İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Məşhur rəssamlarımız sırasında bir ad da var - Yuran Məmmədov.
O, 1934-cü ilin 15 aprelində Naxçıvan şəhərində anadan olub. 1955-ci ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Akademiyasını, 1960-cı ildə isə Leninqradda İ.Y.Repin adına Rəssamlıq Akademiyasını bitirib.
Sənət yaradıcılığı
Protret, natürmort, tematika kompozisiyalı tablolar yaradıb. 18 ildən çox Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında quruluşuçu rəssam işləyib, onlarla tamaşaya tərtibat verib:
1. "Ölülər", "Dəli Yığıncağı" Cəlil Məmmədquluzadə
2. "Oqtay Eloğlu" Cəfər Cabbarlı
3. "Yağışdan çıxdıq, yağmura düşdük" Nəcəf bəy Vəzirov
4. "Sənsiz" Şıxəli Qurbanov
5. "Günəş" Hüseyn Razi
6. "Alınmaz qala" Həsən Elsəvər
7. "Toros canavarları" Əziz Nesin
8. "Ağır cəza" R.Kauqver
Tabloları
- Haçadağ
- Batabat
- Əlincə qalası
- Vayxır kəndi
- Araz
- Şahbuz mənzərələri
- Naxçıvanda bahar
- Bizim ailə
- Vətən uğrunda
Naxçıvanda, Bakıda, Leninqradda (indiki Sankt-Peterburq), Baltikyanı respublikalarda fərdi sərgiləri keçirilib. Əsərləri Rauf Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində, Naxçıvan Dövlət Tarix Muzeyində və s. muzeylərdə saxlanılır.
Xatirəsinə həsr olunmuş sərgilər
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Rəssamlar İttifaqının təşkilatçılığı ilə Bakıda Vəcihə Səmədova adına sərgi salonunda 70 illik yubileyi münasibətilə anım günü və əsərlərinin sərgisi keçirilib.
Rəssamın Moskvada Dekorativ-Tətbiqi İncəsənət Muzeyində “Narın rəngi”, Krokus-Ekspoda “Üslub və müasirlik”, Mərkəzi Rəssamlar Evində “Tütək səsi”, “Səmanın ənginliyində” adlı sərgiləri keçirilib. 2014-cü ilin iyun ayında rəssamın 80 illik yubileyi münasibətilə Moskvada və Bakıda əsərlərinin fərdi sərgiləri açılıb.
O, 18 iyul 1984-cü ildə Riqada vəfat edib, Naxçıvanda dəfn edilib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(18.07.2025)