İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Çinin Şərqi Türkistan sərhədləri daxilində, Xian şəhərindən 100 km məsafədə, dağların ətrafında yerləşən irili-xırdalı 100 ədəd piramida ilə yanaşı, 300 metr hündürlüyündə “Ağ piramida” adlandırılan nəhəng tikinti var. Bunlar cox qədim türk piramidalarıdır. Çinin əsərlər boyu gizli saxladığı, gizlətmək məqsədi ilə qəsdli şəkildə üstlərini torpaq ilə örtdüyü, meşə, bağ və yaşıllıqlar saldığı, indi də üzərində kənd təsərrüfatı işləri aparılan bu piramidalar dünya tarixinin ən əhəmiyyətli sirrlərindən birini qoruyub saxlamaqdadır.
Ön türklərə aid olduğu düşünülən nəhəng piramidaların saxladığı sirr, Çinin bölgəyə girişi və tədqiqatları qadağan etməsi səbəbilə hələ də tam olaraq tədqiq edilməmişdir. Qədim Çin mətnlərinə görə, piramidaları e.ə. 5000–1500-cü illər arasında bölgədə yaşayan uyğurlar tikib. Araşdırmaçılar Böyük Uyğur imperiyasının bu piramidaları bəzi məlumatların gələcək nəsillərə ötürülməsi üçün inşa etdiyini söyləyir.
Əslində onlar piramida yox, kurqanlardır. Kurqan qorunan yer mənasını verməkdə olub, məzar tikililəridir. Quruluş etibarilə piramida olaraq qəbul edilməkdədir. Bu piramidaların arasında ən məşhuru isə yuxarıda adını qeyd etdiyimiz “Ağ Piramida”dır. Yüksəkliyi 300 metr olan “Ağ piramida” dünya üzərindəki ən yüksək və ən böyük piramidadır. (“Ağ piramida”nın türklərin atası Oğuz Xaqana aid olduğu deyilir.)
İddialara görə, Çindəki türk piramidalarının mövcudluğu Qərb elm adamlarına öncədən də məlum olub. “Elm xəbərləri” (“Science News”) qəzeti hələ II Dünya müharibəsi illərində piramidalar haqda məlumat yayıb. Deyilənə görə, bu piramidaları ilk dəfə İkinci Dünya Müharibəsi zamanı Hindistandan Çinə uçan ABŞ Hərbi Hava Qüvvələrinin pilotu James Gaussman görüb və gördükləri barədə xəbər verib. Piramidalardan birinin şəkli 30 mart 1937-ci ildə The New York Sunday News qəzetində yayımlanıb. (Ancaq sonradan bu şəkildəki piramidanın Çin imperatoru Wuya aid bir məzar olduğu iddia edilib - https://lent.az/index.php/xeber/medeniyyet/-38076)
Piramidaların varlığı haqqında məlumatın yayılmasının ardından alman araşdırmaçı Hartwig Hausdorf 1994-cü ildə Şian şəhərinə gəlib, piramidaları gəzərək ətraflı məlumat toplayıb, şəkillər çəkib. O, bu barədə “Ağ Piramida” adlı kitab da yazıb. Hartvig Hausdofa görə, bu piramidalar ən azı eradan 2 min 500 il əvvəl tikilib.
Amerikalı alimlər bildirirlər ki, “Ağ piramida” Misir piramidalarından iki dəfə ucadır. Türkiyəli alim Kazım Mirşanın fikrincə, Misir piramidaları Çindəki türk piramidalarının görüntülərindən yararlanaraq hazırlanmışdır. Çindəki türk piramidalarını Misir piramidalarından fərqləndirən bir cəhət də var. Misir piramidalarında fironların cəsədləri piramidanın içərisində, türk piramidalarında isə hökmdarların məzarları yerin altında basdırılıb.
K.Mirşan həmçinin mumiyalamanın da qədim türklərə aid olduğu sübut etmişdir.
Türk piramidalarını bu qədər əhəmiyyətli edən başqa bir şey içərisində olan mumiyalardır. (Çindəki piramidaların içindəki mumyalar, Misirdəki mumyalara nisbətən daha yüksək texnologiya ilə hazırlanıb.) Mumiyalanmış cəsədlər, təəssüf ki, yerli xalqın təxribatı nəticəsində deformasiya uğramışlar.
Yaxın dövrdə piramidaların içinə girməyi və fotosunu çəkməyi bacaran tək türk insanı olan Oktan Kələş öz ifadəsində “Ağ Piramida”nın içərisində nəhəng bir Oğuz Kağan heykəlinin olduğunu və mumiyaların ətrafında Canavar və Ay ulduz simgələrinin gözə çarpdığını söyləmişdir. Ayrıca piramidaların içərisində kitabələr, divarda yazılar və şəkillər var hansı ki, incələnməyi gözləyən digər tarixi əsərlərdəndir. ötürülməsi üçün inşa etdiyini söyləyir. Ön Türklər tərəfindən inşa edilən Türk piramidalarının Türklərin ilk qitəsinin Mu olduğunu və dünya tarixinin Türklərdən başladığına dair əhəmiyyətli sirləri saxladığı və bu səbəbdən xüsusilə Çin tərəfindən Türk piramidalarının olduğu bölgənin qadağan bölgə elan edildiyi iddia olunur. (https://sixieyyub.wordpress.com/2017/07/25/cinin-saxladigi-tarixi-sirli-turk-piramidalari/)
Oktan Keleş səfər təəssüratlarında yazır: “Qoca çinli bələdçinin rəhbərliyi altında zülmət içində təbii tunel boyu 40-50 metrə qədər getdik. Sonra şaquli yerdən 7-8 metr aşağı endik. Geniş bir sahəyə gələndə qoca çinli astadan “Artıq piramidanın içindəyik” dedi. Piramida olduqca təbii formada qurulmuşdu, içəridə qəribə atmosfer vardı. Bir az irəlilədikdən sonra bir otağa çatdıq. Otaqda yerə uzadılmış 2 metr uzunluğunda mumiya vardı. Başı üzərindəki qayada müxtəlif işarələr və yazılar, eyni zamanda, “Ay, ulduz və qurd başlarının təsviri” olduğunu gördük. Otağı yaxşı işıqlandıranda əməllicə heyrətə düşdük – qarşımızda 3 metr uzunluğunda, ehtimal ki, qranitdən olan daş heykəl vardı. Heykəlin üst tərəfində qoşa buynuzlu fiqur, başının ortasındasa Ay-ulduz simvolu görünürdü. Həmin heykəlin yanında qucağında uşaq tutmuş qadın heykəli də vardı. Bu məqamda qoca çinli dizlərini yerə qoyaraq nəsə pıçıldamağa başladı. Bələdçimiz ayağa qalxandan sonra astadan dedi: “Təxminən 30 il qabaq siması daha aydın bilinirdi, hətta ayaqlarında çəkməyə bənzər nəsə vardı”. İçəridə təxminən 7-8 dəqiqə qalandan sonra qoca çinli həyəcanla tez çıxmalı olduğumuzu işarə elədi. Biz isə bir az da qalmaq, ətrafa baxmaq istəyirdik. Qoca çinli anidən əsəbiləşdi və təklifimizi kobudluqla rədd etdi.
Sərdabə otağının yanında aşağı – qaranlıq boşluğa doğru enən daha bir nərdivan vardı, onunla aşağı enmək istədiyimizi bildirdik, amma qoca çinli bu arzumuza da özünəməxsus sakit aqressiya ilə etirazını bildirdi: “Ora enmək çox çətin, oradan çıxmaq isə ondan da çətindir. Qayıtsaq yaxşıdır”. Onun etirazı ucbatından aşağı düşə bilməsək də, əlimizdəki fənərlə sərdabə otağının divarlarına tələsik baxmağa başladıq. Divarda yazı və şəkillərlə dolu müxtəlif kitabələr vardı, daha artığını seçə bilmədik”.
Keleşin iddiasına görə, sonradan qoca çinli yerdəki mumiyanın yerli sakinlər tərəfindən tələf edildiyini deyib. Qoşa buynuzlu qranit heykəlin nə ifadə etdiyini soruşanda isə, çinlinin “O, sizin babanız Oğuz Kağanı təmsil edən heykəldir” sözünə heyrətə düşdüklərindən yazır. Qoca çinli deyirmiş: “Sərdabənin enmədiyimiz alt qatında daha bir mumiya var, o, yuxarıdakına nisbətən xeyli salamatdır. Amma oradakı daş kitabələr də çoxdan qaldığına görə bir-birinə yapışır və getdikcə oxunulması çətinləşir”. (https://kalpoder.com/azerice-azerbeycan-dunya-medyasinda-oktan-keles-ve-beyaz-piramitler/)
Piramidalara girməyi bacara bilən türk araşdırmaçı Oktan Keleşə görə, bu piramidalar (kurqanlar) türk tarixi baxımından çox böyük əhəmiyyət kəsb etməkdə olub, türk tarixini başdan-ayağa dəyişə biləcəyini deyib.
“Ədəbiyyat və incəsənət”
(14.05.2025)