ASAN İnnovativ İnkişaf Mərkəzi Danimarkanın "Inthrface" şirkəti ilə əməkdaşlığa başlayıb. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına ASAN Xidmətdən məlumat verilib.
Əməkdaşlıq çərçivəsində müxtəlif özəl və dövlət qurumların nümayəndələri üçün "Lego Serious Play" metodu ilə "Yaradıcı strategiyanın inkişafı" vörkşopu təşkil edilir.
"Lego Serious Play" metodu üzrə təlimçi Marc Sonnaert tərəfindən vörkşop ilk dəfə cari ilin mart ayında keçirilib.
Vörkşopda 50-dən çox işgüzar şəxsi lego kərpicləri vasitəsilə “Komanda işinin təşkilində yaradıcı strategiyanın rolu” mövzusu üzrə müxtəlif tapşırıqları yerinə yetiriblər. Onlar 3 saat ərzində "LEGO" modelləri vasitəsilə mürəkkəb fikirləri sadələşdirərək modelləri haqqında hekayələr danışıblar.
Məqsəd əyləncəli, yaradıcı və fərqli komanda qurmaq təcrübəsinə sahib olmaq, innovativ və strateji düşünməni gücləndirməkdir.
“Ədəbiyyat və incəsənət”
(02.04.2024)