Könül, “Ədəbiyyat və incəsənət”
Hər kitabın gəlişi bir hadisədir. Amma kitab da gərək sanballı olsun, vaxt itkisinə səbəb olmaqsın, öyrətsin, sevindirsin, yaşatsın...
Bakı Xətai Sənət Mərkəzinin və Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin birgə təşkilatçılığı ilə 13 dekanr 2025-ci il tarixində Nəsib Abidin "Səringül Sadə və onun söz dünyası" və "Əsrimizin şairləri, ədəbi düşüncələr" kitablarının 1- ci və 2-ci cildlərinin təqdimatı keçirildi.
Öncə Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Dövlət himnimiz səsləndirildi.
Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri Güllü Eldar Tomarlı qonaqları salamladı və Nəsib Abidin yaradıcılığı və yeni işıq üzü kitablar haqqında məlumat verdi.
Söz Nəsib Abidə verildi. O, qeyd etdi ki, "Əsrimizin şairləri, ədəbi düşüncələr" kitabında bugünümüzün işığında yazıb-yaradan şairlər haqqında, eləcə də digər peşə sahibləri - həkim, jurnalist, rəssamlar haqqında yazıları, araşdırmaları dərc olunub. "Səringül Sadə və onun söz dünyası" kitabında isə şairin yaradıcılığı təhlil edilib, onun ömür yolunu işıqlandırmağa çalışılıb, müxtəlif səpgidə poeziya nümunələri incələnib. Yazar şairin lirik şeirlərində onun poetik dünyasını, şeirindəki incə lirizmi təhlil edib.
Sonra şair Səringül Sadə öz çıxışında onun yaradıcılığına dəyər verdiyi üçün müəllifə dərin təşəkkürünü bildirdi. Qeyd etdi ki, müəllif onun poetik dünyacını olduğu kimi ifadə edib, poetik duyğuları kitabda düzgün əks olunub.
Tədbirdə şair, əməkdar mədəniyyət işçisi Qəşəm Nəcəfzadə, şərəfli döyüş yolu keçmiş, 44 günlük vətən müharibəsinin qəhrəman oğullarından olan qazi Nadir Həsənli, alim, şair, filologiya üzrə fəlsəfə doktoru Fəxrəddin Qacar, Ədəbi Tədbirlər Birliyinin qurucusu, Qafqaz Eksperimental Dram Teatrının direktoru, Mirvarid Dilbazi Poeziya Məclisi İB- nin gənclər şöbəsinin rəhbəri Polad Ağa İbrahimov, Mirvarid Dilbazi Poeziya Məclisi İB- nin idarə heyətinin üzvləri- Səyalı Dadaşova, şair Qulu Xaləddin oğlu, şair Brilyant Atəş, şairlərdən- İldırım Əliş oğlu, İlham Qazaxlı və başqaları öz çıxışlarında müəllifi təbrik etdilər, kitab haqqında fikirlərini bildirdilər, müəllifə uğurlar dilədilər.
Sonda Güllü Eldar Tomarll Bakı Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzova, müavini Nəzakət Əvəzova və tədbir iştirakçılarına təşəkkürünü bildirdi.
Beləcə, atəçin fəaliyyətdə olan, tədbirləri sıralayan, mənəviyyatımız və mədəniyyətimiz yönündə dayanmadan çalışan Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin daha bir tədbiri tarixə qovuşdu.
“Ədəbiyyat və incəsənət”
(15.12.2025)


