Filmlərimizdən incilər - “Babamızın babasının babası” Featured

Murad Vəlixanov,  “Ədəbiyyat və incəsənət” 

 

Təqdim edəcəyimiz Azərbaycan filmlərindən növbətisi 1981-ci ildə Azərbaycan-sovet rejissoru Tofiq Tağızadənin ekranlaşdırdığı  “Babamızın babasının babası” filmidir. Filmin əsas qəhrəmanı sevgi və əbədiyyət ideyalarının daşıyıcısı kimi təsvir olunan 160 yaşlı (bəli, bəli, 160!) çoban Əziz babadır.

 

Filmdəki əsas rolları Hüseynağa Sadıqov, Samir Qədirov, Şamil Süleymanov, Səməndər Rzayev, Hamlet Qurbanov, Həmidə Ömərova və Sabir Məmmədov canlandırırlar.

Film Ramiz Rövşənin ssenari müəllifi kimi diplom işi idi.

Kino mütəxəssisi Aydın Kazımzadənin sözlərinə görə, bu film Azərbaycan kinosu tarixində mühüm yer tutur, hansı ki, Azərbaycan SSR xalq artisti Hüseynağa Sadıqovun son film idi. Filmdən bir kadrda Azərbaycan Sovet Ensiklopediyasında Sadıqov haqqında bir məqalə təsvir edilmişdir. 

Filmin çəkilişləri Şəki şəhərinin yaxınlığında iki-üç ay ərzində aparılmışdır.  Filmin premyerası 1982-ci ildə Kürdəmirdəki Yay Kinoteatrında baş tutmuşdur. (O vaxtlar kinonun təbliği üçün bu cür gözəl ənənələr var idi).

Premyerada çəkiliş qrupunun üzvləri, eyni zamanda filmdəki işlərdən və bir neçə maraqlı hekayədən bəhs edən aparıcı aktyor Hüseynağa Sadıqov çıxış etmişdir. 

Film 2017-ci ildə Azərbaycan Dövlət Film Fondunun əməkdaşları, əməkdar mədəniyyət işçiləri Rafael İmanov və Xuraman Pişiyari tərəfindən rəqəmsallaşdırılmışdır. 


Məzmun 

Əziz baba (Hüseynağa Sadıqov) Azərbaycan kəndlərindən birində yaşayan uzunömürlü bir kişidir. Kəndin bütün əhalisi Əzizin qohumları olsa da, heç kim onun neçə yaşında olduğunu dəqiq bilmir. Çoban Əziz kolxoz qoyunlarını otarır, hərdən ötüb keçənləri xatırlayır, ilk məhəbbətini yada salırdı. Bir gün məlum olur ki, Əziz babanın 160 yaşı var. Onun doğum tarixi babasının Əzizin anadan olması ilə əlaqədar sifariş verdiyi mis qablara həkk olunubmuş. Təntənəli yubileyə hər yerdən insanlar gəlir. Əziz baba təmirli bir evə köçürülür və onun üçün fərdi həkim tutulur.

İzləyicilər Əzizi üç kadrda görürlər. Balaca Əziz özündən böyük olan bir qıza aşiqdir. Bu qızı ərə verirlər və Əziz çox məyus olur. Filmin ikinci hissəsində Əziz (Şamil Süleymanov) artıq böyük bir kişidir. Onun Zeynəb adlı bir sevdiyi var. Lakin bir gün Cəfər adlı bir bəy oğlu Zeynəbi zorla qaçırır və Əziz tək qalır. Filmin üçüncü hissəsində yaşlı Əziz, rayon komitəsinin katibi Əliquliyevin (Səməndər Rzayev) oğlu Cəfərlə zorla evlənən Zeynəbin (Həmidə Ömərova) toy günü onu yəhərə salır və dağlara apararaq qaçırır. Nəvəsi Tapdığın (Sabir Məmmədov) bu qızı sevdiyini öyrənən Əziz çox xoşbəxt olur və Zeynəb Əzizin nəvəsi ilə evlənir.

Əzizin böyük sevincinin səbəbi ondan yan keçən xoşbəxtliyin nəvəsinə çatdığını görməsindədir.

Gözəl sonluqdur, deyilmi? İndiki namussuzluğu, xəyanəti reklam edən televiziya proqramlarından, teleseriallardan fərqli olaraq bu film mənəvi saflaşmaya xidmət edir.

 

“Ədəbiyyat və incəsənət”

(30.05.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.