Xəstəxanalar tam boşaldılır, xüsusi kovid şöbələri bağlanır, dövlətdə praktiki olaraq sıfır yoluxma səviyyəsi qeydə alınır. Bu ölkə hansıdır və bu cür uğurlara necə nail ola bilib?
Söhbət sahəsi 61 kv. km olan San-Marinodan - kiçik turizm dövlətindən gedir.
“Ədəbiyyat və incəsənət” portalı CNN-ə istinadən məlumat verir ki, San Marinoda post kovid dövrü bərqərar olub, bərpa olunanların statistikasına baxanda görünür ki, ölkə 90 sanmarinolunu itirib, 5 min nəfər isə xəstələnib və sağalıb.
Ölkə rəhbərliyi məcburi peyvənd sayəsində kovidi qovmağa müvəffəq olub. Burada peyvəndi yalnız ölkə vətəndaşlarına deyil, həm də səyahətçilərə də ediblər, öz arzuları ilə. Enjeksiyonlar 22 min yerli sakin tərəfindən tətbiq olunub, onlardan 14 min nəfər artıq tam peyvənd kursunu tamamlayıb. Turistlər "səyahətçilər üçün əlavə xidmət" kimi pullu prosedurdan keçirlər.
Nə üçün San-Marino peyvəndləməyə bu qədər tez qərar verib, halbuki böyük ölkələrdə vətəndaşların yalnız 20- 25 faizi peyvənd olunub?
Məsələ ondadır ki, pandemiya onsuz da azsaylı San-Marino əhalisini məhv etmək təhlükəsi ilə üzləşdirmişdi. Bununla əlaqədar olaraq, lokdaun tətbiq edilərdi və ölkə iqtisadiyyatı iflasa uğrayardı. Xoşbəxtlikdən, hakimiyyət tez bir zamanda problemə reaksiya verdi və tədbirlər gördü. Onlar nəinki yerli, həm də minlərlə xarici vətəndaşların həyatını xilas edə bildilər. Və iqtisadiyyat da zərər görmədi.
Kovid nədir, hardan peyda oldu, süni yollamı yayılır, arxasında hansı maraqlar dayanır kimi suallarla bütün dünya məşğul ikən San Marino əməli iş gördü və məsələni çözdü. Bax belə.
Koronavirusu məğlub edən ilk ölkə məlum oldu
View the embedded image gallery online at:
https://edebiyyatveincesenet.az/ru/gundem/item/157-koronavirusu-maeghlub-edaen-ilk-oelkae-maelum-oldu#sigProGalleria7cd7e89063
https://edebiyyatveincesenet.az/ru/gundem/item/157-koronavirusu-maeghlub-edaen-ilk-oelkae-maelum-oldu#sigProGalleria7cd7e89063