Ağdam Dövlət Dram Teatrının Türkiyə uğuru Featured

 

Nemət Tahir,

“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Fevralın 14-də Ağdam Dövlət Dram Teatrının bir qrup əməkdaşı qardaş Türkiyədə Amasiya bələdiyyəsinin təşkil etdiyi teatr festivalında iştirak edib.

 

Yaradıcı qrup yerli tamaşaçılara və festival iştirakçılarına dramaturq Əli Əmirlinin ,,Kişi və qadın" əsəri əsasında hazırlanmış eyniadlı tamaşanı (quruluşçu rejissor Kərim Həsənov )təqdim etmişlər.

Tamaşada iştirak edən aktyorlar Kərim Həsənov, Xəyalə Xudadatova, Zərifə Ağayeva, Ramil Hüseynzadə və Hakim Cəfərlinin çıxışları dəfələrlə alqışlarla qarşılanmışdır.

 

“Ədəbiyyat və incəsənət”

(16.02.2026)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.