Könül, “Ədəbiyyat və incəsənət”
Moskva şəhərində - soyuq şimalda yaçasa da poeziyası ilə qəlbləri, eləcə də öz ruhunu isindirən şair, publisist, tərcüməçi, həkim, həm AJB-nin, həm AYB-nin Moskva bölməsinin katibi Afaq Şıxlı (Şıxlinskaya) ana vətəninə gəlibdir və Mirvarid Dilbazi Poeziya Məclisi İB-nin təşəbbüsü və təşkilatçılığı ilə, Bakı Xətai Sənət Mərkəzində onunla görüş keçirilib.
Tədbiri Mirvarid Dilbazi Poeziya Məclisi İB-nin sədri Güllü Eldar Tomarlı açaraq, Afaq Şıxlının ömür və yaradıcılıq yolundan danışıb. O, vurğulayıb ki, Afaq Şıxlı imzası ədəbiyyatsevərlərə yaxşı tanışdır və bu görüş oxuculara onu daha yaxından tanımaq imkanı yaratdı.
Sonra söz Afaq Şıxlıya verilib. O, çıxışında tədbirdən duyduğu məmnunluğu bildirib və oxucular qarşısında şeirlərini səsləndirib.
Tədbirdə Bakı Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov, Əli Kərim adına Sumqayıt Poeziya Evinin direktoru, AYB Poeziya bölməsinin sədri, şair İbrahim İlyaslı, həmçinin Elşən İbrahimov, Tərlan Qasımov, Yunis Qaraxanov, Əli Nəsib Zərdabi, filologiya üzrə fəlsəfə doktoru, "Ədəbi Turan Kitab Evi" ictimai birliyinin sədri Esmira Fuad, Afaq xanımın məktəb yoldaşları, dostları və yaxınları, eləcə də Mirvarid Dilbazi Poeziya Məclisi İB idarə heyətinin üzvü Tərxanım Museyibqızı çıxış ediblər.
Tədbirin sonunda Afaq Şıxlı kitablarını tədbir iştirakçılarına hədiyyə etdi.
Bunə sirrdir? İnsanları tanımıram!..
Adamdımı, yoxsakimdiyanımızdayaşayanlar?
Fikirversək – çoxlarınıniki üzü,
çoxlarınınmindilivar.
Təpəgözdə şükürlüdür,
Çoxununheç gözü yoxdu.
Çuvalboydaağızvarkən,
danışmağasözü yoxdu.
Ayaqları filayağı –
həqiqətin üstdənkeçibtapdalayır.
Qarınları harınlıqdanpartlayarkən,
neçə insansəfalətdə çabalayır.
İnsafları deşik-deşik,
vicdanları döyənəkdi!
Əlyerinə – ikiqarmaq,
baş yerinə – boş sənəkdi...
Nə dəhşətdi!
İstəyirlər
adamlarınarasında çoxalsınlar...
İstəyirləradamkimiadamlardan çoxolsunlar...
Kimaçacaqbuncamənfurvarlıqlarınpaxırını?
Belə getsə,
belələrigətirəcək
budünyanınaxırını!
Dələduzlar “İnsan” adı
arxasındagizlənərkən,
niyə gərəkbuutancdanbiz əriyək?
Birdüşünün,
axı bizə nə düşübki, onlarada
adam deyək?
Bəli, Afaq xanımın şeiridir.
“Ədəbiyyat və incəsənət”
(15.09.2025)