Oğuzda M.Q.İrəvaninin 200 illiyinə həsr olunmuş RƏSM SƏRGİSİ

İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

 

Oğuz Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 13 nömrəli Kərimli kənd filialı A.Əfəndiyev adına kənd tam orta məktəbi ilə birlikdə Mirzə Qədim İrəvaninin 200 illik yubileyi münasibətilə ilə "Rənglərin dili" başlıqlı rəsm sərgisi təşkil etmişdir.

 

Tədbirdə kitabxananın fəal oxucuları, məktəbin şagirdləri və rəsm həvəskarları  iştirak etmişlər. 

Sərgini açıq elan edən Kərimli kənd filialının müdiri öz çıxışında bildirib ki, görkəmli rəssam, Azərbaycan dəzgah boyakarlığının banisi Mirzə Qədim İrəvaninin anadan olmasının 200 ili tamam olur. O, Azərbaycan rəngkarlığının təşəkkülündə əhəmiyyətli rol oynamış sənətkarlardandır.

Daha sonra Fatimə Salehli "Mirzə Qədim İrəvani- 200 " başlıqlı məlumatı səsləndirib.

Məktəbin rəsm müəllimi İntizar Seyidova isə çıxışında məşhur rəssamın istifadə etdiyi üsul və texnikalardan bəhs edərək bildirib ki, o, insanın zahiri görünüşünə böyük maraq göstərirdi. Üzü şərti olan müstəvi ölçülər fonunda yox, konkret interyerin üç boyutlu məkanında təsvir edirdi. Öz əsərlərində İrəvani üzləri və paltar qatlarını kölgələndirir, real təsvir edir, eləcə də rəsmin mərkəzi hissəsində buta elementini özünə məsxus üslubda istifadə edirdi. İrəvani butanı eyni cərgələrlə diaqonal şəkildə yerləşdirirdi.

Sonda iştrakçılar rəssamın əsərlərindən ibarət videoçarxı izləyib, sərgiyə təqdim olunan rəsmlərlə tanış olublar. 

 

“Ədəbiyyat və incəsənət”

(01.05.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.