AzTV ilk qadın çoban barədə film çəkib

 

Bu gün “Park bulvar”da Azərbaycanın ilk qadın çobanının həyatından bəhs edən “El adamı” sənədli filminin premyerası olub.  “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin  (QSC) istehsalı olan ekran əsəri ilk qadın çoban Kəklik Əhmədovanın həyatından bəhs edir.

 

Filmdə Kəklik Əhmədovanın həyat yoluna işıq salınır, gördüyü işlər və qazandığı nailiyyətlərdən danışılır. Uşaqlıqdan kənddə böyüyən, ömrünü dağlarda keçirən 68 yaşlı çoban qadın torpaqlarımızın düşmən işğalından azad olunmasından sonra Kəlbəcərə yollanıb. Ağcabədinin Hüsülü kəndində yaşayan K.Əhmədova bir müddət orada bələdiyyə sədri kimi də fəaliyyət göstərib. 

Ulu Öndər Heydər Əliyev xidmətlərinə görə Kəklik Əhmədovaya avtomobil bağışlayıb. 

Maraqlı süjet xəttinə malik filmi “Park bilvar”a təşrif buyuranlar məmnuniyyətlə izləyiblər. 

Filmin rejissoru və ssenari müəllifi Nadir Diridağlı, rejissor assistenti Vüsal Məhərrəmov, montaj rejissoru Zurab Salmanoğlu, layihə rəhbəri isə Elnur Məmmədovdur. 

Qeyd edək ki, film sabah saat 15:00-da AzTV-də yayımlanacaq.

Xoş izləmələr! 

 

“Ədəbiyyat və incəsənət”

(27.01.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.