NÖVBƏTİ "ULDUZ"LU GÖRÜŞ" - bu dəfə Maliyyə-İqtisad Kollecində

"Ulduz" dərgisinin və "Xalq qəzeti"nin ortaq layihəsi olan "Ulduz"lu görüşlər" davam edir. 

 

“Ədəbiyyat və incəsənət” portalına “Ulduz” jurnalından verilən məlumata görə, Xalq qəzeti TV-nin informasiya dəstəyi ilə gerçəkləşən layihənin ilk görüşü Azərbaycan Dövlət Pedaqoji Universitetinin professor, tələbə, müəllim heyəti ilə keçirilib.  Növbəti görüş Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində fəaliyyət  göstərən Maliyə İqtisad Kollecində reallaşıb. 

Görüşdə "Ulduz" jurnalının baş redaktoru, Əməkdar jurnalist, şair Qulu Ağsəs, baş redaktor müavini, yazıçı Təranə Vahid, şöbə redaktorları şair Dayandur Sevgin və Taleh Mansur, eləcə də Azərbaycan Yazıçılar Birliyinin Mətbuat xidmətinin rəhbəri, şair Xəyal Rza iştirak ediblər. İlk öncə qonaqları  təhsil ocağının  direktoru, dosent Polad Poladov qəbul edib. Səmimi söhbətdən sonra kollecin akt zalında görüşün əsas hissəsi baş tutub. 

Kollecin direktor  müavini Murad Muradov görüşü  açaraq, qonaqları 90 illik tarixə malik təhsil ocağında görməkdən məmnunluğunu dilə gətirdi. Görüş zamanı Qulu Ağsəs, Xəyal Rza, Dayandur Sevgin və Taleh Mansur öz fikirlərini bölüşdülər, şeirlərini səsləndirdilər. Yazıçı Təranə Vahid tələbələrə öz tövsiyə  və məsləhətlərini verdi, onları maraqlandıran sualları cavabladı. Səmimi ortamda keçən görüşün sonunda tələbələrə "Ulduz" jurnalının müxtəlif sayları hədiyyə edildi, xatirə fotosu çəkildi. "Ulduz"lu görüşlər" yeni ildə,  yeni ünvanlarda keçiriləcək.

 

“Ədəbiyyat və incəsənət”

(23.12.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.