Ülviyyə Əbülfəzqızı,
“Ədəbiyyat və incəsənət” portalının Xüsusi Layihələr şöbəsi
Xocalı soyqırımının beynəlxalq müstəvidə tanıdılması və türk dünyasının ortaq tarixi yaddaşının gücləndirilməsi istiqamətində növbəti addım atılıb. "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyi ilə "Türk Strateji Düşünmə Mərkəzi" arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb.
Sənədi "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin rəhbəri Şamil Sabiroğlu və "Türk Strateji Düşünmə Mərkəzi"nin rəhbəri Onur Beyhan imzalayıblar. İmzalanma mərasimində" Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin türk dünyası üzrə səlahiyyətli nümayəndəsi Oktay Hacımusalı da iştirak edərək prosesin koordinasiyası və gələcək planlar barədə fikirlərini bölüşüb.
"Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin İdarə Heyətinin üzvləri-Əməkdar həkim Taryel Eyvazov, Arzu Musàyeva, Əziz İsmayılov, Birliyin Ağsaqqallar Şurasının sədri, Tibb elmləri doktoru, Professor Mübariz Allahverdiyev və başqaları çıxış edərək hər iki tərəfə uğur arzulayıblar.
Sonda xatirə fotosu lentə alınıb.
“Ədəbiyyat və incəsənət”
(22.04.2026)


