Türk dünyasının ortaq gələcəyinə yönələn strateji düşüncə platforması Featured

III Beynəlxalq Türk Dünyası Strateji Araşdırmalar Konqresində Rəsmiyyə Sabir ölkəmizi layiqincə təmsil edib

 

Könül Əliyeva,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Mayın 15-dən 17-dək Türkiyədə - Mərmərə Universiteti Siyasi elmlər fakültəsinin və Türk Dünyası Yörük Türkmən Birliyinin təşkilatçılığı ilə “Türk Dostluğu Əsaslı İşbirliyi: Tarixdən Gələcəyə Beynəlxalq Münasibətlərin Perspektivləri” mövzusunda III Beynəlxalq Türk Dünyası Strateji Araşdırmalar Konqresi keçirilib.

 

Konqres Türk Dövlətləri Təşkilatı, TÜRKSOY, Beynəlxalq Türk Akademiyası, Türk Dünyası Bələdiyyələr Birliyi, TİKA və YTB-nin dəstəyi ilə gerçəkləşib.

Beynəlxalq tədbirdə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun əməkdaşları da iştirak edib. İqtisad elmləri doktoru, professor, institutun “İnklüziv sosial inkişaf” şöbəsinin müdiri, eyni zamanda DGTYB Məsləhət Şurasının üzvü Rəsmiyyə Sabir (Abdullayeva) “Türk dövlətlərinin dünyaya inteqrasiyası və dayanıqlı inkişaf: sosial sahibkarlıq modeli” mövzusunda məruzə ilə çıxış edib.

Rəsmiyyə Sabirin portalımıza verdiyi açıqlamasında bildirilir ki, məruzədə sosialsahibkarlığıntürkdövlətlərində inklüzivinkişafıntəminolunması, sosialrifahınyüksəldilməsivə bölgəsəlişbirliyiningücləndirilməsibaxımındanstrateji önəmidiqqətə çatdırılıb.

İnstitutun “İnnovativ iqtisadiyyat və rəqəmsal transformasiya” şöbəsinin müdiri, iqtisad elmləri doktoru Allahyar Muradov isə “Türk dövlətlərinin inkişaf etmiş ölkələrlə iqtisadi əlaqələrinin innovativ inkişafa təsiri: çətinliklər və imkanlar” mövzusunda məruzə edib. Çıxışda qlobal iqtisadi çağırışlar fonunda texnoloji modernləşmə, rəqəmsal transformasiya, innovasiya ekosisteminin formalaşdırılması və iqtisadi tərəfdaşlıq mexanizmlərinin genişləndirilməsi kimi məsələlər incələnib.

Konqresdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Moldova, Almaniya, Yaponiya, Hindistan, Güney Koreya, ABŞ, Kanada, İtaliya və digər ölkələrdən 100-ə yaxın alim, araşdırmaçı və ekspert iştirak edib. Tədbir çərçivəsində Türk dünyasında ortaq strateji düşüncə platformalarının gücləndirilməsi, beynəlxalq münasibətlər sistemində yeni işbirliyi modellərinin formalaşdırılması, iqtisadi inteqrasiya, mədəni diplomatiya və dayanıqlı inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

 

“Ədəbiyyat və incəsənət”

(19.05.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.