“Heydər Əliyev məktəblilərin gözü ilə” - qaliblər mükafatlandırıldı Featured

İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

Oğuz rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının növbəti ildönümünə həsr olunmuş “Heydər Əliyev məktəblilərin gözü ilə” mövzusunda inşa yazı müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

 

Tədbirdə Azərbaycan yazıçılar Birliyi Şimal-Qərb Bölməsinin sədri Diaspor.info saytının baş redaktoru Ə.Ələkbərli, Oğuz Rayon İcra Hakimiyyətinin nümayəndəsi C.Səmədzadə, Oğuz Rayonu üzrə Təhsil Sektorunun müdiri S.Nəbiyev, ATİAHİ Oğuz Rayon Komitəsinin sədri F.İbrahimov, YAP Oğuz rayon təşkilatının sədr müavini M.Ramazanov, müəllimlər və inşa-yazı müsabiqəsinin iştirakşıları və qalibləri iştirak etmişlər.

İlk öncə Ulu Öndər Heydər Əliyevin və Vətənin azadlığı uğrunda canından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olunmuşdur.

Tədbiri Oğuz rayonu üzrə təhsil sektorunun müdiri Sərdar Nəbiyev giriş sözü ilə açaraq iştirakçıları salamlayıb. Azərbaycanın dövlətçilik tarixində Ümummilli lider H.Əliyevin müstəsna rolunu qeyd edərək, belə müsabiqələrin keçirilməsinin gənclərin həyatında əhəmiyyətli rola malik olduğunu vurğulayıb.

Azərbaycan Yazıçıları Birliyi Şimal-Qərb Bölməsinin sədri Diaspor.info saytının baş redaktoru Ə.Ələkbərli öz çıxışında Ümummilli lider H.Əliyevin Azərbaycan dövləti qarşısındakı misilsiz fəaliyyəti, onun dövlətçiliyimizin xilaskarı olması və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kursun əsaslarının məhz Ulu öndərimiz tərəfindən qoyulmasından söhbət açmışdır.

Oğuz Rayon İcra Hakimiyyətinin nümayəndəsi C.Səmədzadə, Nail İbrahimli adına 3 nömrəli məktəb-liseyin sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçısı G.Abdullayeva, H.Əliyev Mərkəzinin elmi işçisi S.Rəsulova Ümummilli lider Heydər Əliyevin uşaqlara göstərdiyi diqqət və qayğıdan, ölkəmizdə uşaqların hərtərəfli inkişafının təmin edilməsi istiqamətində görülən işlərdən danışıb, müsabiqə qaliblərini təbrik edib, onlara uğurlar arzulayıblar.

Tədbirin sonunda müsabiqə qalibləri diplom və hədiyyələrlə mükafatlandırılıblar. 

 

“Ədəbiyyat və incəsənət”

(30.04.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.