Tural Cəfərlinin şeirlər kitabının təqdimatı oldu

 

Mayın 23-də Litera kitab mağazasında  ADU-nun  əməkdaşı, şair  Tural Cəfərlinin “Elə ki darıxdın” kitabının təqdimat mərasimi keçirilib.

Təqdimat mərasimində ədəbi-ictimai xadimlər, müəllifin qələm dostları və media mənsubları iştirak ediblər.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, mərasimdə çıxış edənlərdən millət vəkili, yazıçı Aqil Abbas, Azərbaycan Yazıçılar Birliyinin katibi, şair, esseist Səlim Babullaoğlu, yazıçı İlham Əziz, yazıçı Nihat Pir, şair Vahid Əlioğlu, dosent  Nəsir Xankişiyev müəllifin ədəbi fəaliyyəti və kitabı haqqında fikirlərini bölüşüblər.

Qeyd olunub ki, “Elə ki darıxdın” kitabı müasir oxucunun emosional dünyasına toxunan nümunələrdən biridir.

Tədbirdə müəllif yaradıcılıq prosesi, kitabın ərsəyə gəlmə mərhələsi və gələcək ədəbi faəliyyəti ilə bağlı fikirlərini bölüşüb.

Qiraətçilər tərəfindən müəllifin şeirləri səsləndirilib, oxucuların sualları cavablandırılıb.

Sonda müəllif oxucular üçün kitablarını imzalayıb, xatirə fotoları çəkdirilib.

 

“Ədəbiyyat və incəsənət”

(25.05.2026)

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.