
Super User
Lopabığ Ambarsum həkim və sancılanmış 20 yaşlı azərbaycanlı qız - Mina Rəşid yazır
Hacı Zeynalabdin Tağıyevin heykəli önündə düşüncələr
Millətinə böyük yaxşılıqlar edən, xeyir işlərlə adını tarixə yazdıran milyonçu-mesenat Hacı Zeynalabdin Tağıyevin adı zaman keçdikcə daha hörmətlə yad edilir. Yazıçı H.Abbaszadənin dediyi kimi, yaxşı insan qızıl kimidi...
H.Z.Tağıyev 1823-cü ildə, başmaqçı ailəsində doğulub, kiçik yaşlarında anasını itirib. 10 yaşından bənna kimi çalışmağa başlayıb. O, çox işgüzar və mübariz bir insan olub. İllərlə çalışıb və qazandığı pulla iki şəriki ilə torpaq sahəsi alıb. Həmin torpaqdan neft çıxarmağı düşünüb. Ançaq buna asanlıqla nail ola bilməyib. Axırda iki şəriki mübarizədən əlini üzdükdə onların torpaq paylarını da satın alıb. İnadından dönmək istəməyən Hacının qazdırdığı quyu nəhayət bir gün neft fantanı vurub. Beləcə o, tezliklə milyonçuya çevrilib. Ancaq mal, pul onu insanlıqdan çıxarmayıb. Əksinə, o, bir vaxt bənna kimi işlətdiyi baltasını yaraşıqlı evinin görkəmli yerindən asıb ki, keçmişini unutmasın...
H.Z.Tağıyev qazandığı pulların çox hissəsini xalqının güzəranına, onun övladlarının maariflənməsinə sərf edib, savab işlər görüb. Su kəməri, Toxucuuq fabriki, Teatr binası, müsəlman şərqində ilk qızlar məktəbi və çətinliklə başa gələn bir çox xeyir əməlləri onun adını tarixin yaddaşına həkk edib. Açdığı məktəbdə təhsil alan imkansız uşaqların bütün ehtiyaclarını qarşılayıb. Naxçıvanda, Gəncədə, Şamaxıda, Tiflisdə və başqa yerlərdə olan məktəblərə yardımlar edib. Onun Bakı Dövlət Universitetinin yaradılmasında da xidmətləri böyükdür. O vaxt dövlətin xarici ölkələrdə oxutdurduğu tələbələri də unutmayıb. Tağıyevin Vətəni, milləti yolunda böyük xeyriyyəçilik işlərini, soydaşlarına etdiyi yaxşılıqları saymaqla bitməz. Hələ onun kitab nəşrinə, mətbuata verdiyi töhfələrdən danışmırıq... Elə buna görə də, H.Z.Tağıyev cəmiyyətdə “El atası” kimi hörmət qazanmışdı.
Ancaq o, milyonlar xərcləyərək milləti üçün bir çox xeyir işləri həyata keçirməyə başlayarkən ona çox maneələr törədilib. Yoluna daş atanlar elə öz millətinin qaraguruhçuları olan ədabaz bəylər, savadsız dindarlar və avam adamlar olub. Elə bu adamlar qız məktəbinin açılmasında onu və tərəfdarlarını ölümlə hədələyir, camaat arasında onun xeyirxah işlərinə kölgə salmağa çalışırdılar. Nəhayət bir gün bütün təhdidləri, təhlükəni gözə alan Hacı məscidə gedib ruhanilər qarşısında çıxış etməyə başlayır: “...Təzə məktəblərdə qızlara ehkami-şəriyyət, paltar tikmək, toxuculuq, mətbəx işləri, müsəlman (Azərbaycan) və rus dilində oxuyub-yazmaq, elm-hesab, tifillərə tərbiyə vermək öyrədiləcək. Burda nə pis iş var? Molla Əli Hacı Xəlil oğlu! Qulaq as! Mən qızları ismətsiz etmək istəmirəm, naməhrəmlə üzü açıq olmağa çağırmıram. Sırağa gün gecə iyirmi yaşlı ortancıl qızın sancılanmışdı, az qalmışdı ölsün. Lopabığ Ambarsum həkimi gətizdirdin, qızı yoxladı, dava dərman elədi, qız ölümdən qurtardı. İndi de görüm, Lopabığ Ambarsumun əvəzinə müsəlman arvad həkimi olsaydı, şəriətə hansı düzgün gələrdi? Arvad həkimlərinə, müəllimlərinə ehtiyacımız çoxdur. O məktəbi mən bizə padşahlıqdan vəhşi deyiləndən sonra qərara gəldim, açdırdım. Ətək dolusu pul töküb bu məqsədlə bina tikdirmişəm. Dərs deyənlər zənən xeylağı olacaq"...
Bax bu parçanı oxuduqdan sonra heç unuda bilmirəm. Gör bu işıqlı insan necə bir qaranlıqları aydınladıb. Görəsən o “qaragüruhçu iri əmmaməli, qara əbalı ruhanilər, yekəqarın, enliqurşaq, saqqalı hənalı hacılara bundan da tutarlı bir cavab olardımı?
Elə buna görə də, bu gün dövlətimiz tərəfindən H.Z.Tağıyevin xatirəsinin əbədiləşdirilərək onun heykəlinin Bakıda “İçərişəhər” metrostansiyasının qarşısında bax beləcə ucaldılması milyonlardan biri kimi məni də çox sevindirdi...
Sonda H.Z.Tağıyevin bir kəlamını da yada salmaq istərdim: “Pul qazan, amma şərəfini itirmə. Pul bir gün gedər, nə vaxtsa gələr. Amma şərəf gedər, gəlməz!”
Deyirəm, H.Z.Tağıyev kimi milləti düşünən işıqlı insanlara hər zaman ehtiyac var. Necə ki, Peyğəmbərimiz (s) buyurub: “Həmişə xeyir işlərdə yarışın!”
Allah H.Z.Tağıyevə rəhmət eləsin, məzarı nurla dolsun.
Stiven Kinq və Linvud Barkley Rusiyada kitablarını nəşr etdirmək üçün müqavilələri uzatmayacaqlar
Amerikalı və kanadalı yazıçılar Stiven Kinq və Linvud Barkley Rusiyada kitablarını nəşr etmək üçün müqavilələri uzatmayacaqlar. Bu yazarlar sosial mediada - Twitter hesablarında məlumat veriblər.
Xəbəri “Ədəbiyyat və incəsənət” portalı TASS agentliyinə istinadən yayır.
"Razılaşıram ki, bu elə də böyük qurban deyil, hər halda mən Rusiyada kitablarımın çapı üçün müqavilələri uzatmıram", - Barkley qeyd edib. "Mən də", - deyə Kinq Barkleyin qeydinin altında imza atıb.
Təbii ki, bu addımlar Rusiyanın Ukraynaya silahlı təcavüzünə cavab olaraq atılıb.
Xatırladaq ki, Stiven Kinqin kitabları bütün dünyada çoxmilyonlu tirajla nəşr olunur (cəmi 350 milyon nüsxə satılıb). Onun əsərləri kino və televiziya üçün uğurla adaptasiya olunur, yazıçı çoxlu sayda ədəbi mükafatlara malikdir.
Şəkildə: Stiven Kinq
Kinoteatrlarda say məhdudiyyətinə qoyulan qadağa ləğv olunub
Azərbaycanda mədəniyyət obyektlərində say məhdudiyyəti olmayacaq.
Bu barədə Nazirlər Kabinetinin qərarında qeyd edilib.
Artıq martın 6-dan mədəniyyət obyektlərinin, eləcə də kinoteatrların, teatrlar və konfrans zallarının, istirahət və əyləncə məkanlarının, həmçinin uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisində olanlar daxil olmaqla), habelə iri ticarət mərkəzlərinin nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin, kinoteatrların fəaliyyəti ilə bağlı vaxt və say məhdudiyyəti ləğv edilib.
Ukrayna məhkəməsi müğənni Nikolay Baskovun həbsi qərarını verib
Ukraynanın və Rusiyanın xalq artisti Nikolay Baskov "müharibənin təbliği və əsaslandırılması"nda şübhəli bilinərək Ukrayna məhkəməsi tərəfindən qiyabi həbs cəzası alıb, Ukrayna prokurorluğu bununla bağlı vəsatəti təmin edib.
“Ədəbiyyat və incəsənət” portalı RİA-Novosti agentliyinə istinadən xəbər verir ki, bu barədə Ukraynanın Baş prokuroru İrina Venediktova məlumat yayıb.
Daha əvvəl Baskov Rusiya prezidentinin hərəkətlərini dəstəklədiyi barədə fikrini İnstagram postuna yerləşdirərək bildirmişdi ki, Rusiyanın hərəkətləri "beynəlxalq hüquqa tam uyğundur", həmçinin, bəyan edilən əməliyyatın məqsədi "Rusiyanın sərhədlərinin aşkar hərbi təhlükələrdən qorunması"dır.
Müğənni sosial şəbəkədə daha bir dəfə yazıb ki, bu, "sülhyaratma əməliyyatı, soyqırımının sonu, Rusiyaya hücumun qarşısının alınması, həmçinin Rusiyanın özünü müdafiə etməsi və müttəfiqlərinin müdafiəsi"dir.
Xatırladaq ki, dörd gün öncə Ukrayna analoji qərarı müğənni Oleq Qazmanov barəsində də çıxarmışdı.
Diqqətlər dünyaşöhrətli kuturye Qotyenin Madriddə açdığı Kino və Moda sərgisinə yönəlib
Posterlər, fotoşəkillər, geyimlər, məşhur şəkillərin epizodları... Kino və moda bir-birinə nüfuz edən və uzun illər ərzində bir-biri ilə əlaqəli olan iki dünyadır. Bunu Madriddə açılmış "Kino və moda" sərgisində hiss edə bilərsiniz.
“Ədəbiyyat və incəsənət” portalı Euronews-a istinadən məlumat verir ki, dünyanın diqqəti Ukrayna-Rusiya müharibəsində olsa belə qitənin mədəniyyət elitasının diqqəti həm də Madriddədir, orda düzənlənən “Kino və moda” sərgisindədir.
Sərginin ideya müəllifi və bədii rəhbəri Jan-Pol Qotye - dünyaşöhrərli fransalı modelyer söyləyir: “Mən bu sərgidə nə nümayiş etdirmək istəyirdim? Geyimə, modaya aid olan bütün kolleksiyaları yaratmaq üçün mənə ilham verən kino olub, bəli, məhz kino. Və həqiqətən kino mənim ilham mənbəyimdir. Sirr deyil ki, kino və moda vasitəsilə qadın və kişilərin təkamülü baş verir. Bu cür şərh də mümkündür, bəli".
Yeri gəlmişkən, Qotye özünün yaradıcılıq maraqları sahəsində gender stereotiplərindən imtinanı, kişi ilə qadın arasında münasibətləri əsas götürür.
1945-ci ildə ekranlara çıxmış Jak Bekkerin "Falbalas" (“Paris halqaları") fimi gələcək dizaynerə böyük təsir göstərib, 13 yaşlı Qotye bu sənətə vurulub.
Qotye deyir: “İnanın, mən hələ 13 yaşımda "Falbalas" adlı bir filmə baxdığım üçün moda ilə məşğul oluram. Kuturyelər, onların muzaları, dərzilər və başqa hər şeyin olduğu incəsənət aləminin nümayiş olunduğu bu lenti görəndə heyran olmuşdum... Bu, sevgi hekayəsidir. O, faciəvidir, amma çox gözəl və düşüncəlidir. Eh, bu dünya! Mən başa düşdüm ki, özümü bu peşəyə bağlamaq istəyirəm".
Madridin CaixaForum Mədəniyyət Mərkəzində düzənlənən “Kino və moda" sərgisində 250-dən çox eksponat, o cümlədən Qotye kolleksiyasından nümunələr nümayiş etdirilir.
Ekspozisiya iyunun 5-nə qədər açıq olacaq.
Şəkillərdə: Qotye sərgi barədə çıxış edərkən; Sərginin eksponatlarından bəziləri.
“Avroviziya-2022”də Nadir Rüstəmlinin ifa edəcəyi mahnı seçilib
Ölkəmizi “Avroviziya-2022”də təmsil edəcək mahnı seçilib.
Bu barədə ölkəmizi yarışmada təmsil edəcək Nadir Rüstəmli bildirib.
Onun sözlərinə görə, mahnının adı yaxın günlərdə açıqlanacaq.
Qeyd edək ki, İtaliyanın Turin şəhərində keçiriləcək və şüarı "The sound of beauty" ("Gözəlliyin səsi") olan "Avroviziya-2022" mahnı müsabiqəsinin yarımfinal mərhələləri mayın 10 və 12-də, final mərhələsi isə mayın 14-də "PalaOlimpico"da təşkil olunacaq.
Azərbaycan təmsilmisi ikinci yarımfinalda mübarizəyə qoşulacaq.
“Baxış-2” teatr festivalına bu gün yekun vurulacaq
Xəbər verdiyimiz kimi, Azərbaycan Teatr Xadimləri İttifaqında “Gənc rejissorların yaradıcılıq laboratoriyası”nın “Baxış-2” teatr festivalı keçirilir.
Benkrt Alforsun “İllüziyaçılar” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşasının nümayişi ilə başlanan festivala (Tərcüməsi Zümrüd Quliyevaya məxsus əsərə Müşfiq Əliyev quruluş verib. Tamaşada rolları Kərəm Hadızadə, Zümrüd Quliyeva və Əməkdar artist Elnur Hüseynov canlandırıblar) bu gün yekun vurulacaq.
Ümumiyyətlə, festivalda “Gənc rejissorların yaradıcılıq laboratoriyası”nın beş və İttifaqın digər laboratoriyalarının qonaq qismində üç tamaşası oynanılıb.
Səhnə əsərləri Azərbaycan Teatr Xadimləri İttifaqının Mustafa Mərdanov adına səhnəsində nümayiş etdirilib.
Sabah, martın 10-da isə festival çərçivəsində nümayiş edilən tamaşaların mükafatlandırma mərasimi təşkil olunacaq.
Qeyd edək ku, “Gənc rejissorların yaradıcılıq laboratoriyası”nın bədii rəhbəri Azərbaycan və Kalmıkiya respublikalarının Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur.
Azərbaycan hekayələri Çexiyada nəşr olunub
XX əsr Azərbaycan ədəbiyyatının Əbdürrəhimbəy Haqverdiyev, Cəlil Məmmədquluzadə, Süleyman Rəhimov, Əli Vəliyev, Mir Cəlal, Ənvər Məmmədxanlı, Anar, Əzizə Cəfərzadə, Maqsud İbrahimbəyov, Yusif Səmədoğlu, Elçin, İsi Məlikzadə, Mövlud Süleymanlı, Kamal Abdulla, Şahmar, Sara Nəzirova, Rafiq Tağı, Saday Budaqlı, Etimad Başkeçid kimi tanınmış yazıçılarının çex dilinə tərcümə edilmiş hekayələrinin toplandığı “Sarı gəlin” Azərbaycan hekayələri antologiyası kitabı Çexiyada işıq üzü görüb.
Azərbaycan Dövlət Tərcümə Mərkəzindən AzərTAC-a bildirilib ki, kitaba daxil edilən əsərlərin orijinaldan çex dilinə tərcümə müəllifləri tanınmış çex tərcüməçiləri İvana Bozdexova və Klara Xoulikovadır.
Praqanın zəngin ənənəli “Karolinum” nəşriyyatında çap olunmuş kitab akademik Nizami Cəfərovun çex dilinə tərcümə olunmuş “Ön söz”ü ilə təqdim olunur.
Nəfis tərtibatda nəşr edilmiş toplunun yaxın günlərdə Praqanın mərkəzi kitabxanalarına, universitet və kitab evlərinə yerləşdiriləcəyi, tanıtım və təqdimat mərasimlərində elmi-ədəbi ictimaiyyətə təqdim ediləcəyi gözlənilir.
“Qobustan” sənət toplusunun yaz nömrəsi işıq üzü görüb
İldə dörd dəfə görüşünüzə gələn “Qobustan” sənət toplusunun yaz nömrəsi çapdan çıxıb. Toplu 8 Mart-Beynəlxalq Qadınlar Günü ərəfəsində çıxdığı üçün sənətin müxtəlif yönlərində tanınmış Azərbaycan qadınlarına həsr edilib. Öz sahələrində ilklərə imza atmış XIX-XX əsrin qadın simaları da var topluda, müasir xanımlar da.
Yazıçı Təranə Vahid “Odla təmas və ya zərif qanadların uçuşu” məqaləsində sənətin müxtəlif yönlərində birinci olan xanımlardan yazır.
Dərgi yazıçı Günel Anarqızının ad gününü Narıngül Nadirin məqaləsi ilə təbrik edir.
Kəmalə Səlim Müslümqızı “Cənubi Azərbaycanın xatunu”ndan, Pərvin Etisamidən söz açır.
Gənc filoloq Xumar Paşazadə Nurəngiz Gün haqda məqaləsində şairənin ömür və yaradıcılıq yoluna nəzər salır.
Sevilən aktrisa Zemfira Əbdülsəmədova dərginin əməkdaşı Esmira Nəzərli ilə söhbətində həyat və yaradıcılıq yolunu yada salır. Humay Quliyevanın “Anam haqda dörd esse” silsiləsini dərginin baş redaktoru Pərvin “Uçmaq üçün” məqaləsi ilə təqdim edir.
Sevinc Kərimzadə gənc və istedadlı vokalist xanım İslama Abdullayeva ilə söhbətinin təəssüratlarını bölüşür. Sənətşünaslıq üzrə fəlsəfə doktoru Nuranə Səlimli “Rəssam qadınlarımız” məqaləsində təsviri sənətimizdə izləri olan xanımlardan söz açır.
Aysel Kərim “Yoxluğunu bilə-bilə” məqaləsi ilə bəstəkar Elza İbrahimovanın təkrarsız mahnılarından və kədərli həyat yoldan danışır.
Aynur Hilali “Tarixdə türk qadını” essesi ilə Azərbaycan-türk xanımlarının xarakterinin tarixi köklərinə nəzər salır.
Zülfiyyə Qəniyevanın "Qurama"sında fərqli qadınlar haqda kiçik, amma maraqlı faktlar yer.
“Söz gənclərdə” layihəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri Qarabağ müharibəsi zamanı fədakarlıqlar göstərmiş Fulya Öztürkə həsr olunmuş “Fulya” filminə aid təəssüratlarını bölüşürlər.
Günün fotosu: Avropa nüvə partlayışı vahiməsi içindədir
Günün fotosu:
Avropa nüvə partlayışı vahiməsi içindədir
Rusiyanın Zaporojye Atom Elektrik Stansiyasına bomba atması və orada yanğın törədilməsi artıq Avropanı təşvişə salıb. Belçikada apteklərdə vətəndaşlara ailəbaşına 10 qutu pulsuz yod paylayırlar.
Foto: Euronews