"Bizi Birləşdirən Mədəniyyət" İctimai Birliyi "Xalqın mədəni sərvəti" layihəsini təqdim edib

 

"Bizi Birləşdirən Mədəniyyət" İctimai Birliyinin təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində "Xalqın mədəni sərvəti" layihəsi çərçivəsində görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti Qara Qarayevin doğum gününə həsr olunmuş konsert proqramı baş tutub. 

 

“Ədəbiyyat və incəsənət” portalına İctimai Birlikdən verilən məlumata görə, gecədə Əməkdar artist Əyyub Quliyevin dirijorluğu və bədii rəhbərliyi ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri, beynəlxalq müsabiqələr laureatı, pianoçu Səidə Tağızadə çıxış ediblər.

 

Konsert proqramında "Yeddi gözəl" baletindən Vals, Ayşənin rəqsi, "İldırımlı yollarla" baletindən Qızların rəqsi, Pavana ("Don Kixot" simfonik qravürlərindən), Fortepiano Prelüdləri No. 7 və 24 (simli orkestr üçün işləmə), "Eskiz", Fortepiano və orkestr üçün Prelüdlər (2 və 23), "İnsan məskən salır" kinofilmindən musiqi, "Matəm odası" səsləndirilib.

 

“Ədəbiyyat və incəsənət”

(06.02.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.