Türk Mədəniyyəti və İrsi Fondu Türk İrsi Mərkəzinə 2 milyon Qırğızıstan somu dəyərində avadanlıq hədiyyə etdi Featured

 

Türk Mədəniyyəti vəİrsi Fondunun Prezidenti Aktotı Raimkulovanın Qırğızıstana işgüzar səfəri çərçivəsində Jusup Balasaqunı adına Qırğız Milli Universiteti nəzdində fəaliyyət göstərən Türk İrsi

 

Mərkəzinə müasir multimedia avadanlıqlarının verilməsi münasibətilə rəsmi mərasim keçirilib.

“Ədəbiyyat və incəsənət” portalına Türk Mədəniyyəti və İrsi Fondundan verilən məlumata görə, ümumi dəyəri 2 milyon Qırğızıstan somu olan avadanlıq Türk Mədəniyyəti və İrsi Fondunun türk dövlətlərində Mədəni İrs Mərkəzlərinin yaradılması proqramı çərçivəsində Fondun Prezidenti Aktotı Raimkulova tərəfindən təqdim olunub.

Çıxışında Aktotı Raimkulova Türk İrsi Mərkəzinin türk dünyasının zəngin tarixi-mədəni irsinin öyrənilməsi və təbliği baxımından mühüm bir platforma olduğunu vurğulayıb:

“Fond türk xalqları arasında mənəvi birliyin möhkəmləndirilməsinə xidmət edən qurumları ardıcıl şəkildə dəstəkləyir. Əminik ki, təqdim edilən bu avadanlıq Mərkəzin elmi və təhsil yönümlü genişmiqyaslı layihələrinin həyata keçirilməsində effektiv vasitə olacaq”.

J. Balasaqun adına Qırğız Milli Universitetinin rektoru göstərilən səxavətli dəstəyə görə dərin təşəkkürünü ifadə edərək bildirib ki, təqdim olunan texniki avadanlıq tədqiqatların rəqəmsallaşdırılması, universitetlərarası əməkdaşlıq və beynəlxalq tədbirlərin təşkili üçün yeni imkan yaradacaq.

Qeyd edək ki, analoji Türk İrsi Mərkəzləri artıq Əl-Farabi adına Qazax Milli Universitetində, Qazax Milli Memarlıq və İnşaat Akademiyasında, habelə Kurmanqazı adına Qazax Milli Konservatoriyasında fəaliyyətə başlayıb.

Yaxın vaxtlarda Azərbaycanda, Türkiyədə və Polşada  da belə mərkəzlərin açılması nəzərdə tutulur.

 

 “Ədəbiyyat və incəsənət”

(14.05.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.