QADIN REJİSSORUN ÇƏKDİYİ “BARBİ” FİLMİ REKORD QIRDI
Amerikalı qadın rejissor, mamblkor janrında hədsiz uğurlar qazanmış 40 yaşlı Qreta Qerviqin çəkdiyi "Barbi" filmi qısa zaman ərzində rekord məbləğdə gəlir əldə edib.
“Ədəbiyyat və incəsənət” portalı Kino.ru-ya istinadən xəbər verir ki, ekran əsəri 155 milyon dollar gəlir qazanıb. Nəticədə film kino tarixində qadın rejissorun çəkdiyi ən çox gəlir gətirən layihə olub.
Bundan əvvəlki rekord isə 2019-cu ildə rejissorlar Anna Boden və Rayan Flekin çəkdiyi “Kapitan Marvel” filminin 153 milyon dollar qazancı idi. Rekord daha əvvəl 2017-ci ildə 103 milyon dollar gəliri olan Pati Cenkinsin "Möcüzə qadın" adlı ekran əsərinə məxsus idi.
“Barbi”nin ilkin büdcəsi marketinq xərcləri nəzərə alınmadan 145 milyon dollar təşkil edib. “Warner Bros.” kinostudiyası marketinq xərclərinin məbləği barədə məlumat açıqlamır, lakin təxminlərə görə bu məbləğ əlavə olaraq 150 milyon dollara çata bilər. Ekran əsəri “Warner Bros.” kinostudiyasının Barbi kuklalarını istehsal edən ABŞ oyuncaq istehsalçısı “Mattel” şirkəti ilə əməkdaşlığın nəticəsidir.
Qeyd edək ki, rejissor Q.Qerviq 2017-ci ildə çəkdiyi “Ledy bird” və 2019-cu ildə lentə aldığı “Kiçik qadınlar” adlı ekran əsərləri ilə rejissor kimi tanınıb. Halbuki buna kimi onu aktrisa kimi tanıyırdılar. Hər iki film xeyli sayda “Oskar” və “Qremmi” nominantı olub.
Qerviq çox həcvəslidir və növbəti ilkərdə “Barbi”2,3,4 və sairləri sıralamaq fikrindədir.
Niyə də yox?
“Ədəbiyyat və incəsənət”
(26.07.2023)