Super User

Super User

Tuesday, 05 April 2022 18:16

Litvalı rejissor Ukraynada öldürülüb

 

 Litvalı kinorejissor Mantas Kvedaraviçius Rusiyanın hücumlarını lentə almaq  üçün getdiyi Ukraynada həlak olub.

 

Milli.Az olay-a istinadən xəbər verir ki, mərhumun rusiyalı həmkarı Vitali Manski məlumat yayıb. Qeyd olunub ki, Mantas Mariupolda iş başındaykən öldürülüb.

 

 

Reklam əsaslı@ 

 

Lənkərana yolunuz düşsə mütləq İstisu qəsəbəsindəki Nilado çay plantasiyasına baş çəkin. Eləcə də plantasiyanın qucağına sığınmış  “Nilado Green Hotel & Restoran"a. 

Bu məkan əsla indiyədək almadığınız təəssüratlarla yadınızda qalacaq. 

 

 

 

 

Əvvəla, buranın çayı o qədər ləzzətlidir, ətirlidir ki, ondan doymayacaqsınız. Hazırda istehlak bazarında böyük təlabat duyulan “Qarabağ” və “Xan” çay kolleksiyaları bax buranın məhsuludur. Üstəlik, Niladoda sizə 100 faiz təbii gül çayı da təklif edəcəklər, içdikcə içmək istəyəcəksiniz. 

 

 

 

 

Otelin geniş, işıqlı və komfortlu otaqlarında ürəyiniz istəyən kimi dincələcək, ətrafın sitrus qoxulu sağlamlıqla dolu havasını ciyərlərinizə çəkib bir “oxqay” deyəcəksiniz. 

 

 

 

 

 

Buranın mətbəxinə isə söz ola bilməz. Siz talış mətbəxinin ən ləziz təamlarını dadacaqsınız. 

“Nilado”nu qurub yaradan Araz Yaqubov şəxsən Qoç plov, Boxça plov, Boranı-çörək və daha nələr hazırlayaraq ağzınızı dada gətirəcək. 

 

 

 

Niladonun sorağı hər tərəfə yayılıb. Ölkəmizin tanınmış siyasət, iqtisadiyyat, mədəniyyət

xadimlərini daim bu gözəlliyin qoynunda görə bilərsiniz. Buradan  ingilis, fransız, ərəb, rus dili də əskik olmur, turistlər də bu məkana həvəslə baş çəkirlər. 

 

 

 

İndi sizə qaldı sadəcə qərar vermək və üzü cənuba şütümək. 

 

Əziz yolçu, burdan yan keçmə, 

mütləq dayan! 

Səni gözləyir

“Nilado Green Hotel & Restoran" 

 

Rezervasiya üçün:

Əlaqə: +994 51 465 77 44

Ünvan: Lənkəran rayonu, İstisu qəsəbəsi.

 

Aprel döyüşlərinin 6-cı ildönümündə ölkəmizdə müxtəlif tədbirlər keçirilir, 44 günlük Vətən müharibəsindəki qalibiyyətə ilk cığır açan bu döyüşlərin şəhidləri yad edilir, qaziləri gündəmə gətirilir. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, belə tədbirlərdən biri də Bakı Dövlət Universitetində keçirilib. SABAH qrupu tələbələri Qarabağ müharibəsi və Aprel döyüşü qaziləriylə, yüksək çinli zabitlərlə, eləcə də qələmlərini süngüyə çevirmiş yazarlarla görüşüblər.

BDU-nun dəyirmi akt zalında baş tutan, Mirzə Ələkbər Sabir Fondunun təşkilatçılığı və QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə  həyata keçirilən tədbir Dövlət himnimizin səslənməsiylə, Aprel döyüşlərində, eləcə də torpaqlarımızın bütövlüyü uğrunda bütün döyüşlərdə həlak olan şəhidlərimizin bir dəqiqəlik sükutla yad edilməsiylə başlaylb. 

Mirzə Ələkbər Sabir Fondunun prezidenti Sevda Tahirli tədbiri açaraq 2016-cı ilin aprel ayında baş verən döyüşlər haqqında qürurla danışıb: “Cəmi 4 gün  çəkən bu vətən savaşı nəticə etibarilə noyabr zəfərimizin ilk qığılcımı, qələbəyə aparan yolda ilk addım, ilk zəfər qoxusu idi. Həmin günlərdə, eləcə də sonrakı  tarixi qələbələrimizdəki sevinci xaqlımıza yaşadan şəhidlərimizi ehtiramla anırıq, döyüşçülərimizlə fəxr edirik”.

Tədbirdə Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev, Qarabağ Əlilləri və Veteranları Cəmiyyətinin sədri Növrəstə Yusifova, I Qarabağ, Aprel döyüşləri, Vətən müharibəsi iştirakçıları və qaziləri-  komando qrupunun komandiri Ramiz Məmmədzadə, çəsur döyüşçümüz İbrahim Həsənov, polkovnik -leytenant İntiqam Məhərrəmov, polkovnik-leytenant Nihad Abdullayev, polkovnik-leytenant Akif Rəhimov, komando birliyinin kəşfiyyatçısı Vidadi Əliyev, XTQ-nin ehtiyatda olan hərbi qulluqçuları Natiq Mehdiyev və Elməddin Novruzov döyüş yolları haqqında danışıblar, müharibə xatirələrini tələbələlə bölüşüblər.

Yazıçı Varis və araşdırmaçı -jurnalist Aida Eyvazlı Göytürk isə çıxışlarında Aprel döyüşlərinin tarixi əhəmiyyəti, gənclərin vətənpərvərlik ruhunun yüksəlməsi yönündə bu döyüşlərin əhəmiyyətini qeyd ediblər, ədəbiyyatın, kitabın vətənpərvərlik hisslərinin oyanmasında rolundan bəhs ediblər. 

Yazıçı Varis  Azərbaycanın Milli Qəhrəmanı  Əlif Hacıyevin həyatından və Xocalı qətliamından bəhs edən “Qırmızı ləçəklər” romanını, jurnalist Aida Eyvazlı Göytürk isə Aprel döyüşlərinin qəhrəmanlarından bəhs edən ikicildlik “Qalibiyyət: şahidlər və şəhidlər” kitablarını ən yaxşı nəticə əldə edən tələbələrə hədiyyə etdiklərini bildiriblər.  

SABAH qrupu tarix müəllimliyi ixtisaslaşmasının İV kurs tələbəsi Fizzə Məmmədovanın şəhidlərimizə həsr etdiyi “Şəhidim, sənə söz verirəm...” şeiri alqışla qarşılanıb.  

Sonda SABAH qrupu hüquqşünaslıq ixtisasının II kurs tələbəsi Zübeyir Bağırzadənin ifa etdiyi “Cənab leytenant” mahnısına tədbirin bütün iştirakçıları da ifaları ilə dəstək veriblər.  

Xatırladaq ki, Aprel döyüşlərinə həsr olunan bu görüş Mirzə Ələkbər Sabir Fondunun Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra etdiyi “Müharibə veteranlarına və onların ailə üzvlərinə psixoloji yardımların təşkili” layihəsi çərçivəsində baş tutub. Layihənin məqsədi müharibənin doğurduğu psixoloji problemlərin nəticələrini aradan qaldırmaqla müharibə iştirakçılarının və onların ailə üzvlərinin  sosial adaptasiyasına  yardım etməkdir.  

SABAH-ın tələbələləri yəqin ki, bu yaddaşlara yazılan tədbiri uzun zaman unutmayacaqlar.

Günün fotosu: Bayden Buça cinayətlərinə görə Putini hərbi cinayətkar adlandırdı

 

Ukraynanın Kiyev vilayətinin Buça şəhərini Ukrayna ordusu işğalçı ruslardan geri aldıqdan sonra oradakı rus hərbi cinayətləri üzə çıxdı. Meyitlərin fotosu bütün dünyanın qəzetlərində manşet oldu. 

ABŞ prezidenti Bayden Buça cinayətlərinə görə Putini dünən gecə hərbi cinayətkar adlandırdı.

Rus siyasətçiləri isə həyasızcasına cinayəti öz üzərilərindən atmaq istəyirlər. 

Dəvəquşu başını yerə soxur, elə bilir, bütün cəmdəyi görünməz olub. 

 

Foto: Euronews

 

Aprelin 8-də, saat 17-də Libraff-ın Elmlər Akademiyası metrosu ilə üzbəüz mağazasında Xalq Yazıçısı Çingiz Abdullayevin imza günü keçiriləcək. 

 

Mərasimdə oxucular tanınmış yazıçımızın TeasPress nəşriyyatında çıxan kitablarını əldə edərək imzalatmaq şansından yararlanacaqlar.

 

Mədəniyyət Nazirliyi tərəfindən “Şuşa İli” münasibətilə həyata keçirilən “Şuşa mədəniyyətinin inciləri” layihəsi yeni təqdimatlarla davam edir. Layihənin "Şuşanın memarlıq salnaməsi” bölməsi üzrə növbəti təqdimat qala-şəhərimizin Yuxarı Gövhər ağa məscidinə həsr olunub.

 

Şuşada tarixi-dini mədəniyyət abidələrindən biri də Yuxarı Gövhər ağa məscidi və ya Şuşa Cümə məscididir. Bu, şəhərin mərkəzi meydanında tikilmiş ən qədim məsciddir. Yuxarı Gövhər ağa məscidi ölkə əhəmiyyətli tarixi-mədəniyyət abidəsi kimi qeydiyyata alınıb.

Yuxarı Gövhər ağa məscidi 1883-1884-cü illərdə İbrahimxəlil xanın qızı Gövhər ağanın tapşırığı ilə memar Kərbəlayı Səfixan Sultanhüseyn oğlu Qarabaği tərəfindən inşa edilib. İndiki məscidin yerində hələ Şuşa şəhərinin əsasını qoymuş (1752) Pənahəli xanın dövründə qarğı və qamışdan inşa edilmiş məscid olub. Pənahəli хanın tikdirdiyi bu məscid 1768-ci ildə İbrahimxəlil xan tərəfindən daşla yenidən inşa edilib.

Daha sonra bu məscidin yerində müasir dövrümüzə qədər gəlib çatmış “Yuхarı Gövhər ağa” məscidi kimi tanınan həmin bina inşa olunub.

1992-ci ilin mayında Şuşanın mənfur qonşularımız tərəfindən işğalı nəticəsində məscid erməni vandalizminə məruz qalıb və qismən dağıdılıb, minarələrinin dekoru zədələnib və çadırvarı örtükləri sıradan çıxarılıb. Təmir-bərpa işləri adı altında məscidin daxili interyerində ciddi dəyişikliklər edərək tariximizi saxtalaşdırmağa çalışıblar.

Şuşa şəhərinin 2020-ci il noyabrın 8-də müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən azad edildi. Qələbəmizdən qısa müddət sonra mədəniyyət paytaxtımızda genişmiqyaslı yenidən qurma və abadlıq işlərinə başlanıldı. Azərbaycanın Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva azad Şuşaya ilk səfərlərində Yuxarı Gövhər ağa məscidinə də baş çəkdilər. Dövlət başçısı Məkkədən gətirilmiş Qurani-Kərimi məscidə bağışladı.

Hazırda şəhərdə erməni vandalizminə məruz qalmış bir sıra tarixi-mədəni abidələrdə, o cümlədən Yuxarı Gövhər ağa məscidində bərpa işləri aparılıb.

 

Türkiyənin məşhur rok qrupu “Duman” mayın 1-də Bakı Konqres Mərkəzində heyranlarının qarşısına çıxacaq.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, axırıncı dəfə 2019-cu ildə Bakıda 3000-dən çox pərəstişkarı qarşısında çıxış edən “Duman” qrupu bu dəfə də paytaxtımıza zəngin musiqi proqramı ilə gəlir.

“Seni kendime sakladım”, “Dibine kadar”, “Her şeyi yak”, “Yürek kimi” hitlərlə sevilən “Duman”ın Bakıda seyrçilərinə xoş anlar yaşadacağı şəksizdir. 

Qrup Bakıda “Event Office” və “Atlantis” təşkilatlarının dəstəyi ilə çıxış edəcək.

 

Bu gün Avrasiya Teatr Birliyinin təşkilatçılığı ilə İstanbulda Maltəpə Bələdiyyəsi Türkan Saylan Kültür Mərkəzində "Tunçer Cücenoğlu teatr günləri"nə start veriləcək. 

 

“Barışa evet!" şüarı altında dünyanın müxtəlif ölkələrinin mədəniyyət və incəsənət nümayəndələrini birləşdirəcək və ayın 10-dək davam edəcək bu festivalda ölkəmizi Azərbaycan Dövlət Akademik Musiqili Teatrının rejissoru İradə Gözəlova təmsil edəcək.

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, beynəlxalq tədbirə yola düşən rejissorumuz həm də sənət ocağının sülh çağırışlı videoçarxını təqdim edəcək. 

Bu videoçarxda məşhur “Ey Vətən!" mahnısı səsləndirilir.  Mahnını Akademik Musiqili Teatrın konsertmeysteri, Prezident təqaüdçüsü Kamil Həsənovun müşayiəti ilə Əməkdar artistlər Nərgiz Kərimova və Fərid Əliyev ifa  edirlər.

 

Şəkildə: Maltəpədə Tunçer Cücenoğlu teatrı

 

Görkəmli bəstəkar, Əməkdar incəsənət xadimi, pedaqoji elmlər doktoru, professor Oqtay Rəcəbovun və Əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadənin müəllifi olduqları “Azərbaycan xalq musiqisi janrlarının təhlili” adlı 200 səhifəlik kitab bu yaxınlarda “Mütərcim” nəşriyyatı tərəfindən nəşr olunub.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, layihə rəhbəri Azərbaycanın Xalq artisti, professor Fərhad Bədəlbəyli, elmi məsləhətçisi isə Xalq artisti Siyavuş Kərimi olan bu kitab girişdən, 4 fəsildən, 11 paraqrafdan, nəticə və notoqrafiyadan ibarətdir, kitab musiqi təmayüllü ali və orta ixtisas məktəbləri üçün nəzərdə tutulub. Xalqımıza məxsus olan bütün musiqi janrlarının geniş şəkildə təhlil edildiyi kitabda Azərbaycan muğamları ilə əlaqədar daha bir yeniliyə də toxunulub. Məlum olduğu kimi, dahi Üzeyir Hacıbəyli “Azərbaycan xalq musiqisinin əsasları” adlı qiymətli kitabında muğamlarımızın insana ruhi təsirindən söhbət açır, “Rast”ın qəhrəmanlıq, “Şur”un lirik əhval-ruhiyyə, “Segah”ın sevgi, “Humayun” və “Şüştər”in kədər hissləri yaratdığını göstərir. Lakin Azərbaycan klassik muğamlarının çoxlu sayda şöbələrinin hər birinin yalnız ona məxsus olan emosional təsir imkanları vardır ki, bu günə qədər heç kim onları tədqiq etməyib.

Bu baxımdan yeni kitabın müəllifləri muğamlarımızın şöbələrinin adlarının hər birinin mənasının əks etdirdiyi emosional əhval-ruhiyyəni cədvəllər şəklində göstəriblər ki, bunları muğam nəzəriyyəsi tarixində yenilik kimi qeyd etmək olar.

Xatırladaq ki, ötən gecə bütün diqqətlər ABŞ-ın Las-Veqas şəhərinə yönəlmişdi. Dünyanın əsas musiqi mükafatı sayılan “Qremmi” müxtəlif nominasiyalarda öz yeni sahiblərinə qovuşurdu. “Qremmi” - Milli səsyazmanın incəsənəti və elmi Akademiyasının (National Academy of Recording Arts and Sciences) mükafatıdır. 

 

“Ədəbiyyat və incəsənət” portalı TASS agentliyinə istinadən məlumat verir ki, mərasimin əsas özəlliyi lap əvvəldə iri monitorda Ukrayna prezidenti Volodimir Zelenskinin mərasim iştirakçılarına müraciətinin nümayişi olub. Zelenski çıxışında deyib: “Hansı yolla olursa olsun, bizi dəstəkləyin. Susmayın! O zaman bizim şəhərlərə sülh gələcək!”

Gur alqışlar qazanan bu çıxışdan sonra müğənni Con Lecend Ukraynalı musiqiçilər və müğənnilərlə birgə çıxış edib. 

O kı qaldı mükafatlandırma mərasiminə, Ledi Qaqanın arzuladığı mükafatı qazanmamasını çıxmaq şərti ilə elə bir fövqəladə hadisə baş verməyib. 

Ilin ən yaxşı mahnısı nominasiyasında “Qremmi” “Silk Sonic” (Bruno Mars və Anderson Paak) qrupunun “Leave The Door Open” mahnısı birincilik qazanıb. 

Mükafat üçün digər namizədlər arasında Ed Şiranın “Bad Habits” mahnısı, eləcə də Alişa Keys və Brendi Karlaylın “A Beautiful Noise”, Olivia Rodriqonun “Drivers License”, H.E.R-in “Fight For You”, Billi Aylişin “Happier Than Ever”, Doja Kat və SZA-nın “Kiss Me More”, Lil Nas X-ın “Montero”, Castin Biberin “Peaches” və Brendi Karlaylın “Right On Time” mahnıları da olub.

Olivia Rodriqo ən yaxşı yeni ifaçı  seçilib. İlin albomu Con Batistin “We Are” albomu olub.

“Ən yaxşı pop albom” mükafatına Ledi Qaqa və Toni Bennetin “Love for Sale” bəstəsi, “Ən yaxşı rok ifası” kateqoriyası üzrə mükafata isə “Foo Fighters” qrupunun “Making A Fire” mahnısı layiq görülüb.

Beləliklə, 2022-ci il üzrə “Qremmi” nin 3 əsas qəhrəmanını təqdim edirik.

 

 

1.

Oliviya Rodriqo -

Ən yaxşı vokal pop-albom;

Ən yaxşı yeni ifaçı;

Ən yaxşı solo pop-ifa.

 

2.

Con Batist - 

İlin albomu;

Amerika kökənli ən yaxşı mahnı ifaçısı;

Ən yaxşı sauntrek;

Ən yaxşı musiqili video.

 

3.

Foo Fighters - 

Ən yaxşı rok ifa;

Ən yaxşı rok mahnı;

Ən yaxşı rok albom.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.