“Zəncirlənmiş Prometey”in rejissoru Robert Sturua: “Tamaşadan əvvəl çıxış etmək mənasızdır” Featured

Fatimə Məmmədova,

"Ədəbiyyat və İncəsənət" portalının Xəbərlər və Təqvim şöbəsi

 

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Şota Rustaveli adına Gürcüstan Milli Teatrı Esxilin "Zəncirlənmiş Prometey" tamaşasını təqdim etdi. Söhbətimiz bu barədədir. Anşlaq, tamaşaya baxmağa gəlmiş rəsmilər, tamaşaçıların xoş təəssüratları belə deməyə əsas verir ki, gürcülər bizləri təsirləndirə bildilər.

 

Nümayişdən əvvəl çıxış edən Akademik Milli Dram Teatrının direktoru Əməkdar mədəniyyət işçisi İlham Əsgərov iki ölkə arasındakı mədəni əlaqələrdən danışdı. Qeyd etdi ki, tamaşanın Bakı premyerası Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Gürcüstan Mədəniyyət Nazirliyinin dəstəyi ilə iki milli teatr arasında imzalanan əməkdaşlıq haqqında memorandum çərçivəsində reallaşıb.

Tamaşasının quruluşçu rejissoru Robert Starua rejissorun tamaşadan əvvəl  çıxış etməyini  mənasız olaraq gördüyünü də açıqladı:

"Çünki bir neçə dəqiqədən sonra tamaşa başlayacaq və onun yaxşı və ya pis olacağını yalnız səhnədə görəcəyik. Biz çox həyəcanlıyıq və istəyirik ki, əziz şəhərimizin gözəl sakinlərini, ümumilikdə Azərbaycan tamaşaçılarını məyus etməyək. Qeyd etməliyəm ki, bu tamaşa eramızdan əvvəl IV–V əsrlərdə qədim yunan dramaturgiyası əsasında yazılıb. Tragediya janrı ilk dəfə həmin dövrdə yaranıb və Aeschylus-dan əvvəl bu janr mövcud deyildi.

Biz əsərin müəyyən qədər öz versiyasını hazırladıq. Mətn uzun monoloqlardan ibarət olduğuna görə onları dəyişmədik və əsərə müdaxilə etməməyə çalışdıq. Qısaca olaraq, tamaşa belə bir fikri ifadə edir: tarix boyu insanlara yaxşılıq gətirənlər, istər tanrılar, istərsə də insanlar olsun, çox vaxt cəzalandırılıb".

 

 

Qeyd edək ki, tamaşanın baş rollarında Levan Xurtsia, Manana Abramişvili, Nino Arsenişvili və digər tanınmış aktyorlar - Qoga Barbakadze, Luka Quledani, Buka Tolordava və s. çıxış edirlər. Əsərin tərcüməsi Nino Kantidzeyə, səhnə tərtibatı Ana Ninua, Merab Merabişvili və Robert Sturuaya məxsusdur. Kostyumlar üzrə rəssam Ana Ninua, musiqi tərtibatçısı Svimon Canqulatşvili, xoreoqraf Kote Purtseladze, rejissor assistenti isə Tea Marqvelaşvilidir.

 

“Ədəbiyyat və incəsənət”

(29.04.2026)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.