Şəki-Zaqatala regionunda gənclik mövzusunda forum keçirilib Featured

Şəfa Vəli, “Ədəbiyyat və incəsənət” portalının Şəki-Zaqatala təmsilçisi 

 

Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Şəki Olimpiya İdman Kompleksində “Gənclər həftəsi” çərçivəsində “2 Fevral-Azərbaycan Gəncləri Günü” münasibətilə “Suverenlik və İnkişaf” mövzusunda Şəki-Zaqatala regionunda gənclərinin iştirakı ilə Regional Forum keçirilib.

 

Forumda Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin rəisi Emil Bədəlov çıxış edərək ümummilli lider Heydər Əliyev və onun layiqli davamçısı Prezident İlham Əliyevin misilsiz xidmətlərindən, gənclərə göstərdiyi xüsusi diqqət və qayğıdan bəhs edib.

Forum öncəsi idarə, müəssisə, təşkilat əməkdaşları və bir qrup fəal gənc tərəfindən  Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, abidə önünə gül dəstələri düzərək, Ulu Öndərin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər. 

Sonra Heydər Əliyev Mərkəzi ilə tanış olan gənclərə mərkəz əməkdaşı tərəfindən  Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin şərəfli ömür yolu, zəngin dövlətçilik irsi, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi çoxsaylı xidmətlərini özündə əks etdirən fotoşəkillər və arxiv sənədləri haqqında ətraflı məlumat verilib.

Daha sonra Şəki Olmipiya İdman Kompleksində forumun rəsmi açılış mərasimi keçirilib.

Tədbirdə Azərbaycan Gənclər siyasəti və Azərbaycanın suverenliyi mövzularını özündə əks etdiren videoçarx nümayiş olunub.

İl ərzində gənclər siyasəti sahəsində fəallığı ilə fərqlənən gənclərə Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsi tərəfindən  Fəxri Fərman və hədiyyələrlə təqdim edilib.

Sonda tədbir bədii hissə ilə davam edib.

 

“Ədəbiyyat və incəsənət”

(10.02.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.