Diqqətlər dünyaşöhrətli kuturye Qotyenin Madriddə açdığı Kino və Moda sərgisinə yönəlib Featured

Posterlər, fotoşəkillər, geyimlər, məşhur şəkillərin epizodları... Kino və moda bir-birinə nüfuz edən və uzun illər ərzində bir-biri ilə əlaqəli olan iki dünyadır. Bunu Madriddə açılmış "Kino və moda" sərgisində hiss edə bilərsiniz.

“Ədəbiyyat və incəsənət” portalı Euronews-a istinadən məlumat verir ki, dünyanın diqqəti Ukrayna-Rusiya müharibəsində olsa belə qitənin mədəniyyət elitasının diqqəti həm də Madriddədir, orda düzənlənən “Kino və moda” sərgisindədir. 

Sərginin ideya müəllifi və bədii rəhbəri Jan-Pol Qotye - dünyaşöhrərli fransalı modelyer söyləyir: “Mən bu sərgidə nə nümayiş etdirmək istəyirdim? Geyimə, modaya aid olan bütün kolleksiyaları yaratmaq üçün mənə ilham verən kino olub, bəli, məhz kino. Və həqiqətən kino mənim ilham mənbəyimdir. Sirr deyil ki, kino və moda vasitəsilə qadın və kişilərin təkamülü baş verir. Bu cür şərh də mümkündür, bəli".

Yeri gəlmişkən, Qotye özünün yaradıcılıq maraqları sahəsində gender stereotiplərindən imtinanı, kişi ilə qadın arasında münasibətləri əsas götürür. 

1945-ci ildə ekranlara çıxmış Jak Bekkerin "Falbalas" (“Paris halqaları") fimi gələcək dizaynerə böyük təsir göstərib, 13 yaşlı Qotye bu sənətə vurulub. 

Qotye deyir: “İnanın, mən hələ 13 yaşımda "Falbalas" adlı bir filmə baxdığım üçün moda ilə məşğul oluram. Kuturyelər, onların muzaları, dərzilər və başqa hər şeyin olduğu incəsənət aləminin nümayiş olunduğu bu lenti görəndə heyran olmuşdum... Bu, sevgi hekayəsidir. O, faciəvidir, amma çox gözəl və düşüncəlidir. Eh, bu dünya! Mən başa düşdüm ki, özümü bu peşəyə bağlamaq istəyirəm".

Madridin CaixaForum Mədəniyyət Mərkəzində düzənlənən “Kino və moda" sərgisində 250-dən çox eksponat, o cümlədən Qotye kolleksiyasından nümunələr nümayiş etdirilir. 

Ekspozisiya iyunun 5-nə qədər açıq olacaq.

 

Şəkillərdə: Qotye sərgi barədə çıxış edərkən; Sərginin eksponatlarından bəziləri.