Türk Mədəniyyəti və İrsi Fondu ilə Qazaxıstanın aparıcı qurumları arasında Anlaşma Memorandumu imzalanıb Featured

3 Mart 2026-cı il tarixində Astana şəhərində Türk Mədəniyyəti və İrsi Fondu ilə Qazaxıstan Respublikasının aparıcı elmi, innovasiya və texnoloji qurumları – NITEC QSC (AO «НИТ») Astana Beynəlxalq Universiteti və Astana HUB arasında Anlaşma Memorandumu imzalanıb.

 

“Ədəbiyyat və incəsənət” portalına Fonddan verilən məlumata görə, memorandumu Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova, Astana Beynəlxalq Universitetinin prezidenti Serik İrsaliyev, NITEC QSC-nin İdarə Heyəti sədrinin e-Gov inkişafı üzrə müavini Şınğıs Orazalimov və Astana Hub baş icraçı direktorunun müşaviri İlyas Makaşev imzalayıblar.

Memorandum çərçivəsində tərəflər təhsil, innovasiya və texnologiya sahələrində əməkdaşlığın genişləndirilməsi, həmçinin Türk dünyasının zəngin mədəni irsinin araşdırılması, qorunması və tanıdılması istiqamətində birgə təşəbbüslərin həyata keçirilməsi imkanlarını nəzərdən keçirəcəklər.

İmzalanmış Memorandum Türk dünyasının texnoloji və mədəni potensialının birləşdirilməsi, həmçinin tərəflər arasında institusional əməkdaşlığın daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

 

“Ədəbiyyat və incəsənət”

(05.03.2026)

 

 

 

 

 

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.