Bu gün böyük ingilis yazıçısı və dramaturqu Bernard Şounun anadan olmasının 165 illiyidir. Onu həm də dəyərli fikirlər, müdrik kəlamlar müəllifi kimi də tanıyırlar. “Ədəbiyyat və incəsənət” portalı bu gün dəyərli fikirlərinə diqqət yetirməklə onu anmağı qərara alıb.
Xoşbəxtlik üçün çox şey lazımdır, bəlkə də, çox az şey.
Xoşbəxtlik odur ki, bu zaman sizdə hər şey qaydasındadır, siz özünüzlə eyni ahəng içində olursunuz və ətrafda olan hər şeydən razısınız. Bunun üçün prinsipcə xüsusi səy göstərmək də lazım deyil. Yalnız bədən və ruh yaxşı vəziyyətdə olmalıdır. Bədənlə hər şey aydındır: Sağlam olmalısan. Ruhla bağlı isə məsələ xeyli qəlizdir.
Corc Bernard Şounun bir kiçik təlimi var və orada deyilir ki, ruhi tarazlığa necə nail olmaq olar.
"Ən vacibi qəlbində qayda-qanun yaratmaqdır. Biz üç "bunu eləmək olmaz”a əməl edirik: şikayət etmək, kimisə günahlandırmaq, yalandan bəraət almağa çalışmaq”.
Həyatınızdan, ailənizdən, işinizdən şikayət edə bilməzsiniz. İş dəyişdirilə bilər, bəs ailə? Onlar axı yaxın və doğma insanlardır, onlardan şikayət etmək nə deməkdir?
Demək olar ki, bütün insanlar prinsipcə bərabər qabiliyyətlərlə doğulur. Əsas odur ki, sağlamlıq problemi olmasın. Yerdə qalanlar üçünsə heç bir məhdudiyyət qoyulmamalıdır. Və pulun olub-olmaması o qədər də önəmli deyil. Kimi dindirsən, mütləq maliyyə çatışmazlığından şikayət edəcək, nəticədə istedadın, biliyin inkişaf etdirilməməsi imkanları kölgədə qalacaq.
Xoşbəxt olmaq üçün nəyi haradan başlamağı bilmirsiniz?
Milyarderlərin tərcümeyi-hallarını oxuyun, onların heç də hamısı zəngin ailələrdə doğulmamışdır. Keçmiş əsrlərdə isə heç də nəyisə oxumaq- öyrənmək üçün bu günkü qədər imkanlar yox idi. Tək elə internetdən yararlanmaq üstünlüyü nəyə desəniz dəyər. Universitet üçün pulunuz yoxdursa, özünüz öyrənin, ədəbiyyat axtarın, istedadınızı inkişaf etdirin. Hər şey mümkündür, əlbəttə, çətindir, amma şans var.
Yalnız məqsədinizə doğru gedin. İstəsəniz pulunuz olmadan da bir şey öyrənə bilərsiniz, özünüzü axtarın, tapın, sevdiyiniz işlə məşğul olun. Bir arzusu varsa, bir adam min imkanları tapa bilər.
Yaponların hikmətli bir məsəlində deyilir: Günəş doğruları bilmir. Günəş səhv olanları da bilmir. Günəş kimisə isitmək məqsədi olmadan işıq saçır. Özünü tapan günəşi da tapacaq.
Yalnız şansınızdan və imkanlarınızdan tam istifadə etməlisiniz. Başqalarını öz dərdlərinizdə günahlandırmaq olmaz. Özünüzü günahlandırın, bu, səhvi düzəltmək və vəziyyəti dəyişə bilmək üçün yeganə yoldur. Əgər kimsə başqa bir səbəb axtarırsa, qınamağa obyekt gəzirsə bütün həyatını boşuna sərf edə bilər və yerində sayar, inkişafdan qalar.
Digər məsələ özünü başqaları qarşısında daim hesabat verən ampluasında görməkdir. Əgər siz öz hərəkətinizi doğru hesab edirsinizsə, öz əməllərinizə görə heç kimin qarşısında özünüzə bəraət qazandırmağa çalışmayın. Heç kəsin sizi qınamağa haqqı yoxdur. Əlbəttə ki, qanuni və əxlaq normalarına yol verilən çərçivədə. Əmin olun, əgər siz öz hərəkətlərinizin düzgünlüyünə və qəbul edilmiş qərarın düzgünlüyünə əminsinizsə, heç kimə heç nəyi izah etmək və nəyisə sübut etmək mənasızdır.
Hər şey qısa və aydındır: Öz ağılınızla yaşayın, başqalarını qınamayın, şikayətlənməyin. Və ən əsası, əldə olan imkanlardan maksimum yararlanın, “o elə olsaydı elə edərdim”, “bu belə olsaydı belə edərdim” kimi boş təsəllilərlə və özünübəraətlə yaşamayın.
Bu gün doğum günü olan Bernard Şounu tanımayanlar üçün: Corc Bernard Şou (1856-1950) irland əsilli tanınmış Böyük Britaniya yazıçısı və dramaturqudur, 1925-ci ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb.
Həyatı yaxşılığa dəyişə bilən üç nəsnə barədə Featured
View the embedded image gallery online at:
https://edebiyyatveincesenet.az/ru/edebiyyat/item/198-haeyat-yakhsh-l-gha-daeyishae-bilaen-uch-naesnae-baraedae#sigProGalleriaad8d05fde4
https://edebiyyatveincesenet.az/ru/edebiyyat/item/198-haeyat-yakhsh-l-gha-daeyishae-bilaen-uch-naesnae-baraedae#sigProGalleriaad8d05fde4