“Radikal dini cərəyanların gənclərə təsiri: necə qorunmalı?” adlı dini maarifləndirici tədbir

 

İmran Verdiyev,

Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

Avqustun 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Oğuz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Radikal dini cərəyanların gənclərə tasiri: necə qorunmalı?” mövzusunda  dini maarifləndirici tədbir keçirilib. Tədbirdə gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Tədbiri giriş sözü ilə açan Oğuz RİH başçısının müavini Aliyə Osmanova rayondakı dini durum barədə məlumat verib. Qeyd edib ki, Oğuz rayonu etnik və dini tərkibinə görə Azərbaycanın ən unikal bölgələrindən biridir. Rayonda müsəlman, xristian və yəhudi dinlərinin mənsubları, eləcə də müxtəlif millətlərin nümayəndələri qədim zamanlardan bəri sülh və qardaşlıq şəraitində yaşayırlar.

Çıxışlar zamanı dini radikalizm və onun fəsadları, onun cəmiyyətə vura biləcəyi zərbələrin acı nəticələri, habelə dini radikalizmə qarşı səmərəli mübarizə metodları barədə tədbir iştirakçılarına ətraflı məlumat verilərək radikalizmin qarşısının alınmasında maarifləndirmənin önəmi xüsusi qeyd edilib. Milli-mənəvi və dini dəyərlərimizin qorunması, eləcədə vətənpərvərlik prinsiplərinin təbliğində  cəmiyyətin, xüsusilə gənclərin üzərinə düşən mühüm vəzifələr barəsində geniş fikir mübadiləsi aparılıb. Sonda tədbir iştirakçıları bu tədbirlərin dini maarifləndirmə sahəsindəki əhəmiyyətini yüksək qiymətləndirərək təşkilatçılara öz minnətdarlıqlarını bildiriblər.

 

“Ədəbiyyat və incəsənət”

(06.08.2025)

 

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.