Səriyyə Salahovanın kitablarının təqdimatı olub

Fariz Əhmədov,

“Ədəbiyyat və incəsənət” portalının Naxçıvan təmsilçisi

 

 

Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Naxçıvan Dövlət Texniki Kollecində yazıçı Səriyyə Salahovanın “Vətənimin qızıyam”, “Qəhrəmanlıq salnaməsi yaradanlar” və “Qəhrəmanlıq salnaməsinin davamçıları” kitablarının təqdimatı keçirilib.

 

Tədbir Dövlət Himninin səsləndirilməsi və Ümummilli Lider Heydər Əliyevin, eləcə də Vətən uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Kollecin direktoru Asəf Ruşanov çıxış edərək bu cür nəşrlərin cəmiyyət üçün əhəmiyyətini vurğulayıb, onların gənclərin vətənpərvərlik ruhunda formalaşmasına töhfə verdiyini bildirib.

Daha sonra müəllifin yaradıcılığına həsr olunmuş videoçarx nümayiş etdirilib. Tədbirdə çıxış edən İsmayıl Gülməmmədov təqdimatın şəhidlərin xatirəsinə həsr olunmuş mühüm mərasim olduğunu qeyd edib.

“Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin sədri Mais Gülməmmədov, şəhid valideynləri və ziyalılar belə tədbirlərin əhəmiyyətini vurğulayıblar.

Sonda yazıçı Səriyyə Salahova çıxış edərək iştirakçılara təşəkkür edib və kitablarını oxuculara hədiyyə edib.

 

“Ədəbiyyat və incəsənət”

(06.04.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.