Yanvarın 7-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Volfqanq Amadey Motsartın 270 illiyinə həsr edilən “Nadir klassik musiqi axşamı” keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, konsertdə Əməkdar artist Əyyub Quliyevin dirijorluğu ilə Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri çıxış edib.
Proqramda solistlər Rəfiqə Quluzadə (piano), Şərif Bağırov (klarnet), Nina Makarova (mezzo-soprano), Nigar Cəfərova (soprano), Mahir Tağızadə (bariton), Renata Abubəkirova (violin) və Rəna Rəhimova (viola) çıxış ediblər.
“Ədəbiyyat və incəsənət”
(08.01.2025)


