Ermənilərin anasının donunun altında nə var? Featured

Füzuli Sabiroğlu, “Ədəbiyyat və incəsənət” üçün

 

İrəvandakı "Ana Ermənistan" abidəsindəki "ana"nın uzun donunun altında nə gizlədildiyini bilirsinizmi? Bilmirsinizsə, mən ərz edim, siz də qulaq asın.

 

1950-ci ildə İrəvanda Stalinin şərəfinə "Qələbə" monumenti ucaldılmışdı.  Monumentin yuxarı hissəsini Stalinin 16-m-lik abidəsi tamamlayırdı. Sonradan abidənin ayağı Stalin üçün düşərli olmadı və o, o biri dünyaya gedəsi oldu. 1962-ci ildə SSRİ-də gedən məlum siyasi proseslərlə əlaqədar olaraq abidə söküldü. Amma…

Amma Stalinin ayaqqabıları monumentin postamentinə elə bərkidilmişdi ki, ayaqqabıları ayırmaq üçün tikilinin bir hissəsini sökmək lazım imiş. Ona görə də ayaqqabılar düz 5 il postamentin üzərində qaldı.  1965-ci ildə heykəlin yerinə "Ana Ermənistan" heykəli qoymaq qərara alındı. 1967-ci ildə heykəltəraş Ara Arutunyan heykəli tamamladı və ermənisayağı biclik işlədərək qərara aldı ki, Stalinin ayaqqabılarından 22 m-lik heykəli bərkitmək üçün istifadə edilsin.

Abidə elə hazırlanıb ki, Stalinin ayaqlarını "Ana Ermənistan"ın uzun donu və qarşısına bərkidilmiş qalxan gizlədib. 

Ancaq bu da son deyil...

Abidənin qoyulmasından 40 il sonra aydın olub ki, "Ana Ermənistan"ın obrazının yaradılmasında naturşitsa kimi iştirak edən 17 yaşlı Yevgeniya Muradyan 40 yaşlı heykəltəraşın məşuqəsi imiş... 

ÇOX RƏMZİ BİR ABİDƏDİR ELƏ DEYİLMİ... 

STALİNİN AYAQLARI ÜZƏRİNDƏ DAYANAN ANAİTKA- "ANA ERMƏNİSTAN"

 

“Ədəbiyyat və incəsənət”

(01.05.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.