“Təbiətin Fırçası” – “gəzən” rəsmlər

 

Bakıda “Təbiətin Fırçası” adlı rəsm sərgisinin açılışı olub.  Sərgidə Azərbaycan təbiətinin və mədəni irsinin zənginliyini bədii yolla nümayiş etdirilib, rəsm əsərləri vasitəsi ilə milli dəyərlərin tanıdılıb. İnnovativ formada təqdim edilən əsərlər onların qorunmasına töhfə verib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tədbirdə mədəniyyət nazirinin müavini Səadət Yusifova, qeyri-hökümət təşkilatlarının rəhbərləri, rəssamlar və ictimaiyyət nümayəndələri iştirak etmişdirlər.

Tədbirin açılışında “Mədəniyyət Könüllüləri” İctimai Birliyinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ülviyyə Bəbirli layihə haqqında məlumat verib. O, təbiətin qorunmasının vacibliyini vurğulayaraq ictimai məlumatlılığın artırılmasının və təbiətə qarşı məsuliyyətli davranışların təbliğinin mühüm əhəmiyyət daşıdığını qeyd edib.

Bakı, Lənkəran, Şəki, Naxçıvan və Gəncə şəhərlərində, Şuşa, Şamaxı, Quba, İsmayıllı və Qobustan rayonlarında olan tarixi abidələrin, bu bölgələrin özünəməxsus və zəngin təbiəti, flora və faunası təsviri layihənin maraqlı tərəfidir. Əsərlər 1,20x1,20 metr ölçülü parçalar üzərində işlənib.

Əsərlər Beynəlxalq müsabiqələr laureatı rəssam Nərmin Abdullayeva tərəfindən hazırlanıb. Sərgidə rəssamlar Nərmin Abdullayeva və Yeganə Vəliyevanın əsərləri də nümayiş olunub.

Layihə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “Mədəniyyət Könüllüləri” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilib. Tədbirə informasiya dəstəyini Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası göstərib.

 

“Ədəbiyyat və incəsənət”

(23.10.2025)

 

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.