Redaktorumuz Ankarada təltif olunub

 

Azərbaycan “Ədəbiyyat və İncəsənət” portalının redaktoru, Beynəlxalq “ALAŞ” Ədəbiyyat Mükafatlarının laureatı, tanınmış ədəbiyyatçı və türkoloq Əkbər Qoşalı qardaş Türkiyənin paytaxtı Ankara şəhərində keçirilən mötəbər törəndə “Türk Dünyasına və Türk Mədəniyyətinə Xidmət” medalı ilə təltif olunub.

 

Təltif 30 yanvar 2026-cı ildə Ankara şəhərində, AZAFLI Sosial Yardım və Mədəniyyət İctimai Birliyi və Türk Dünyası Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən törəndə elan edilib.

Bu ödül Əkbər Qoşalının özəlliklə son illərdə Türk dünyasına yönəlik mədəni, ədəbi və elmi təşəbbüslərinə, eləcə də Azərbaycan–Türkiyə mədəni inteqrasiyasına verdiyi ardıcıl töhfələrə verilən dəyərin ifadəsi kimi qiymətləndirilir. Təltif həm görülən işlərə şükranlıq, həm də Türk dünyasının birliyi ideyasına sədaqətli fəaliyyətə göstərilən diqqətin rəmzidir.

Onu da vurğulayaq ki, AZAFLI Sosial Yardım və Mədəniyyət İctimai Birliyi qardaş ölkə paytaxtında fəaliyyət göstərən nüfuzlu ictimai birliklərdən olub, hüquq, mədəniyyət, elm-təhsil və Türk dünyasında müxtəlif əməli fəaliyyət sahələrində işbirliyinin gücləndirilməsi yönündə zəngin çalışmaları ilə seçilir.

 

“Ədəbiyyat və incəsənət”

(03.02.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.