Şəfa Vəli, “Ədəbiyyat və incəsənət” portalının Şəki-Zaqatala təmsilçisi
Fevralın 20-də Zaqatala rayon Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyinin Respublika Xatirə Kitabı Redaksiyası tərəfindən Vətən müharibəsində həlak olanların adlarının və xatirələrinin əbədiləşdirilməsi üçün hazırlanan “44 gün – Tarixi zəfər” adlı kitabın I, II və III cildlərinin təqdimatı keçirilib.
Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət Məmmədova kitab haqqında, həmçinin qurumun indiyədək gördüyü işlər barədə ətraflı məlumat verərək bildirilib ki, kitabın I cildində 44 günlük Vətən müharibəsi ilə yanaşı, 2016-cı ilin Aprel döyüşləri və Tovuz döyüşləri zamanı həlak olanların da adları əbədiləşdirilib.
Kitabın I, II və III cildlərində ümumilikdə 2700-dək şəhid haqqında ensiklopedik məlumat yer alıb.
Şəhid ailələrinin üzvləri çıxış edərək redaksiyanın rəhbərliyinə və kollektivinə belə bir kitabın nəşrinə görə öz təşəkkürlərini bildiriblər.
Sonda şəhid ailələrinə Xatirə Kitabı Redaksiyasının nəşr etdiyi “44 gün - Tarixi zəfər” kitabı hədiyyə olunub.
“Ədəbiyyat və incəsənət”
(21.02.2025)