Şəkidə Əlibaba Məmmədovun xatirə gecəsi keçirilib Featured

 

Şəfa Vəli, “Ədəbiyyat və incəsənət” portalının Şəki-Zaqatala təmsilçisi

 

18 fevral tarixində Şəki-Zaqatala RMİ-nin tabeliyində fəaliyyət göstərən Şəki şəhər 4 nömrəli Uşaq Musiqi məktəbinin təşkilatçılığı ilə Azərbaycanın xalq artisti, Prezident təqaüdçüsü, "İstiqlal" ordenli görkəmli xanəndə Əlibaba Məmmədovun "Vətən yaxşıdır" adlı xatirə gecəsi keçirilib. 

Tədbirdə Şəki-Zaqatala RMİ-nin əməkdaşları, mədəniyyət, səhiyyə, təhsil işçiləri, şəhid valideyinləri və şəhər içtimaiyyəti iştirak edib.

Tədbirdə xüsusi qonaq qismində Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən şəhid olduqdan sonra   "Vətən uğrunda" və "Azərbaycan" ordenləri ilə təltif edilmiş şəhid Xudayar Yusifzadənin anası iştirak edib. 

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbir görkəmli sənətkarın həyat və yaradıcılığını əks etdirən videoçarxın təqdim edilməsi ilə davam edib. 

Azərbaycanın Xalq artisti, muğam sənətinin ustalarından biri olan Ə.Məmmədovun repertuarından məktəbin şagirdlərinin ifasında    " Bakı", "Mehriban həkim", Mənim Azərbaycanım", "Ana yurdum", "Xudayar" təsnifi, "Rast" muğamı, "Hicaz" təsnifi, "Birdənəsən" mahnılar səsləndirilib.  

Qeyd edək ki,  sözləri Ə. Vahidə məxsus olan və  Ə.Məmmədovun repertuarından "Vətən yaxşıdır" təsnifi  ikininci Qarabağ müharibəsi zamanı  Xudayar Yusifzadənin ifasında yenidən sevilib və dillər əzbəri olub. Təsnif Əlibaba Məmmədovun xeyir-duası ilə "Xudayar təsnifi" adlanıb.

Əlibaba Məmmədovun Azərbaycan musiqisinin inkişafında xidmətləri əvəzsizdir. Xanəndənin ifasında olan "Bayatı-Şiraz", "Dəşti", "Şur" və başqa muğam və təsniflər Azərbaycan radiosunun "Qızıl fondu"nda qorunub saxlanılır. Ə.Məmmədov 100-dən çox mahnı və təsnifin müəllifidir. Onun bəstəkar kimi müəllifi olduğu mahnılarını muğam ifaçıları bu gün də sevərək ifa edirlər.

 

“Ədəbiyyat və incəsənət”

(19.02.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.