Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda “Azərbaycan çöhrəsi” fotosərgisi açılıb. Sərgi Prezident İlham Əliyevin 60 illik yubileyinə həsr olunub.
Fotoların müəllifləri SSRİ Dövlət Mükafatı laureatı, Əməkdar incəsənət xadimi Rafail Qəmbərov və 10 ilə yaxın Ümummilli lider Heydər Əliyevin şəxsi fotoqrafı olmuş Rafiq Bağırovdur.
Dekabrın 27-dək davam edəcək sərgidə Rafail Qəmbərovun 100-ə yaxın, Rafiq Bağırovun isə 26 fotosu nümayiş olunur.
Rafail Qəmbərov jurnalistlərə açıqlamasında söyləyib: “Bu sərgidə Azərbaycanın siması olan insanların fotoları nümayiş olunur. Azərbaycan insanları zahirən də, daxilən də gözəl, zəngin, kübardırlar. Sərginin ideyası da məhz Azərbaycanın simasını nümayiş etdirməkdir”.
İdeya - Azərbaycanın simasını göstərməkdir
View the embedded image gallery online at:
https://edebiyyatveincesenet.az/ru/memarliq-foto/item/1397-ideya-azaerbaydzan-n-simas-n-zhoestaermaekdir#sigProGalleriab232195ef6
https://edebiyyatveincesenet.az/ru/memarliq-foto/item/1397-ideya-azaerbaydzan-n-simas-n-zhoestaermaekdir#sigProGalleriab232195ef6