GƏNCƏ DÖVLƏT FİLARMONİYASINDA bu dədə Əzim Əzimzadə sərgisi

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Urban Mərkəzində tanınmış rəssam, Azərbaycan karikatura sənətinin banisi Əzim Əzimzadənin 140 illik yubileyinə həsr olunmuş sərgi təşkil olunub. 

 

“Ədəbiyyat və incəsənət” portalına Filarmoniyadan verilən məlumata görə, sərgidə Gəncənin istedadlı rəssamları Mehdi Hüseynov, Cavanşir Məmmədov, Sevil Əliyeva, Aynur Hüseynzadə, Jalə Namazova, Mədinə Məmmədova və Sailə Əzizova öz əsərləri ilə iştirak ediblər. 

Görkəmli rəssam Əzim Əzimzadənin əziz xatirəsinə həsr olunmuş sərgidə portret, peyzaj, natürmort janrında 32 rəngkarlıq nümunəsi nümayiş etdirilib.

 

“Ədəbiyyat və incəsənət”

(26.05.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.