Xalq artisti Tünzalə Ağayeva “ADAvision”da Featured

Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”

 

ADA Universitetində “ADAvision” adlı mahnı müsabiqəsi baş tutub. Tələbələrin mükəmməl təhsil almalarının qeydinə qalan universitet rəhbərliyi onların istedadlarının hərtərəfli üzə çıxarılması, asudə vaxtlarının təşkilinə də lazımınca diqqət ayırır, bunu "ADAvizion" bir daha sübut etdi.

 

Tədbirdə Xalq artisti Tünzalə Ağayeva münsif kürsüsündə əyləşib. Musiqi sahəsindəki dərin və zəngin biliyi, sənətkar baxışı ilə seçilən pop ulduz yarışmada bir-birindən istedadlı iştirakçıların çıxışlarını qiymətləndirib. 

Səsvermədən sonra çıxışlar təqdim olunub.

Pop ulduz tələbələr üçün “Bir də baxım” hitini ifa edib. Səhnədə onu “Tünzalə dance group” rəqs qrupu müşayiət edib.

Yarışma üçün xüsusi hazırlaşan sevilən müğənni çəhrayı dəst geyinib. Zövqlü “look”un müəllifi gürcü dizayner Mariam Tartaşvilidir. 

Qeyd edək ki, sözügedən yarışmada münsif qismində Xalq artisti Tünzalə Ağayeva ilə yanaşı,  Əməkdar artist Manana Caparidze, “Avroviziya” qalibi Eldar Qasımov, müğənni Zamiq Hüseynov və reper Orxan Zeynallı da əyləşib.

 

“Ədəbiyyat və incəsənət”

(14.05.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.