“ASAN Məktub” sosial proqramı uşaqların arzularını reallaşdırmağa davam edir.

 

 

“ASAN Məktub” sosial proqramının “Bir qəlbi də sən isit” aksiyası çərçivəsində Qax, Masallı, Yardımlı və Mingəçevirdə 120-dən çox uşağın arzusu gerçəkləşdirilib. Təşəbbüs “ASAN Könüllüləri” Təşkilatının, Kənd Təsərrüfatı Nazirliyinin və BRAVO marketlər şəbəkəsinin birgə təşkilatçılığı, “GİLTEX” MMC-nin dəstəyi ilə reallaşdırılıb.

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, proqram çərçivəsində, həmçinin Lütfi Zadə Texnologiya Mərkəzinin dəstəyi ilə “Azərbaycan Uşaqları” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı – Reinteqrasiya Mərkəzində məskunlaşan uşaqların da arzuları reallaşdırılıb. Aksiya dünya şöhrətli alim Lütfi Zadənin doğum gününə həsr olunub.

Fəaliyyətə başladığı gündən “ASAN Məktub” 10 600-dən çox uşağın arzusunu gerçəkləşdirib. Məqsəd 3–14 yaş aralığında sosial qayğıya ehtiyacı olan uşaqların arzularını reallaşdırmaq və onların sevincinə töhfə verməkdir.

Layihənin şəffaflığını və əlçatanlığını artırmaq üçün 13 noyabr 2015-ci ildə www.asanmektub.az saytı istifadəyə verilib.

 

“Ədəbiyyat və incəsənət”

(23.02.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.