“YAŞAT” Fondu “Tufandağ”da növbəti qış düşərgəsi reallaşdırıb

10–13 mart 2026-cı il tarixində “YAŞAT” Fondunun təşkilatçılığı ilə Qəbələdə, “Tufandağ” Qış-Yay İstirahət Kompleksində şəhidlərimizin övladları üçün III qış düşərgəsi reallaşdırılıb.

Məqsəd iştirakçılar arasında qış mövsümünə uyğun idman növlərinə marağın artırılması, onların asudə vaxtlarının səmərəli təşkili, eləcə də yeni dostluq münasibətlərinin formalaşdırılması üçün şərait yaratmaqdır.

 

Düşərgədə Sumqayıt və Abşeron ərazilərində yaşayan 13–15 yaş aralığındakı şəhid övladları iştirak ediblər.

Proqram çərçivəsində iştirakçılar “Tufandağ” Qış-Yay İstirahət Kompleksində xizək təlimləri və dağ kosteri, dağ yelləncəyi kimi müxtəlif fəaliyyətlərdən istifadə edərək vaxtlarını səmərəli və maraqlı keçiriblər. 

Həmçinin iştirakçılar Yel çərşənbəsini tonqal ətrafında birlikdə qeyd ediblər.

 

Layihənin sponsoru “AMO Group”,  tərəfdaşı isə “Tufandağ” Qış-Yay İstirahət Kompleksidir.

 

Media tərəfdaş: ASAN TV/Radio

 

“Ədəbiyyat və incəsənət”

(12.03.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.