Habil Yaşar,
“Ədəbiyyat və incəsənət” portalının Ədəbiyyat şöbəsi
Qardaş Türkiyədə “Sait Faik – Dəniz Hekayələri” adlı yeni nəşr edilən kitab haqqında sizlərə məlumat vermək istərdik.
Adil İzci’den bir tərtib;
“Sait Faik – Dəniz Hekayələri”
Sait Faik yaradıcılığına böyük sevgi bəsləyən yazar Adil İzci, Sait Faik Abasıyanıkın əsərlərindən seçdiyi dəniz və ada mövzulu hekayələri “Sait Faik – Dəniz Hekayələri” adı altında bir araya gətirib. Zuhal Arda’nın rəngli illüstrasiyaları ilə hazırlanmış və “Ve Yayınevi” tərəfindən çap olunan kitab 144 səhifədən ibarətdir və 27 hekayədən ibarətdir.
Yaddaşı ədəbi baxımdan təzələmək məqsədi ilə hazırlanan əsərin “Sait Faik: O böyük klassik yazıçımız!” başlıqlı bölümündə qısaca olaraq belə qeyd olunur:
“Qısası, yazıçı gündəlik həyatını bəzən bu dünya üzərində də qurur. Elə bir dünyadır ki, bu dünya biz oxuculara sanki əsas bir sığınacaq kimi görünür. Biz də o dünyada bir yerə tutunmağa can atır, hətta yenidən-yenidən tutunuruq. Bu tematik tərtibin, ‘Dəniz Hekayələri’nin əsas məqsədi də məhz budur: həmin kontekstdəki hekayələrlə oxuculara, yeni oxuculara birlikdə bir məkan təqdim etmək, oxu müddətində o məkanda hərəkət etmək, daha da irəli gedərək orada itmək imkanı yaratmaq… ‘Sait Faik mavisi’ni oxucuların gözləri önünə sərmək…”
Kitabın açıqlaması belədir:
“İnsansız heç bir şeyin gözəlliyi yoxdur. Hər şey onun sayəsində, onunla gözəldir.”
Müasir hekayəçiliyimizin qurucularından Sait Faikin hekayələrində dəniz, həyatın özü kimi gerçəkdir; ada və dəniz insanları, küləklər, qayıqlar, balıqlar və dəniz quşları öz təsirli atmosferi ilə insanın ən saf hallarına toxunur. Azadlığı ada həyatında tapan Sait Faik, həyatın və insanın özünəməxsus dalğalı hallarını dənizin və təbiətin möhtəşəm gözəlliyi ilə birləşdirərək sadə, təsirli və böyük hekayələrə çevirir.
Dəniz qoxusu ilə insan istiliyinin bir-birinə qarışdığı bu hekayələrdə hər birimiz özümüzdən bir şeylər tapırıq; öz dənizlərimizə üzür, gizli adalarımızı kəşf edirik. Öz həyat hekayəmizin qəhrəmanı olduğumuzu xatırlayır, yaşamın gözəlliyini dərk edirik.
Adil İzci tərəfindən Sait Faik külliyyatından diqqətlə seçilən hekayələrdən ibarət “Dəniz Hekayələri”, “hər şeyin insanla gözəl olduğu” tamamilə fərqli bir dünyanı izah edir. Hekayələrə rəssam Zuhal Arda’nın rəngli illüstrasiyaları müşayiət edir.
Sait Faik’in ada və dəniz atmosferini bir arada təqdim edən hekayələrini toplu şəkildə oxuma imkanı verən bu kitabları kitab satış saytlarından rahatlıqla əldə edilə bilər.
“Ədəbiyyat və incəsənət”
(11.06.2026)


