Azərbaycan Dövlət Akademik Filarmoniyasında konsert – “90 illik irs”

 

 

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında "90 illik irs" yubiley konsertlər silsiləsi çərçivəsində konsert proqramı təqdim olunub.

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, konsertdə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri və Fikrət Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının xor qrupu çıxış edib.

Gecədə orkestrə baş dirijor Mustafa Aşurov rəhbərlik edib.

Konsertin xormeysteri Naala Barateliya, meneceri isə Elçin Abbasovdur.

Musiqili proqramda tanınmış solistlər – Gülnaz İsmayılova, Gülüstan Əliyeva, İlahə Əfəndiyeva, Taleh Yahyayev, Nurlan Əzizbəyli, Rəvanə Qurbanova, Ayşən Eminli və Əvəzxan Əzizovun ifasında vətənpərvərlik mövzusunda bəstələr, doğma yurdumuzu tərənnüm edən xalq mahnıları və klassik əsərlər zövqlə ifa olunub.

Qeyd edək ki, bu il Azərbaycan Dövlət Akademik Filarmoniyası və Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı 90 illik yubileylərini qeyd edir.

 

“Ədəbiyyat və incəsənət”

(25.05.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.