ucuzluqdur.
Lətifəsi Parisin dəyərini bilənlərdən uzaq. Düzdür, Makronun bərbad siyasəti Fransanı bizim gözümüzdən salmaqdadır, amma Makronlar gəldi-gedərdir, Parissə əbədi!
Luvr muzeyi, Eyfel qülləsi, Zəfər Tağı, Mulen Ruj… - bunları necə görməmək olar axı?
Bu gözəlliklər arasında təbii ki, Luvr muzeyi başda dayanır.
Luvr muzeyi (Musée du Louvre) — dünyanın ən məşhur muzeylərindən biri, dünyada ən çox ziyarət edilən sənət muzeyidir. 1793-cü ildə açılan və sahəsi 60 000 m² olan muzey həqiqətən də Parisin qürur rəmzidir. Bir ildə muzeyi təqribən 5 milyon nəfər ziyarət edir. Absolyut rekord isə 2007-ci ildə qoyulub, muzeyə 8 300 000 nəfər baş çəkib.
Sena çayının sahilində yerləşən muzeyin binası qədim kral sarayının binasıdır (Palais du Louvre). XIV Lüdovikin atlı heykəli meydanın başlanğıcını göstərir, həmçinin bura Parisin ən qədim, yaşlanmış hissəsi hesab olunur.
Muzeydəki rəsm nümunələri öz çəkilmə dövrlərinə görə seçilir və Fransada müxtəlif kolleksiya yığan insanların vaxtı ilə şəxsi pulları vasitəsilə aldıqları çoxsaylı əsərlər də saxlanılır. Bu proses Kapetinqlər sülaləsinin dövründən etibarən formalaşmağa başlamışdır.
Bu muzeydə demək olar ki, hər şey var. Buna görə də muzeyi universal adlandırmaq mümkündür. Onun kolleksiyasına böyük coğrafi və tarixi nümunələr daxildir. Burada Qərbi Avropadan tutmuş Yunanıstan, İran, Misir və Yaxın Şərq incəsənəti nümunələrinədək rast gəlmək olar.
Luvr barədə saatlarca danışmaq olar. Mənsə sizə sadəcə, muzeyin Apollon qalereyasını göstərəcəm. Baxın və insan əlinin yaratdığı bu ecazkar möcüzədən vəcdə gəlin.
“Ədəbiyyat və incəsənət”
(09.10.2024)
X Bakı Beynəlxalq Kitab Sərgisinin mükafatlandırma və bağlanış mərasimi keçirilib
Oktyabrın 8-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə X Bakı Beynəlxalq Kitab Sərgisinin mükafatlandırma və bağlanış mərasimi keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, tədbirdə çıxış edən Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli X Bakı Kitab Sərgisində ümumilikdə 327 tədbirin keçirildiyini, həmçinin bir çox dünyaşöhrətli yazarların kitab təqdimatlarının və oxucularla görüşlərinin təşkil olunduğunu qeyd edib. O, ötən illə müqayisədə builki sərgidə yeni naşirlərin də iştirak etdiyini diqqətə çatdırıb.
Daha sonra mükafatlandırma mərasimi keçirilib.
Azərbaycan Dövlət İnformasiya Agentliyinə və İctimai Televiziya və Radio Yayımları Şirkətinə “Media tərəfdaşı” sertifikatları təqdim olunub.
“Ən yaxşı kitab” nominasiyası üzrə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Füzuli Kitabxanası” seriyası, “Ən kreativ stend tərtibatı” nominasiyası üzrə Təhsil Nəşriyyat-Poliqrafiya MMC, “Everest” və “Çinar” nəşriyyatlarının stendi, “Ən çox oxunan uşaq yazarı” nominasiyası üzrə Bəhram Bağırzadə, “Ən çox oxunan müəllif” nominasiyası üzrə Elxan Elatlı, “Ən fəal nəşriyyat” nominasiyası üzrə isə “Qanun” və "TEAS Press" nəşriyyatları qalib elan edilib.
“Ədəbiyyat və incəsənət”
(09.10.2024)
Berlində Xalq rəssamı Əşrəf Heybətin “Türk dünyası” adlı sərgisi açılıb
Yunus Əmrə İnstitutunun Berlindəki mərkəzində Almaniyada yaşayan Xalq rəssamı, Almaniya Rəssamlar Birliyinin, UNESCO Rəssamlar Federasiyasının üzvü, Azərbaycan Rəssamlar İttifaqının və Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü Əşrəf Heybətin fərdi sərgisi açılıb.
AzərTAC xəbər verir ki, “Türk dünyası” adlı sərginin açılışında türkdilli ölkələrin, o cümlədən Azərbaycanın Almaniyadakı səfirliklərinin əməkdaşları, türkdilli xalqların icmalarının təmsilçiləri, yerli mədəniyyət və incəsənət ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Sərgidə görkəmli rəssamın 38 əsəri nümayiş olunur. Rəsmlərdə geniş coğrafiyanı əhatə edən Türk dünyasının zəngin tarixi-mədəni irsi, memarlıq abidələri, adət-ənənələri əksini tapıb.
Rəsm sərgisi oktyabrın 11-dək hər gün saat 12.00-dan 16.00-dək Yunus Əmrə İnstitutunun Berlindəki mərkəzində ziyarətçilər üçün açıq olacaq.
“Ədəbiyyat və incəsənət”
(09.10.2024)
Ədəbiyyat üzrə “Nobel” mükafatının builki favoriti Tsan Suedir
APA “The Guardian“a istinadən xəbər verir ki, 71 yaşlı çinli yazıçı Tsan Sue (şəkildə) bukmeykerlərin proqnozlarına liderlik edir.
T.Sue sözügedən mükafata layiq görülsə, dünyada 18-ci, Çində isə 3-cü “Nobel” alan xanım kimi tarixə düşəcək.
Eyni zamanda, bildirilib ki, siyahının ikinci pilləsində Cerald Menrayn qərarlaşıb.
Həmçinin “Nobel” ala biləcək yazıçıların arasında Enn Karson (Böyük Britaniya), Lyudmila Ulitskaya (Rusiya), Mirça Keteresku (Rumıniya), Marqaret Etvud (Kanada), Coys Kerol Outs (ABŞ), eləcə də Yoko Ohavanın da adları çəkilir.
Qeyd edək ki, ədəbiyyat üzrə “Nobel” mükafatının qalibi oktyabrın 10-u elan olunacaq.
“Ədəbiyyat və incəsənət”
(08.10.2024)
Türk Mədəniyyəti və İrsi Fondu Darxan Kıdırəlinin “Daşa yazılmış tarix” kitabını təqdim edib
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Qazaxıstanın tanınmış ictimai və siyasi xadimi, görkəmli türkçü Darxan Kıdırəlinin “Daşa yazılmış tarix” kitabı türklərin qədim tarixindən bəhs edir və hər bir türk toplumu nümayəndəsi üçün gərəkli bir kitabdır.
Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Azərbaycan dilinə çevrilərək çap edilmiş kitabın təqdimat mərasimi X Bakı Beynəlxalq Kitab Sərgisində ötən gün baş tutub.
Kitabı Azərbaycan dilinə tanınmış araşdırmaçı jurnalist Aida Eyvazlı Göytürk tərcümə edib.
Yazıçı Fərid Hüseynin moderatorluğu ilə keçən təqdimat mərasimində moderator türk xalqları ədəbiyyatının, elminin ortaq nöqtələrindən, istinad mənbələrindən bəhs edib. İlk olaraq Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Aktotı Raimkulova çıxış edib, Darxan Kıdırlaının türk tarixindən bəhs edən əsərinin böyük əhəmiyyətini dilə gətirib, əsərin Azərbaycan dilinə uyğunlaşdırılmasını böyük hadisə adlandırıb.
Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid Darxan Kıdırəli şəxsiyyəti, onun türkçülüyə verdiyi töhfələrdən bəhs edib, kitabı böyük maraqla oxuduğunu dilə gətirib.
Təqdimat mərasimində iştirak edən Milli Məcllisin deputatı Cavanşir Feyziyev Darxan Kıdıralının Türk dünyası, türk elmi üçün əvəzsiz xidmətlərindən, Beynəlxalq Türk Akademiyasının təşəkkül tapmasında müstəsna fəaliyyətindən, onun Azərbaycan ilə Qazaxıstan arasında elm sahəsində həyata keçirdiyi layihələrdən danışıb.
Filologiya elmləri doktoru Şərəf Cəlili “Daşa yazılmış tarix” kitabını İleriş-Kutluq Xaqanın, Tonyukukun, Bilgə Xaqanın göy türklərdən bu günə qədər gəlib çıxan kitabı və səsi adlandırıb. Bu kitabın bütün ali və orta məktəblərdə tədris olunası kitab olmasına diqqət yönəldib.
Xalq şairi Sabir Rüstəmxanlı Türküstan elinin görkəmli ziyalısı Darxan Kıdıralının kitabını daşlardan bizə gəlib çatan əmanət adlandırıb.
“Daşa yazılmış tarix” kitabını Azərbaycan türkcəsinə uyğunlaşdıran Aida Eyvazlı Göytürk isə belə bir kitabın tərcüməsinin məsulyyətinin onun çiyinlərinə düşməsini “Tanrıdan verilən xoşbəxtliyimdir” deyə izhar edib. Bildirib ki, bu kitab bir daha sübut edir ki, türk həm tarix yaradıb, həm də tarix yazıb.
Xatırladaq ki, Türk Mədəniyyəti və İrsi Fondu türk dünyasının yazarlarının, alimlərinin təbliğinə həsr edilmiş kitab seriyaları nəşr etdirməkdədir və bu layihə türk xalqlarının irsinin öyrədilməsində, inteqrasiyasında böyük əhəmiyyət kəsb edir.
“Ədəbiyyat və incəsənət”
(08.10.2024)
Azərbaycan Ədəbiyyat Fondu müasir dövrün tarixi romanları mövzusunda panel təşkil edib
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Azərbaycan Ədəbiyyat Fondu Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində keçirilən 10-cu Bakı Beynəlxalq Kitab Sərgisində - Yaşıl zona təqdimat zonasında “Müasir dövrün tarixi romanları” mövzusunda panel təşkil edib.
Moderatorları yazıçı-jurnalist, Azərbaycan Ədəbiyyat Fondunun baş direktoru, Əməkdar jurnalist Varis və yazıçı-kouç, millət vəkili Əlibala Məhərrəmzadə olan paneldə dövrümüzdə yazılan tarixi romanlar saf-çürük edilib, onların tarixilik baxımından əhəmiyyəti diqqətdən keçirilib.
Varisin “Qızıl cib saatı” və Əlibala Məhərrəmzadənin “Atabəylər” romanlarının müzakirəsi ilə paneldə dinləyicilərin fəal iştirakı da təmin edilib.
Moderatorlar vurğulaylblar ki, dünyada tarixi roman janrı hazırda öz intibahını yaşayır, gerçək tarixlə yanaşı feyk-histori - yəni uydirma tarix də bədii ədəbiyyatın mövzu spektrini genişləndirməkdədir. Amma təəssüf ki, ölkəmizdə bu janra diqqət elə də böyük deyil. Sırf bu janrda yazan isə cəmi bir müəllif var - Yunus Oğuz.
Və bu reallaıqda haqqında bəhs edilən hər iki romanın diqqət cəlb etməsi və böyük oxucu auditoriyası qazana bilməsi diqqətçəkən haldır - birinci romanın mövzusu 100 illik dövr ərzində Konstantinopoldan başlayaraq Qararabağadək erməni məsələsidir, ikincinin mövzusu isə 12-ci əsrdə Səlcuqlular imperiyasından qoparaq Azərbaycan dövlətçiliyinin təşəkkül tapmasıdır.
Paneldə müasir tarixi romanların səciyyəvi xüsusiyyətləri, mövzu seçimində prioritetlər, oxucu kütləsinə çatdırılma yolları kimi vacib məsələlərə toxunulmuşdur.
Azərbaycan Ədəbiyyat Fondunun bu sahədə həyata keçirmək istədiyi layihələrdən söz açılmışdır.
Fotolar Bayram Afurcalınındır.
“Ədəbiyyat və incəsənət”
(08.10.2024)
Türk Dünyası Gənc Yazarlarının I Bakı forumu keçirildi
Rizvan Fikrətoğlu, “Ədəbiyyat və incəsənət” üçün
Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Dünya Gənc Türk Yazarlar Birliyinin həyata keçirdiyi "Türk dünyası gənc yazarlarının I Bakı forumu" layihəsi çərçivəsində Sosial Təqdiqatlar Mərkəzinin (STM) “Zəfər” zalında forum keçirildi.
Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğız Respublikası və Güney Azərbaycan nümayəndələrinin iştirakı ilə forumda “Türk dünyası ədəbi-mədəni əlaqələrin inkişafı – yeni ideyalar, yeni çağırışlar” mövzusu ətrafında geniş müzakirələr aparıldı.
Birliyin başqanı, forumun moderatoru İntiqam Yaşar bildirdi ki, layihənin məqsədi Türk dünyasının tarixi ənənəsi olan ortaq ədəbi-mədəni əlaqələrin bu günü və gələcəyinə yeni nəsil yazarların verəcəyi töhfələrin önəmi, ortaq ideyalar və birgə fəaliyyətlərin artırılmasıdır. İntiqam Yaşar hesabat çıxışında "Türk dünyası gənc yazarlarının I Bakı Forumu” layihəsi çərçivəsində gördükləri işlərdən danışdı: “Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə keçirdiyimiz layihə çərçivəsində Azərbaycan və digər Türk ölkə və topluluqlarından olan yeni nəsil yazarların yaradıcılıq nümunələrindən ibarət kitab çap olundu. Həmin kitabın təbliği istiqamətində bir sıra təhsil və mədəniyyət müəssisələrində tədbirlərimiz keçirildi. Eyni zamanda, təşkilatımızın 25 illik yubiley törəni Bakı şəhərində geniş ictimaiyyətin iştirakı ilə təşkil olundu. Tədbirlərimizdə Türk dünyasının müxtəlif nöqtələrində yaşayıb yaradan yeni nəsil yazarlar iştirak etməkdədirlər”.
STM-in Media və Kommunikasiya Departamentinin müdiri Əziz Əlibəyli dedi ki, əsas missiyamızdan biri də gənc türk yazarlarını dəstəkləməkdir: “Nəzərə alsaq ki, forum Sosial Təqdiqatlar Mərkəzində keçirilir, bu baxımdan tədbiri müəyyən mənada siyasi də hesab etmək olar. DGTYB türk dünyasının gənc yazarlarını vahid ad altında toplamış nəhəng təşkilatdır”.
Dünya Gənc Türk Yazarlar Birliyinin, qurucu başqanı, şair-publisist Əkbər Qoşalı təşkilatın 25 illik tarixinə qısa ekskursiya edərək, hansı çətin yollardan keçdiklərinə nəzər saldı. O qeyd etdi ki, forumun STM-in “Zəfər” zalında keçirilməsi təsadüfdən deyil, zərurətdəndir və mesajdır.
Kifayət qədər işlərin görülməsinə baxmayaraq, Türk dünyası ədəbiyyatının dərin tədqiqə ehtiyacı olduğunu diqqətə çatdıran AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitunun icraçı direktoru, dosent Mehman Həsən xatırlatdı ki, bu istiqamətdə müxtəlif tərcümə işləri, kitabların çapı, konfransların, simpozimlərin keçirilməsi təqdirəlayiqdir.
Qazaxıstan Yazıçılar Birliyinin katibi Devletkerey Kapulı diqqətə çatdırdı ki, burada iştirak edən gənclər hürriyyətinə qovuşmuş Türk dünyasının nümayəndələridir: “Türk dünyası şeir, sənət dünyası, ruh dünyasıdır. Bu forumda ruhların, sənətlərin dünyası birləşir. Gənclərə dəstək, onların gələcəyi üçün çalışmaq hər bir Türk dövlətinin başlıca vəzifəsidir”.
Layihə çərçivəsində çap olunmuş “Türk dünyası gənc yazarları” kitabının redaktoru, Bakı Dövlət Universitetinin doktorantı, gənc türkoloq Məleykə Mirzəli ədəbi birliyin önəmindən söz açaraq dedi ki, türk gənc yazarları ədəbi vəziyyət, ədəbi işbirliyi imkanlarını xeyli genişləndirə bilərlər.
Türküstan qəzetinin baş redaktoru Aqil Camal ədəbi əlaqələrdə gənclərin rolunun önəmini qeyd etdi.
Ədəbiyyat Fondunun baş direktoru Varis türk yazarlarının bir araya toplanmasını yüksək qiymətləndirdi, DGTYB-ni bu təşəbbüsün təşkilatçısı kimi təbrik etdi.
Daha sonra Azərbaycandan və müxtəlif Türk ölkələrindən dəvət olunmuş yazıçı və şairlər, araşdırmaçı yazar Turan Uğur, Faroğat Cabbarova, Aqşin Evren, Erkinbek Serikbay, Karlıqaş Kavay, Aygün Yaşarvə s. çıxış və məruzələr etdilər.
Tədbir sual-cavab və ideya-təkliflərlə yekunlaşdı. Mərasimin sonunda Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılığı ilə həyata keçirilən etkinliklərə verdiyi informasiya dəstəyinə görə və təşkilatın 25 illik yubileyi münasibətilə bir sıra media qurumları təltif edildi. Xatirə şəkilləri çəkildi, müzakirələr çay-kofe fasiləsində davam etdirildi.
“Ədəbiyyat və incəsənət”
(08.10.2024)
Yeddinci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı başa çatıb
Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyinin təşkilatçılığı ilə reallaşan “Baku Cinema Breeze” (BCB) Festivalı çərçivəsində Bakıda 7-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, əsas mövzusu “Sevgi” olan beynəlxalq festivalda 1000-dən çox tamaşaçı 26 ölkədən 100-dən çox filmi izləyib. Festival 3 əsas (müsabiqə, müsabiqədənkənar və peşəkarlar üçün) proqramdan ibarət olub.
Seçim komissiyasının qərarı ilə müsabiqə proqramına 18 ölkədən 48 film seçilib. Onlardan 12 film yerli, 36 film isə beynəlxalq kateqoriyalarda yarışıb. Filmlər həm beynəlxalq münsiflər heyəti, həm də tamaşaçılar tərəfindən qiymətləndirilib və qaliblər 7-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının təntənəli bağlanış mərasimində zərifliyi ilə seçilən “Sevgi” mükafatı ilə təltif olunublar.
Bağlanış mərasimi zamanı, həmçinin “Narqız” animasiya filminin treylerləri, Ayan Novruz və Dante Rustav tərəfindən keçirilən animasiya vörkşopları nəticəsində çəkilmiş iki tələbə animasiya filmi nümayiş olunub.
Müsabiqədənkənar proqramda tamaşaçılar “Dünya ölkələrindən sevgilərlə” proqramı çərçivəsində Çexiya, Portuqaliya, Yunanıstan, Gürcüstan kimi ölkələrin animasiya əsərlərini, həmçinin Türk Animasiya Assosiasiyası (ATA) ilə əməkdaşlıq çərçivəsində təqdim olunmuş “ATA: Türk dünyasından seçilmiş animasiya filmləri” kolleksiyasını izləyiblər. Tamaşaçılara Azərbaycanda ilk dəfə məşhur Avropa müəlliflərinin əsərləri əsasında çəkilmiş animasiya qorxu antologiyası silsiləsindən olan “Qırmızı dəmir yolu” serialı təqdim olunub.
Proqram çərçivəsində tamaşaçılara yerli animasiya film layihələri təqdim olunub, beynəlxalq münsiflər heyəti, eləcə də xüsusi qonaqlarla görüşlər, vörkşoplar təşkil edilib.
“Ədəbiyyat və incəsənət”
(08.10.2024)
Güney Azərbaycan Poeziyası Antologiyasında Əli Çağlanın “Səssiz üçürüm” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində növbəti təqdim edilən yazar Təbriz təmsilçimiz Əli Çağladır.
Əli Çağla
Təbriz
SƏSSİZ UÇURUM
Səssiz uçurumun ucundayam
Geriyə baxdığımda qanadı yolunmuş quşları görürəm
Dəmirləri paslanmış qəfəslərin açıq qapılarını
Çevrilirəm, baxmaq istəmirəm.
Yaşıllığa inanmadığım üçün, bozarır önümdəki mənzərə!
Ağrıya sürükləyir məni qaranlıq düşüncələr,
Ölümün səssizliyi, lal-dinməz dayanıb yanımda.
Bilirəm, görə-görə çox şeyləri yenə də görmürəm.
Bədənim parça-parça, ruhumu dəlib keçən güllələr soyumur,
Səssiz uçurumun ucunda
Bu son nəfəsim olsun deyə çalışsam da
Sayısı yadımdan çıxıbdır nəfəslərimin.
Heç bir şey qalmadı,
Heç bir şey üstümdən qatar kimi keçmir artıq
Quş olub uçmaq duyğularımı qara divarlar pozdular otağımda
Duyğulana bilmirəm heç bir şeyə...
Mən bir şeyə inana bilmirəm, bir şeyə.
Bəlkə də asılı qaldığım “Bir” sözünün üstündəyəm
Sözümün üstündüyəm, asılı qalmışam.
Asılı bir,
Bir asılı bilir
Bir sözümün üstündə
“Bir” sözünün üstündə...
Dünyanın həbsxana olduğunu bilirəm
Bilirəm, asıldığımdan sonra həbsxananın qapısının
Əbədi açıq buraxılacağını da bilirəm.
Bilirəm, dünya müharibə meydanı olsa da belə
Ayaqlarımı sevgi minalarının üstündə buraxdığımdan sonra
Sülh bəyannaməsini imzalayacaq hökmranlar – diktatorlar, bilirəm.
Sən evdə oturub qəzetə oxuyarkən,
Xəbərimi eşidəcəksən... Muğayat ol... Çayın soyumasın...
Hər şeyin sonu qap-qara qaranlıqda yox olur
Yox olur, əvvəldən olmayan “Bir” sözü, yox olur.
Yox olur,
Olur,
Yox olur,
Asılmır
Asılır...
Bir sözünün üstündə asılı qalıram
Bir sözünün...
Sözünün bir-bir
Bir sözünün asılıram üstündə
Üstündəyəm bir sözünün
Sözümün üstündə dayanıb asılıram.
Ümidlərim balıq olmaq arzusunda ikən
Sizin həyətinizin mavi hovuzunda qərq oldular.
İndi paslı qəfəslərin açıq buraxılmış qapıları,
Minaların xünsa olmaqları,
Sənin sətir-sətir qəzetə oxumağın
Divardakı pişiyin balıqlara əyyaşlıq etməyini görməməyin
Göylərin əbədiliyinə dalıb ağlamağın
Fotoqrafçıların işinə yarayar sadəcə, bilirəm.
Gələcəyin olmadığı son nöqtədə
Geriyə baxa bilmədiyim səssiz uçurumun ucunda
Bu son nəfəsim olsun deyə çalışsam da
Son siqaretimi alışdırıram...
Yanıram...
Bunu sən görməyəcəksən...
“Ədəbiyyat və incəsənət”
(08.10.2024)
“Doğu Türkistan’da zulüm var!” - Ahsen Yıldız Şahin
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində Türkiyənin “Genç Yürekler” jurnalının təqdim etdiyi 51 türk müəllif inin yazıları yer alır. Türkiyə türkcəsində yayılan əsərlərin əsas qayəsi budur: “Dildə, fikirdə, işdə birlik!”.
“Doğu Türkistan’da zulüm var!”
Ahsen Yıldız Şahin
Doğu Türkistan’da soydaşımız ve dindaşımız Uygur Türklerine karşı Çin devletinin büyük bir zulmü olduğunu hepimiz biliyoruz artık. Bu zulme maruz kalan kardeşlerimizden yüzlercesinin verdiği haberler, izlediğimiz videolar içimizi dağlıyor, yüreğimizi yakıyor. Bu büyük zulmün, aşağılık uygulamanın, vahşi düşüncenin sadece bir boyutunu dile getirmeye çalışacağım:
İnsanlık dışı uygulamalarla nam salmış Çin devleti, Uygur Türk’ü kardeşlerimizi asimile etmek için şeytanın bile aklına gelmeyecek bir proje ortaya koyuyor: Kardeşlik Projesi. Neymiş efendim, Uygur Türk’ü ile Çin halkı aynı ortamda kalarak kültürel bir gelişme gösterecekmiş. Kargaların bile güldüğü, saçma, anlamsız ve sahte bir proje…
Her eve Çinli erkekleri yerleştiriyorlar. Bunlar aynı zamanda birer ajan. Evde her şey yasak: namaz kılmak, “Kur’an-ı Kerim” okumak, oruç tutmak… Kısacası, Müslüman ve Türk olmak yasak. Hemen bildiriyorlar. Sonrası büyük işkenceler... Evlere konan Çinli erkekler Uygur Türk’ü genç kızlarla evlendiriliyor. Bazı kardeşlerimiz bu zulme dayanamayıp evlendiği gün intihar ediyor. Onlara zorla tecavüz ediyorlar, ırzlarına geçiyorlar, dövüyorlar.Sonraki zaman diliminde “eğitim kampları” diye adlandırdıkları toplama kamplarına alıyorlar. Bu toplama kamplarında işkenceler hem psikolojik, hem fiziksel. Genç, yaşlı, çocuk demeden bütün mazlumları bu kamplara götürüyorlar.
Toplama kampındaki hücrelerde yaklaşık 25 kişiyle birlikte iç-içe kalıyorlar. Tuvalet hücrenin içinde ve herkesin bir-birini görebileceği bir yerde. Uyumak için yatacak bir yer yok. Herkes ya bir-birinin omuzunda, ya da dizinde yatıyor. Yerlerde fareler, örümcekler… Kimsenin bir-birini tanımasına izin verilmiyor. Uygur Türkçesi konuşmak yasak. İletişim halinde olmamaları için haftada bir kez hücreler değiştiriliyor. Kimsenin kimseden haberi olmuyor. Sabahın ilk ışıklarında Komünist Partisi Başkanı Şi Cinping’in adına zorla şarkı söylettiriyorlar. Yanlış okursan dayak, eksik okursan dayak…
Her kesi çırılçıplak soyup buz gibi yerlere oturtuyorlar. Ellerinin dışında bir yerini yıkayamıyorsun. Yüzünü yıkarsan, sen abdest alıyorsun diye, köpekleri üstlerine ısırmaları için bırakıyorlar. Yan hücrelerden kadınların bağırış seslerini duymak çok da zor olmuyor, maalesef. Belirli günler, Uygur Türklerine bir ilaç enjekte ediyorlar. Bu ilaçlar onları sakinleştiriyor ve istedikleri şeyi kolayca yapmalarını sağlıyor. Bazı ilaçlar var ki, onlar da, hamile kadınların çocuklarını düşürmek için kullanılıyor. Zorla kürtaj yapılıyor. Anneleri yavrusundan koparıyorlar. Çocukları da ayrı bir toplama kamplarına götürüyorlar. Küçük yaşta oldukları için beyinlerini yıkamak daha kolay oluyor onlar için. Çocuklara kendi değerlerini, milletini, dinini unutturuyorlar. (Cengiz Aytmatov’un “Mankurt” adlı o acı hikayesini hatırlıyorum.)
Kendi vatanında dinini yaşayamıyorsun. Bir Müslüman “Ya Allah!” dediği için tellerle sopalarla dövülüyor. Onlarca camilerden sadece 1 tane cami kaldı. Çoğunu ya yıktılar, ya da ataşe verdiler. Oruç tutmak yasak. Sahur vakti ışığı açık olanların oruçları ertesi gün zorla bozduruluyor. Okullarda su dağıtılıyor, memurlara ise yemek veriliyor. Onların gözü önünde yemek ve içmek zorundalar.
Din, dil, kültür, sanat yasak. Hepsi Çin’in elinde. Uygur Türklerinin bilinen sanatçılarından Abdurehim Heyit “Uçraşkanda” (Karşılaşınca) ve “Atılar” (Atalar) adlı şarkıları yüzünden 8 yıl hapse çarptırıldı. Çünkü o, Uygur Türklerinin dili ve kalbiydi. Son zamanlarında onu gören oğlu, çok bitkin ve zayıf düşmüş olduğunu söylemişti. Büyük bir işkencede olduğu âşikar. Abdurehim Heyit bu işkenceye 2 yıl dayanabildi. Uygur Türkü’nün şanlı mücadelesinde şehit oldu.
Tüm bu olaylar yaşanırken, Çin hükümeti her şeyi yalanladı. Bazı ülkelerdeki gösteri ve tepkiler karşısında gazetecileri Doğu Türkistan’a davet ettiler. Gazeteciler için toplama kamplarını okul sistemine çevirdiler. Bütün Uygur Türklerini tehdit ederek orada mutlu olduklarını söylemelerini istediler. Eğer söylemezlerse onları daha kötü kamplara götüreceklerini anlattılar. Tam bir tiyatro… Ne göstermek istiyorlarsa, onu o şekilde gösterdiler. Her şey normalmiş gibi… Ama orada hiçbir şey normal değil. Uygur Türklerine soru sorulduğunda, bütün yetkililer gözlerinin içine bakıyorlar. Gazeteciler diğer toplama kamplarına gitmek isteyince telaşla kabul etmiyorlar.
Çin Uygur Türklerini teröristlikle suçluyor. Asıl terörist bu zulmü yapan Çin hükümeti değil mi? Tam bir devlet terörizmi… Zalim Çin yöneticilerinin, hesap günü ağır bir hesapla helâk olacaklarına yürekten inanıyoruz. Her şeyi bilen ve gören Allah; “Kur’an-ı Kerim”de bu azgınlar için şöyle buyuruyor: “Sakın, Allah'ı zâlimlerin yaptıklarından habersiz sanma! Allah onların hesabını, korkudan gözlerin dışarı fırlayacağı bir güne erteliyor.” (İbrahim Suresi/42)
Aziz Kardeşim! Zâlim, azgın, kâtil, insanlık düşmanı olanların hesabı, elbette, öbür dünyada görülecek. Lâkin bizim bir vazifemiz var: mazluma, dindaşımza, soydaşımıza ve bütün mağdur insanlara sahip çıkmak. Bu hepimizin en temel, en öncelikli görevidir. Zulme karşı susma, zulmü unutma! Kardeşlerini unutma! Çin’e boyun eğme! Sesin ne kadar çıkabiliyorsa bağır! Bağır ki, çocukların şu feryatları sussun! Daha oyun yaşındaki şu çocuğun feryadını unutma! “Size yalvarıyorum, babamı geri getirin, onu çok özledim.” Unutma! Türkün özü var olsun!”
“Ədəbiyyat və incəsənət”
(08.10.2024)