Könül, “Ədəbiyyat və incəsənət”
Tanınmış naşir və ictimai xadim Şəmil Sadiq “Kitabi-Dədə Qorqud” dastanının Vatikan nüsxəsinin Azərbaycanda ilk dəfə nəşr olunduğunu açıqlayıb.
Şəmil Sadiq bildirib ki, XVI əsrdə köçürülmüş və hazırda Vatikan Apostol Kitabxanasında qorunan nüsxə ilk dəfə əski əlifbadan müasir Azərbaycan əlifbasına çevrilərək oxuculara təqdim edilir.
“‘Kitabi-Dədə Qorqud’ dastanının Vatikan nüsxəsini ölkəmizdə ilk dəfə nəşr edən naşir kimi qürurluyam”, – deyə o vurğulayıb.
Qeyd edək ki, bir müqəddimə və altı boydan ibarət olan, “Hekayəti-Oğuz-nameyi-Qazan bəg və ğəyri” adı ilə tanınan bu nüsxə Oğuz igidlərinin qəhrəmanlığını, şərəfini, mərdliyini, sevgi və ailə dəyərlərini özündə əks etdirir.
Və bu arada onu da qeyd edək ki, Şəmil bəy öz projesi olan “Hədəf” liseyində milli-etnik kökə bağlı təhsil konsepsiyasını tətbiq etməsi ilə də qürurlana bilər. Bu təhsil ocağı şagird, uçenik yox, yüksək savadlı və dünyagörüşlü balabilgələr yetişdirir.
“Ədəbiyyat və incəsənət”
(05.03.2026)


