II Psixologiya və Loqopediya Festivalı keçirildi

Aprelin 4-ü Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Autizm Assosiasiyası və "AzFest Group"un təşkilatçılığı ilə Park Bulvarda II Psixologiya və Loqopediya Festivalı keçirib.

 

“Ədəbiyyat və incəsənət” portalına təşkilatçılardan verilən məlumata görə, festivalın əsas məqsədi psixologiya və loqopediya sahəsində fəaliyyət göstərən mütəxəssislərin işlərini ictimaiyyətə təqdim etmək, bu istiqamətdə maarifləndirməni artırmaq və peşəkarlar arasında təcrübə mübadiləsi keçirməkdir.

Bu cür tədbirlərin keçirilməsi cəmiyyətdə inklüzivliyin artırılması və xüsusi qayğıya ehtiyacı olan şəxslərin inkişafına dəstək baxımından mühüm əhəmiyyət daşıyır.

Festival çərçivəsində mütəxəssislər öz praktik fəaliyyətlərini ziyarətçilərə təqdim ediblər. İştirakçılar üçün faydalı çıxışlar və müzakirələr təşkil olunub. Festivalda millət vəkilləri, vətəndaş cəmiyyəti nümayəndələri, ictimai fəallar, autizmli və digər xüsusi qayğıya ehtiyacı olan uşaqların ailələri, eləcə də dövlət və özəl qurumların nümayəndələri iştirak ediblər.

 

“Ədəbiyyat və incəsənət”

(06.04.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.