Koronavirus dönəmi insanlığa elə bir zərbə vurub ki, acısı hələ uzun illər qalacaq. O, incəsənətdə, ədəbiyyatda da çoxsaylı əsərlərdə təcəssüm olunacaq. Halbuki, belə sənət əsərlərindən biri artıq ortaya qoyulmuşdur.
“Ədəbiyyat və incəsənət” portalı BBC-yə istinadən məlumat verir ki, Danimarkanın Blokxus şəhərində
Koronovan adında qum qəsr inşa edilib. 21 metr 16 santimetrlik bu qəsri 30 könüllü 5 ton qumdan ərsəyə gətirib. Bu, dünyanın ən böyük qum qəsridir.
Müəlliflər Koronovan adını korona virusundan götürüblər, qəsrin divarlarında ayrı-ayrı fiqurlarla korona epoxasının faciəsini fiksə eləyiblər: insan ölümü, sərhədlərin bağlanması, tibbi maskada gəzmək, qəm-kədər görüntüləri və s.
Danimarkada qumdan dünyanın ən böyük qəsrini yaratdılar.
View the embedded image gallery online at:
https://edebiyyatveincesenet.az/ru/memarliq-foto/item/152-danimarkada-gumdan-dunyan-n-aen-boeyuk-gaesrini-yaratd-lar#sigProGalleriae4740eb300
https://edebiyyatveincesenet.az/ru/memarliq-foto/item/152-danimarkada-gumdan-dunyan-n-aen-boeyuk-gaesrini-yaratd-lar#sigProGalleriae4740eb300