33 ildən sonra şəhid Abdulla Quliyevlə vida mərasimi keçirildi

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın, Ə.Vahid, A.Şaiq, Q.Musabəyov, X.B.Natəvan adına kitabxana filiallarının kollektivləri, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri və fəal oxucuları Birinci Qarabağ müharibəsi şəhidi Abdulla Novruz oğlu Quliyevin vida mərasimində iştirak etdilər.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, şəhid Abdulla Quliyev Birinci Qarabağ müharibəsində könüllü olaraq iştirak edib və 1992-ci ilin may ayında Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub.

33 ildən sonra şəhidimizin nəşi tapılaraq, Abşeron rayonu Saray qəsəbə qəbiristanlığının Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Şəhidimizin ruhuna dualar oxunub, cənazə namazı qılınıb.

Vida mərasimində qəhrəman şəhidin yaxınları, dövlət və ictimaiyyət nümayəndələri, şəhid ailələri, qazi və veteranlar, yaradıcı ziyalılar, alimlər iştirak ediblər.

 

“Ədəbiyyat və incəsənət”

(29.10.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.