Məktəblilər Uşaq Ktabxanasının sehrli dünyasını kəşf etdilər

 

27 oktyabr 2025-ci il tarixində F. Köçərli adına Respublika Uşaq Kitabxanasında 88 nömrəli tam orta məktəbin şagirdləri üçün maarifləndirici ekskursiya təşkil olunub. Ekskursiyanı təşkil etməkdə əsas məqsəd məktəblilərdə kitabxanaya maraq oyatmaq, mütaliə vərdişlərini formalaşdırmaq və uşaqları kitabxana ilə yaxından tanış etməkdir.

 

“Ədəbiyyat və incəsənət” portalına Kitabxanadan verilən məlumata görə, görüş zamanı şagirdlər kitabxananın kitab fondu elektron resurslarla  tanış olublar.

Ekskursiya zamanı kitabxana əməkdaşlarının təqdim etdiyi “Kitab oxumağın əhəmiyyəti” mövzusunda animasiya filmi təqdim edilib. Həmçinin,  uşaqlara kitabın dostluğu, mütaliənin bilik və dünyagörüşü artırmadakı rolu haqqında düşündürücü mesajlar çatdırılıb.

Sonda şagirdlərə kitabların qorunması və onlardan düzgün istifadə qaydaları barədə faydalı tövsiyələr verilib. Uşaqlar kitabxanadan xoş təəssüratlarla ayrılıb, yeni bilik və mütaliə həvəsi ilə dolu bir gün keçiriblər.

Bu cür tədbirlər gənc nəslin kitab və bilik dünyasına marağının artırılmasına, oxu mədəniyyətinin formalaşmasınainformasiya savadlılığının inkişafına mühüm töhfə verir.

 

“Ədəbiyyat və incəsənət”

(28.10.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.