Super User

Super User

 

Mexikoda rəsmi səfərdə olan mədəniyyət naziri Anar Kərimov ötən gün Albaniyanın mədəniyyət naziri Elva Marqariti ilə görüşmüşdür. Görüş zamanı iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın dərinləşdirilməsi üçün geniş imkanların olduğuna vurğu edilmişdir. 

Bu kontekstdə hər iki ölkədə qarşılıqlı mədəniyyət günlərinin keçirilməsinin xalqlar arasında mədəni bağların gücləndirilməsinə töhfə verə biləcəyi xüsusi qeyd edilmişdir. 2023-cü ildə Azərbaycanla Albaniya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd edildiyi vurğulanmış, E.Marqariti Albaniya tərəfinin növbəti ilin ilk yarısında bu ölkədə Azərbaycana həsr ediləcək mədəniyyət həftəsinə ev sahibliyi etməyə hazır olduqlarını bəyan etmişdir. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, görüşdə həmçinin, iki ölkə arasında UNESCO çərçivəsində əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyi vurğulanmış, mədəniyyət müəssisələri, teatr, kino, və yaradıcı sənayelər sahəsində əməkdaşlığın inkişafının zəruri ola biləcəyi qeyd olunmuşdur.

 

*

Həmin gün nazir Anar Kərimov Andorranın mədəniyyət və idman naziri Silvia Riva Qonzalezlə də görüşüb. Görüş zamanı A.Kərimov Andorranın “Youth ArtCamp Shusha and Baku” layihəsinə verdiyi dəstəyə görə təşəkkür bildirmiş, bu layihənin ölkələr arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün əlverişli platforma olduğu qeyd edilmişdir. Andorralı nazir ölkəsinin bu vacib sahədə Azərbaycanla əməkdaşlığın daha da dərinləşdirilməsində maraqlı olduğunu bəyan etmişdir.

 

Bununla yanaşı, UNESCO çərçivəsində əməkdaşlıq və birgə fəaliyyətlər üçün geniş imkanların olduğuna da diqqət çəkilmişdir. Həmçinin, Azərbaycanın hökumətinin təşəbbüsü ilə irəli sürülmüş “Bakı Prosesi” və onun vacib yeni ölçüsü olan “Mədəniyyət naminə sülh” qlobal çağırışına dəstək və bu çərçivədə birgə layihələrin reallaşdırılmasının önəminə vurğu edilmişdir.

 

*

Nazir Anar Kərimovun UNESCO Baş direktorunun mədəniyyət məsələləri üzrə müavini Ernesto Ottone ilə də görüşü baş tutub. Görüş zamanı UNESCO-Azərbaycan münasibətlərinin hazırkı durumu, gündəlikdə duran cari məsələlər, əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılmışdır. Nazir A.Kərimov Azərbaycanın təşkilatla əməkdaşlıqda maraqlı olduğunu, bir sıra vacib istiqamətlərdə, xüsusilə də mədəniyyətlərarası dialoq və UNESCO-nun da tərəfdaşı olduğu Bakı prosesi çərçivəsində davamlı fəaliyyətin təmin edilməsinin vacibliyini vurğulamışdır.

 

Bununla yanaşı, A.Kərimov tərəfindən UNESCO-nun öz mandatına uyğun fəaliyyət göstərməsinin vacibliyinə xüsusi vurğu edilmişdir. İndiki dövrə kimi təşkilatın işğaldan azad edilmiş ərazilərimizə səfər etməməsinin və ümumiyyətlə səfərlə bağlı Azərbaycanın müraciətinin cavabsız qoyulmasının Azərbaycan cəmiyyətində haqlı anlaşılmazlıq və suallar doğurduğunu qeyd edən nazir tezliklə UNESCO-nun bu texniki səfəri reallaşdırması üçün çağırış etmişdir. UNESCO rəsmisinə həmçinin, ölkəmizin təşəbbüsü olan “Mədəniyyət naminə sülh” qlobal çağırışına dair məlumat verilmiş, dünyanın müxtəlif bölgələrində sülh quruculuğu fəaliyyətlərinə töhfə vermək niyyətini bəyan etmiş bir təşkilat kimi UNESCO-nun ölkəmizin sözügedən təşəbbüsünə soyuq münasibət nümayiş etdirməsinin məyusluq doğurduğunu diqqətə çatdırmışdır. E.Ottone öz növbəsində təmsilçisi olduğu təşkilatın qeyd olunan məsələlərlə bağlı Azərbaycanla təmasların davam etdirilməsinə, eyni zamanda yaradıcı iqtisadiyyat kimi yeni sahələrdə əməkdaşlıq imkanlarının və mümkün fəaliyyətlərin yaxından araşdırılmasına hazır olduqlarını bəyan etmişdir.

 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) bəstəkar-müğənni Rəhim Rəhimlinin ölüm səbəbini açıqlayıb.

 

“Ədəbiyyat və incəsənət” portalı Milli.az-a istinadən xəbər verir ki, qurumun İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili şöbəsinin müdiri Zamirə Ədilovaya bildirib ki, R.Rəhimlinin halının qəflətən pisləşməsi səbəbindən sentyabrın 30-da saat 01:30 radələrində Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çarığış daxil olub.

Onun sözlərinə görə, həkim briqadası tərəfindən ifaçıya zəruri tibbi yardımlar göstərilsə də, R.Rəhimli kəskin ağciyər, ürək çatışmazlığından vəfat edib.

Z.Ədilova qeyd edib ki, ifaçının bu xəstəliklərlə yanaşı digər ağır xəstəlikləri - qaraciyər sirrozu və kardiomiopatiyası da olub.

 

Ən çox oxunan xəbər: “Ədəbiyyat və incəsənət” olay-a istinadən xəbər verir ki, Kanye Uest porno ulduzunun anası Kris Cennerin şəklini instaqram hesabında profilə qoyub.

Kanyenin bu addımı sosial şəbəkələrdə ciddi müzakirələr qoparıb.

Günün fotosu: Bayrağımız rəngində bina

 

Türkiyənin Bursa vilayətinin İznik rayonunun mərkəzində üçrəngli bayrağımızın rənglərinə boyanan Akdaşlılar ailəsinə məxsus yaşayış binası.

 

Foto: AzərTAC

 

Sentyabrın 30-da Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyinin "Şuşa İli" ilə əlaqədar təşkil etdiyi "Şuşa söhbətləri" (Şuşa talks) layihəsinin növbəti görüşü keçiriləcək. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, görüşdə kino sənayesinin nümayəndələri, tanınmış kinoşünaslar, rejissorlar, aktyorlar, eləcə də bloger və influenserlərin iştirakı ilə "Tarixi zəfərimizə və mədəniyyət paytaxtımız Şuşaya həsr olunmuş ekran əsərləri" mövzusu müzakirə olunacaq.

 

Azərbaycanın Polşadakı səfirliyi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Polşa Kinematoqrafçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə Varşava şəhərində Azərbaycan filmləri həftəsi keçirilir.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən  xəbər verir ki, Azərbaycan kinematoqrafiyası ilə tanış olmaq üçün unikal şans olan film həftəsi oktyabrın 1-nə kimi Varşavanın “Kultura” kinoteatrında davam edəcək və hər bir film polyak və ingilis dillərində subtitrlərlə tamaşaçılara təqdim olunacaq.

Qonaqlar tərəfindən maraqla qarşılanan Azərbaycan kino həftəsinin açılışında Polşada fəaliyyət göstərən diplomatik missiyaların rəhbər və əməkdaşları, ölkədəki dini konfessiyaların təmsilçiləri, millət vəkilləri mədəniyyət və incəsənət xadimləri, işgüzar dairələrin nümayəndələri, Azərbaycan vətəndaşları və soydaşlarımız iştirak ediblər.

Polşa Kinematoqrafçılar Assosiasiyasının vitse-prezidenti Kinqa Dembska açılış mərasimində çıxış edərək kino həftəsinin əhəmiyyətindən söz açmış və polyak kinosevərlərə tamaşaçılar tərəfindən böyük rəğbət qazanmış filmlərin təqdim olunacağını bildirib. 

Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova Azərbaycan kinosunun tarixindən danışaraq ölkəmizin mədəni həyatında onun özünəməxsus rolunu qeyd edib. Səfir bildirib ki, Fransadan olan Lümyer qardaşları 1895-ci ildə kinofilmlər çəkmək üçün yeni aparat icad edib patentləşdirdikdən cəmi üç il sonra 1898-ci ildə fransız sahibkar, fotoqraf və operator Aleksandr Mişon Azərbaycanda film çəkməyə başlayıb. Onun ilk filmi 1898-ci il avqustun 2-də çəkildiyi üçün hər il avqustun 2-si Azərbaycan Kinosu Günü kimi qeyd olunur.

Əlavə olunub ki, 1916-cı ildə Pirone qardaşları Azərbaycanda kinematoqrafiyanı istehsalat sənayesinə çevirəndə Azərbaycan kino sənayesi, xüsusilə “Arşın mal alan” kinokomediyası ilə daha da inkişaf etmişdi. Azərbaycan filmləri təkcə yerli auditoriya üçün deyil, həm də xarici kinosevərlər tərəfindən rəğbətlə qarşılanırdı. 1935-ci ildə rejissorlar Boris Barnet və Səməd Mərdanov ölkədə ilk səsli film olan “Mavi dənizin sahilində” filmini çəkiblər. Daha sonra bu film dünya kinosunun 100 illiyi ilə bağlı ən nüfuzlu kino tənqidçiləri arasında keçirilən sorğuya əsasən dünya kinosunun ən yaxşı filmləri siyahısına daxil edilib. Səfir çıxışında Azərbaycan kinosunun ən uğurlu filmlərindən söhbət açaraq milli kino sənətinin inkişafı üçün həyata keçirilən mühüm işləri diqqətə çatdırıb.

Daha sonra Mazovietski əyalətinin rəhbəri Adam Strujikin adından təbrik məktubu oxunub. Varşava Baş Yeparxiyasının köməkçi yepiskopu Mixal Yanoxa isə öz çıxışında Azərbaycanda olan multikulturalizm mühiti və ölkəmizin kino tarixi haqqında öz təəssüratlarını bölüşüb.

Tədbirin sonunda rejissor Fariz Əhmədov və filmin ərsəyə gəlməsində birlikdə çalışdığı polşalı operator Mateuş Çuxnovski çıxış ediblər. Qeyd edək ki, Azərbaycan kino həftəsinin açılışında istedadlı azərbaycanlı rejissor Fariz Əhmədovun “Sonuncu” adlı sənədli filmi nümayiş olunub. Bu film rejissor Fariz Əhmədov və polşalı operator Mateuş Çuxnovskinin uğurlu yaradıcılıq tandemi hesab olunur. 

Azərbaycan kino həftəsinin növbəti günlərində polyak kinosevərləri “Biz”, “Daxildəki ada”, “Miras” və digər filmlərlə tanış ola biləcəklər.

Bu il ədəbiyyat üzrə Nobel mükafatının laureatı oktyabr ayının 6-da açıqlanacaq.

 

Artıq əsas namizəd bəllidir. Bu il ədəbiyyat üzrə Nobel mükafatının qalibi fransız yazıçı Mişel Uelbek ola bilər.

“Ədəbiyyat və incəsənət” portalı RİA Novostiyə istinadən xəbər verir ki, Uelbek ən yüksək əmsalla bukmekerlərin rəyində birincidir.

İkinci yerdə  hind əsilli ingilis yazıçısı Salman Rüşdi qərarlaşıb, təzəlikcə sui-qəsdə məruz qalmış bu şəxs İslam dininin qatı düşməni hesab edilir və onun Nobel alması bu mükafatı islam dünyasının boykot etməsi ilə sonuclana bilər. 

Digər yerləri Amerika yazıçısı Stiven Kinq və keniyalı Nquqi va Thionqo bölüşürlər. 

Qeyd edək ki, ötən il ədəbiyyat üzrə Nobel mükafatının qalibi tanzaniyalı yazıçı Əbdülrəzzaq Qurna olub.

 

IV Dünya Köçəri Oyunlarında ölkəmiz geniş tərkibdə təmsil olunacaq. Bu tədbirdə Azərbaycanı “Cəngi” ansamblı təmsil edəcək. 

 

Mötəbər yarışa 3000 idmançı, 1500 rəqqas, 200 nəfər xor və 200 nəfər orkestr qatılacaq. 

Sentyabrın 30-da “Cəngi” rəqs ansamblının baş tutacağı solo konsertində "Qaytağı", “Dağlı”, “Naxçıvanı” və başqa rəqs nümunələri təqdim olunacaq. 

Qeyd edək ki, 2014-cü ildən keçirilən Dünya Köçəri Oyunlarının təntənəli açılış və bağlanış mərasimində bu dəfə “Cəngi” estrada folklor ansamblı iştirak edəcək. 

Açılış mərasimində “Qəhrəmanlar”, “Ağacın kökü”, “Xorum”, “Cəngi” və “Yurd” rəqsləri nümayiş olunacaq.

 

“Ədəbiyyat və incəsənət” portalı cəlilabadlı şair Əlizadə Nurinin “Mən də sevinc alacaqdım…” şeirini “Poetik qiraət rubrikasında təqdim edir.

 

Yüz yerə böldünüz məni-

Nə qaldı qalıq yerinə?

İlahi, kimdən yapışım

Tutum yaxalıq yerinə?..

 

O sevirsə- hələ sağdı,

Bəxtim qara, üzüm ağdı.

Mən də sevinc alacaqdım,

Düşdüm bahalıq yerinə.

 

Söz atdım o qarğalara,

İş düşəcək darğalara…

Tor atdılar dalğalara

Tutdular balıq yerinə.

 

Nə ev tikdim, nə dam gördüm,

Yaxına da yadam, gördüm.

Yüz ildə bir adam gördüm-

And içdim xalıq yerinə…

 

Yuxu bədən sistemlərini yavaşladaraq və rahatladaraq oyandığınızda özünüzü fiziki olaraq daha güclü hiss etməyinizi təmin edir. Müntəzəm və keyfiyyətli yuxu insana güc, enerji verir.

 

Az yatmaq isə... Əgər 7 saatdan az yatırsınızsa, bu məlumatları mütləq oxuyun.

Az yatmaq insanı həm fiziki, həm də ruhsal olaraq zəiflədir. İnsan özünü daima stresli hiss edir. Əgər qan şəkəriniz qaydasında deyilsə və narahatsınızsa, bunun səbəbi az yatmaq ola bilər.

 

7 saatdan az yatmaq bu riskləri artırır

 

İflic

Diabet

Depressiya 

Kökəlmək

İnfarkt

Yaddaşsızlıq

 

Təzyiq

 

Keyfiyyətli yuxu həm də eyni vaxtda yatıb, eyni vaxtda oyanmaqdır. Bədənin izlədiyi daxili bir saat var, bir gecə gec, bir gecə tez yatmaq bu ritmi poza bilər. Ona görə də çalışın yatmaq və oyanmaq üçün bir proqram yaradın. Bu, daha tez yuxuya getməyə və rahat oyanmağa kömək edəcək.

Keyfiyyətli yuxu üçün bunları bilməlisiniz

Komfort, İşıq səviyyəsi (qara pərdə istifadə edin)

Otaq temperaturu (otağın havası 15.6-19.4 dərəcə arasında olmalıdır)

Keyfiyyətli yastıq

Oyandıqdan sonra 5-15 dəqiqə günəş işığı qəbul edin. Günəş vücudunuza günün başlanğıcı olduğunu hiss etdirəcək və daxili bir gerisayım başladacaq. Bu, yuxu düzəninizi təmin edəcək və gecələr yuxuya getməyi tezləşdirəcək.

 

Kofe içdiyiniz saatlara diqqət edin

 

Nəzərə alın ki, kofein yuxunu qaçırdır. Kofeinin orqanizmdən çıxması 10 saat çəkir. Əgər gecə saat 12-də yatacaqsınızsa, 14:00-dan sonra kofe içməyin.

 

Gec saatlarda idman etməyin

 

Bədən yuxuya bu şəkildə hazırlanır: Ürək döyüntüsü yavaşlayır, beyin dalğaları yavaşlayır, vücud istiliyi düşür. İdman etmək isə ürək döyüntüsünü artırır, beyini aktivləşdirir, bədənin istiliyini artırır.

 

Mavi işıq

 

Yatmazdan əvvəl mavi işıqdan qorunun (telefon, kompüter, süni işıqlar). Mavi işıq beyinə gündüz olduğunu düşündürür və yuxu hormonunu (melatonin) üstələyər.

 

Düşüncələri kənara qoyun

 

Gecə yatmağa çalışarkən düşünməyin. Beyinin analitik fəaliyyəti açıq suallar yaradır. Beyin isə həll edilməmiş problemləri sevmir. Bu üzdən həll yolu tapmağa çalışan beyin sizə yatmağa icazə verməyəcək.

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.