PəriMehman, “Ədəbiyyat və incəsənət” üçün
V Sumqayıt Kitab Sərgisi çərçivəsində Sumqayıt Dövlət Dram Teatrının rejissoru, şair və yazıçı Ümüd Abbas Nihaninin “Sualtı tabut” kitabının təqdimat və imza saatı uğurla keçirildi.
Tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılandı və müəllifin yeni əsərinə olan diqqət təqdimat boyu hiss olunurdu.
Görüş zamanı oxucularla səmimi və maraqlı müzakirələr aparıldı, kitabın mövzusu, ideyaları və yaranma prosesi barədə ətraflı söhbətlər edildi. Tədbir həm müəllif, həm də iştirakçılar üçün yadda qalan anlarla zəngin oldu.
Sonda təşkilatçılar və müəllif iştirak edən hər kəsə təşəkkürlərini bildirdilər.
“Ədəbiyyat və incəsənət”
(08.12.2025)


