Musiqili Teatrda “İnanıram” monotamaşası təqdim olunacaq

Dekabrın 18-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında gənc, amma artıq kifayət qədər  özündən söz etmiş yazıçı-dramaturq Ülviyyə Heydərovanın “İnanıram” monopyesi rejissor Leonid Kletsin quruluşunda təqdim olunacaq.

 

“Ədəbiyyat və incəsənət” portalı Ülviyyə Heydərovaya istinadən xəbər verir ki, “Şöhrət” ordenli, Xalq artisti Şüküfə Yusupovanın rol aldığı bu psixoloji tamaşada oğlunu müharibədə itirmiş tənha ana obrazı canlandırılır.

Bəşəri problem olan müharibə və onun bir qadının taleyinə sarsıdıcı təsirinin obrazlı şəkildə təsvir olunduğu tamaşada həm də xatirələrə sığınan ananın Vətən sevgisi, övlad məhəbbəti xüsusi həssaslıqla diqqətə çatdırılır.

Səhnə əsərinin quruluşçu rəssamı Vüsal Rəhim, musiqi tərtibatçısı və səs rejissoru Məhəmməd Məmmədov, videoqrafı Murad Həsənov, rejissor assistenti Zaur Əliyevdir.

Tamaşa üçün biletləri şəhərin mərkəzləşdirilmiş kassalarından, “ASAN xidmət” mərkəzlərindən, eləcə də “iticket.az” saytından əldə etmək olar. Kollektiv sifarişlər də qəbul olunur.

Əminik ki, tamaşaçılar tamaşanı bəyənəcəklər!

 

“Ədəbiyyat və incəsənət”

(13.12.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.